"Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu, onun öz günahıdır" - ƏMƏK MÜFƏTTİŞLİYİ

"Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu, onun öz günahıdır" - ƏMƏK MÜFƏTTİŞLİYİBiG.AZ xəbər verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri Həsənov İsa Tahar oğlu "Report"a müsahibəsində deyib.

Jurnalistin:

- 50-60 arası yaşı olan kişi 120-200 arası maaşla necə ailə saxlaya və ya dolana bilər? -

sualına məmur belə cavab verib:

- Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır. Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır. Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsə idi əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi.
Bilirsiz ki, hazırda bazar iqtisadiyyatı dövrüdür. Bazar iqtisadiyyatının da əsas tələblərindən biri, şəxsin özünün rəqabət qabiliyyəti olmasıdır ki, rəqabətə dözə bilsin. Yəni insanların çevikliyindən, hərəkətliliyindən, öz üzərlərində çalışmaqlarından da çox şey asılıdır. İnsanlar yaşam tərzlərini təmin etmək üçün daha çox çalışmalıdır.

Bundan başqa İsa Həsənov ölkədəki işsizlik səviyyəsindən də danışıb:

- Ümumən bir var ki, işsiz statusu alan kimi qeydiyyatda olanlar, yəni işaxtaran kimi qeydiyyatdadırlar, amma işsiz statusları var, bir də var ki, cari il üzrə 1 may tarixinə işsizlik statusu alanların sayı, bunlar müxtəlifdir.

Yəni, işsiz statusu dedikdə müxtəlif dövrlərdə müraciət edənlərin hamısı nəzərdə tutulur, bunların içərisində bir dəfə və ya iki dəfə 6 aylıq işsizlik müavinəti alanlar var. Amma həmin adamlar iş tapmayıblarsa bu status onların üzərində qalır. Bəzən bunu qarışdırırlar ki, "Necə olur ki, Azərbaycanda mayın ayına 35 854 nəfər işsiz statusu alıb, amma müavinət alanlar azdır"... Bu məfhumları qarışdırmamaq lazımdır.

- Yeni iş yerlərinin yaradılması dövlətin məşğulluq strategiyasını həyata keçirən strateji məsələlərdən biridir. Yeni iş yerlərinin açılmasının nəticəsidir ki, Azərbaycanda işsizlik səviyyəsi 5 faiz səviyyəsindədir.

Doğrudur... Bəzən insanlar düşünür ki, mənim ətrafımda, qohumlarımın arasında nə qədər işləməyən adam var, bu, necə olur ki, Azərbaycanda işsizlik səviyyəsi bu qədər az göstərilir?... Bu rəqəm təsadüf nəticəsində ortaya çıxmayıb. Bu, Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun, "kim işsiz sayılır" anlayışına əsasən müəyyənləşdirilib.
Biz 35 min nəfərə rəsmi qaydada işsizlik statusu vermişik, amma respublikada 2017-ci ilin bir yanvar tarixinə Beynəlxalq Əmək Təşkilatının metadologiyasına uyğun 252.800 nəfər işsiz müəyyən edilib.

Bilirsiz ki, Azərbaycanda torpaq islahatı aparılıb, bunun nəticəsində vətəndaşlara təqdim olunan torpaq sahələri, yəni şəhadətnamələr kimlərə verilmişdisə, onlar məşğulluq qanununda məşğul əhali kimi qeyd olunub. Bu da 1 600 000-dən çox insan deməkdir. Yəni, əmək resurslarını nəzərə alsaq həmin insanlar məşğul sayılır.
Digər tərəfdən, bu gün qeyri-formal məşğulluq mövcuddur. Məsələn, tikinti sahəsində, xidmət sahəsində işləyən insalar var ki, onlarla hər hansı əmək müqaviləsi bağlanılmayıb, bu insanlar ola bilsin desin ki, biz işsizik, amma onlar gəlir əldə edirlər və müəyyən əmək haqqı alırlar, bu da məşğulluğun bir növüdür. Yaxud ev qulluqçusudur, dayədir, xidmətçidir, yenə eyni...
Dövlət statistika komitəsi də, bizim nazirlik də çalışır ki, bu cür qeyri-formal işlər formallaşsın. Prezident də bununla bağlı tapşırıqlar verib ki, qeyri-formal məşğulluq formal məşğulluğa çevrilsin.

Yəni, biz deyə bilmərik ki, mən bir ayda üç gün işə çıxmışam, deməli mən işsizəm. İşsiz anlayışı bir az fərqlidir. Ona görə bəzən biz fikirləşəndə deyirik ki, Azərbaycanda işsizlik faizi çox böyükdür, ancaq belə deyil. İnsanlar mütləq nə iləsə məşğuldur, biri sənətkardır, biri ticarətçidir, ya qeyri-formal sahədə işləyir. Bunlar da işsizlik anlamına gəlmir.
Beynəlxalq təşkilatların yanaşması fərqlidir, onlar deyir, pul qazanırsansa deməli məşğulsan.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 3570   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hər gün yuxudan ayılanda..." Səkinə İsmayılova KÖVRƏLDİ

"Şöhrət" ordenli xalq artisti Səkinə İsmayılova -a müsahibə verib. Sənətkar son günlər ordumuzun əldə etdiyi qələbə xəbərlərinə hədsiz sevindiyini dilə gətirib. Bildirib ki, hər dəfə hansısa ərazimiz erməni işğalından azad ediləndə, sevincindən uşaq kimi ağlayır. "Ordumuzun uğurların

14.10.2020 1187
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111
.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997