İntihardan öncə məktubunda — "Son Zəng olmayacaq" yazıb + FOTO

İntihardan öncə məktubunda — "Son Zəng olmayacaq" yazıb + FOTO
Bir həftə əvvəl Sumqayıtda məktəblinin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
BiG.AZ “Lent.az”a istinadən xəbər verir ki, 2-ci mikrorayonda yaşayan 16 yaşlı Əhmədov Ülvi Vüqar oğlu özünü yaşadığı evdə asmamışdan əvvəl sinif yoldaşları ilə əlaqə saxlayıb.

Sumqayıtdakı internat tipli gimnaziyanın fars-ingilis dili təmayülünün 11-ci sinif şagirdi olan və bu il orta təhsili başa vurmalı olan Ülvi sinif yoldaşlarını yaşadığı evə dəvət edib. Ülvi Əhmədov sinif yoldaşlarına deyib ki, onlara sürpriz hazırlayır.

Bildirilir ki, məhz bu söhbətdən sonra məktəbli oğlan məktub yazıb və daha sonra özünü asaraq həyatına son qoyub. O, məktubunda “Son Zəng olmayacaq” sözlərini qeyd edib.

16 yaşlı oğlanın hansı səbəbdən belə bir plan hazırlaması, sinif yoldaşlarını çağırması və həyatına son qoyması hələlik tam aydınlaşmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İntihardan öncə məktubunda — "Son Zəng olmayacaq" yazıb + FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3977 Tarix: 18.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
tansu
tansu 18.06.2017
Bu işde nese bir iş var nece deyerler.


 
Hersheyim_sen
Hersheyim_sen 18.06.2017
Allah rehmet elesin


 
Sevdamiz
Sevdamiz 18.06.2017
Allah rehmet elesin...ama bele etmeye goresen onu ne vadar edib...aile uzvlerine Allahdan sebir dileyirem...


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər