Moskvada axtarılan fırıldaqçı azərbaycanlı çıxdı: Görün kim imiş... - VİDEO

Moskvada axtarılan fırıldaqçı azərbaycanlı çıxdı: Görün kim imiş... - VİDEO

Moskvaya səfərə gələn çilili jurnalist taksi sürücüsü tərəfindən aldadılıb.

Çilidən olan jurnalist Dieqo Qaspar Saez Miranda FİFA Konfederasiyalar Kubokunda iştirak etmək üçün Moskvaya gələrkən “Domodedovo” aeroportundan otelə qədər məsafə üçün taksiyə 1000 dollar ödəyib.

Çili radiosunun əməkdaşı olan Miranda sürücüdən onu “Crowne Plaza” otelinə aparmasını xahiş edib. O, xidmətin məbləği ilə yalnız otelə çatandan sonra tanış olub.

Sürücü bildirib ki, qonaq 60 min rubl, təxminən 1000 dollar ödəməlidir. Sonra o, müştəriyə 10 min rubl qaytarıb.

Aldandığını anlayan çilili hüquq-mühafizə orqanlarına müraciət edib və polis sürücünün axtarışlarına başlayıb. İki günlük axtarışdan sonra sürücü tapılıb. Həmin şəxs Azərbaycan vətəndaşıdır.

BiG.AZ teleqraf.com-a istinadən sürücü ilə jurnalistin üzləşdirilməsi zamanı çəkilən video-görüntünü təqdim edir.




Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1566 Tarix: 19.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər