Birinci mikrorayon YENİDƏNQURMASI - ARZU yoxsa REALLIQ? - ARAŞDIRMA

Birinci mikrorayon YENİDƏNQURMASI - ARZU yoxsa REALLIQ? - ARAŞDIRMA"Birinci mikrorayonun yenidənqurması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olsa da, yenidənqurma işləri demək olar ki, aparılmır, burada acınacaqlı vəziyyətdə yaşayırıq".

Bu sözləri BiG.AZ-ın redaksiyasına ünvanlayan mikrorayon sakinləri deyib.

Onlar həmçinin, məsələ ilə bağlı Nazirlər Kabinetinə və digər dövlət qurumlarına dəfələrlə müraciət etdiklərini, lakin onlara yenidənqurma işlərinin nə vaxt başlayacağı barədə heç bir məlumat verilmədiyini bildiriblər.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidməti zənglərimizə cavab verməsə də, millət vəkili Zahid Oruc yenidənqurma işlərinin aparılması ilə bağlı nikbin danışıb.

BiG.AZ-a açıqlama verən millət vəkili dünya ölkələrində cərəyan edən iqtisadi böhranın ölkəmizdəki quruculuq işlərinə təsir etməyəcəyini bildirib:

"Sovet dönəmində Bakı ərazisində tikilən binaların əksər hissəsi öz amartizasiya dövrünü başa vurub. Onların mühüm bir hissəsi hazırki dövr tələblərinə cavab vermir və bir təhlükə mənbəyinə çevirilib. Eləcə də mən Rusiya prezidenti Vladimir Putinin canlı yayımında işlətdiyi sözləri xatırlatmaq istəyirəm. O qeyd elədi ki, ölkə ərazisində 2% evlər təhlükəli vəziyyətdədir. Bəlkə də o, rəqəmlərin cəmiyyətdə rezonans və qorxu yaratmaması üçün tam rəqəmləri elan etmədi. Bu da quruculuq məsələlərinin nə qədər aktual və mühüm olduğunu bir daha göstərdi. Ölkəmizdə də bu məsələ daim diqqətdədir. Mən düşünmürəm ki, hansısa beynəlxalq məkanda yaşanan böhran problemləri ölkəmizdə abadlaşma və tikinti prosesinə mane olsun və kimlərsə bu proseslərdən geri çəkilsin. Həmçinin daha əlverişli şərtlər irəli sürüləcək, 1-2 mikrorayon və ardınca bütün paytaxt Bakının eləcə də bölgələrin abadlaşması mərhələli şəkildə həyata keçiriləcək, özündə mədəniyyətimizi, tariximizi ehtiva edən tikililər qorunaraq saxlanılacaq. Tədricən ölkəmiz turizm ölkəsinə çeviriləcək və vətəndaşlarımız bu abadlığın rahatlığını hiss edəcəklər".

İqtisadçı ekspert Natiq Cəfərli isə BiG.AZ-a açıqlamasında bu kimi tikinti layihələrin hələ də kağız üzərində qalacağını və Azərbaycanın yenidən böhranın dərinləşməsi mərhələsini yaşayacağını bildirib:

"Hər hansı bir qərar verilirsə, onun üçün maliyyə mənbəsi tapılmırsa, o zaman həmin layihənin icrası sual altına düşür. Belə layihələrdən biri də Nazirlər Kabinetinin birinci mikrorayonun abadlaşdırılması ilə bağlı qəbul etdiyi qərar layihəsidir. Qərar verilib, amma maliyyə mənbəsi yoxdur, maliyyənin cəlb edilmə mexanizmləri tərtib edilməyib. Paralel olaraq, biz Moskva ilə müqayisələr aparsaq, görərik ki, onlar da istifadə müddəti bitmiş binaların sökülməsi ilə bağlı qərar verdi. Amma dərhal büdcə sənədi də tərtib edildi, ilkin mərhələdə təqribən 6 milyard rubl vəsait cəlb edildi, ümumi büdcənin isə trilyondan artıq olduğu mətbuata açıqlandı. Düzdü, bu hadisə ciddi müzakirələrə və etirazlara səbəb oldu, amma hər halda proses açıq şəkildə aparıldı. Azərbaycanda isə mənbə olmadan qərarlar qəbul edilir. Hətta bu yaxından büdcəyə dəyişikliklər də edildi və bu barədə heç bir müddəa orada öz əksini tapmadı. Sadəcə olaraq bu qərar qəbul edilərkən bir ehtimal üzərində qurulmuşdu ki, neftin qiyməti qalxa bilər, dolların məzənnəsi yenidən düşə bilər, amma bu, olmadı. Kommersiya qurumları da bu işi görə biləcək gücdə deyil. Çünki onlar da çox vaxt büdcə layihələrinin icrası ilə özlərini dolandırırdılar. Bəzən də korrupsiya ilə məşğul idilər. Ona görə də bu layihənin icrası yaxın gələcək üçün real görünmür".

İqstisadçı ekspert Natiq Cəfərli millət vəkili Zahid Orucun fikirlərinə də münasibət bildirib. O qeyd edib ki, beynəlxalq məkanda heç bir böhran yoxdur:

"Hətta bir çox ölkələrin gəlirlərində 2-3% artım qeydə alınıb. Bu böhran ancaq neftdən asılı olan ölkələrə aiddir. Çünki ölkənin bütün iqtisadiyyatı bir faktor üzərində, neft üzərində qurulub. Ölkəsi neftdən asılı olmayan 70% ölkələrdə isə gəlirlər bir neçə faiz artıb. Amerika, Kanada, Yaponiyada, Çin və Avropa birliyi ölkələrində iqtisadi artım 2-3%-i əhatə edir. Neftin qiymətinin düşməsini beynəlxalq arenada böhran kimi qələmə verməklə diqqəti başqa istiqamətə yönəltmək istəyənlər var. Neftin qiyməti hələ də düşməkdə davam edir. Ona görə də, bu kimi layihələrin icrası hələ də kağız üzərində qalacaq və Azərbaycan yenidən böhranın dərinləşməsi dövrünü yaşayacaq".

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3011   Tarix: 20 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda "birbaşa olmayan danışıqlar" aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzr

18.05.2024 98
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

18.05.2024 131
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562