Kim neçə il təhsil alacağını özü müəyyənləşdirəcək

Kim neçə il təhsil alacağını özü müəyyənləşdirəcəkBundan sonra universitet tələbələri təhsillərini vaxtından tez bitirib, diplom ala biləcəklər. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev bildirib ki, bir tələbə semestr zamanı daha çox fənn götürərsə, universiteti 4 ildən daha tez bitirə bilər: "Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər kredit müəyyənləşdirilir. Bu tələbələrə əlavə fənn də seçməyə icazə verilir".

"Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.​ Tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər" - Piriyev qeyd edib.

Bəs, Azərbaycanda təhsil səviyyəsinin bugünkü ürək açmayan vəziyyətində bu cür təhsil sisteminin tətbiqi tələbələr üçün nə dərəcədə uğurlu olacaq? Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, belə praktika dünyanın bir çox ölkəsində mövcuddur: "Tələbə öz dərs yükünü dərs illəri və semestrləri üzrə bölüşdürür və bu bölgüyə uyğun olaraq təhsilini 4 ildən tez, yaxud gec bitirir. Təhsil Nazirliyi bu praktikanı tətbiq edə bilsə və tələbələrin imtahanları həqiqətən də öz bilikləri ilə verməsinə nəzarəti təmin etsə, bu, bir çox istedadlı şəxs üçün faydalı addım olar".

"Azərbaycanda universitetlərdə tələbələrin bir qismi universitet proqramını asanlıqla mənimsəyir, digər qismi isə proqramın öhdəsindən çətinliklə gəlir. Birincilərin ikinciləri gözləməsi, eyni ildə məzun olması məcburi olmamalıdır. Bundan başqa, tələbə öz şəxsi və peşəkar həyatı ilə bağlı məqamları nəzərə alıb, bəzi semestrlərdə dərs yükünü artırmaqla, başqa semestrlərdə dərs yükünü azalda, həmin semestrlər zamanı təcrübə qazanmaq, yaxud iş axtarmaqla məşğul ola bilər" - deyə Hacıyev əlavə edib.

Təhsil eksperti Kamran Əsədov iddia edir ki, son illər ərzində Azərbaycan təhsilinin inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirilir. Lakin bu addımların demək olar ki, hamısı orta məktəb səviyyəsindən yuxarı qalxmır: "Bu da əlbəttə ki, yaxşı hal deyil. Ona görə də, ali məktəblərlə bağlı islahatların aparılması labüddür. İlk növbədə bu islahatları universitetin idarə olunması ilə başlamaq lazımdır. Çünki hal-hazırda universitetlərin idarə olunması sovetlər dönəmindən qalmış idarəçilik formasından istifadə olunaraq həyata keçirilir".

"Universitetlərin müstəqilliyi çox aşağı səviyyədədir. Bütün bunlar bizim ali təhsil ocaqlarının dünya reytinq cədvəlində yer tutmamasında mühüm rol oynayır" - Əsədov vurğulayıb.

"Universitetlərə qəbul imtahanlarının sadələşdirilməsi, idarəçilikdə yeni formaların tətbiqi bu sahədə irəliləməyə doğru mühüm addım olardı. İnanıram ki, yaxın vaxtlarda "Ali təhsil haqqında qanun" layihəsi qəbul ediləcək və bu sahənin inkişafı üçün qanunvericilik bazası olacaq" - deyə təhsil eksperti bildirib.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1862   Tarix: 26 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497