"Maşının pulunu ikimiz yarı-yarıya..." - İslam GİZLİNLƏRİN ÜSTÜNÜ AÇDI

"Maşının pulunu ikimiz yarı-yarıya..." - İslam GİZLİNLƏRİN ÜSTÜNÜ AÇDI"Mən qalib olanda dedilər ki, guya Elcanla danışmışam, maşının pulunu ikimiz yarı-yarıya böləcəyik..."

BiG.AZ xəbər verir ki, bu sözləri "Maşın şou"nun qalibi, aktyor İslam Mehrəliyev kaspi.az-a müsahibəsi zamanı söyləyib.

Aktyor bildirib ki, onun haqqında gəzən bu tip xəbərlər əsassızdır. Müsahibədən kiçik hissəni təqdim edirik:

- Şou başlayarkən çox sakit və səssiz idiniz. Bu, qalmaqallardan uzaq qalmaq üçün sizin tərəfinizdən düşünülmüş bir taktika idimi?

- Mən real həyatda da söz-söhbətə qarışan biri deyiləm. Ancaq qəbul edirəm ki, səbirsiz bir insanam. Tez özündən çıxan biriyəm. Bir-iki dəfə susdum, sonra dözə bilmədim. Gördüm ki, adımdan çox istifadə edirlər. Onun üçün axırda partladım.

- Sonda iki nəfər, siz və Elcan Rəsulov finala qaldınız. Elcan necə rəqib idi?

- Elcan güclü rəqib idi. O, bu mübarizdə fiziki cəhətdən tab gətirə bilmədi. Ancaq insan kimi çox yaxşı biridir. Mən ona bundan sonrakı həyatında da uğurlar arzulayıram. Mən qalib olanda dedilər ki, guya Elcanla danışmışam, maşının pulunu ikimiz yarı-yarıya böləcəyik. Əslində elə bir şey yoxdur. Bölən olsaydıq, bunu əvvəlcədən bölərdik. Orada 41 saat mübarizə aparmazdıq. Özümüzü bu qədər əziyyətə salmazdıq.

- Şoudan əvvəl Oksana Rəsulova ilə yaxın dostluq münasibətiniz vardı. Sizcə, bu şou Aksana ilə münasibətlərinizə bir xələl gətirdimi?

- Mən elə bir insanam ki, bu gün dalaşdığım biri ilə sabah salamlaşıb görüşə bilirəm. Kinli insan deyiləm. Gerisi artıq onlara qalıb. Heç kimlə düşmən deyiləm. Onlar istəsələr, görüşərik. Heç birindən incik deyiləm, küsməmişəm də. Ümumiyyətlə küsmək kimi bir xasiyyətim yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12432   Tarix: 20 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanın sahildə çobanla maraqlı dialoqu - Video

Xalq artisti Aygün Kazımova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az-ın məlumatına görə, Pop kraliça sahildə dincəldiyi anları izləyiciləri ilə bölüşüb. Görüntülərdə sahildə dayanan çobanın Aygün Kazımovanı tanıması və ona yaxınlaşması əks olunub. Onlar arasında maraqlı dialoq keçib

02.05.2024 7329
.

Aygün Kazımovanın səhnə geyimi MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - VİDEO

Xalq artisti Aygün Kazımovanın görüntüsünün yer aldığı video marağa səbəb olub. bildirir ki, pop diva səhnə geyimi ilə adından söz etdirməyi bacarıb. Məkanların birində səhnə alan ulduzun büstqaltersiz geyimdə tamaşaçıların qarşısına çıxması diqqət çəkib. Sözügedən videonu təqdim edirik:

04.05.2024 2043
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 342
.

Məşhur azərbaycanlı aktrisa ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Aktrisa Zarina Qurbanova rəqsi ilə gündəm olub. xəbər verir ki, komedixananın aktrisasının istirahət vaxtı çəkilən videosu maraqla qarşılanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

00:25 486
.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

04.05.2024 796
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 939
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 374
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

11:00 110
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

00:48 862