
Bakının “İnter” futbol klubunun üzvü Pərdis Fərcad-Azad bu mövsüm də komandasında qalacaq. BiG.AZ-ın əldə etdiyi məlumata görə, onun bu qərarı verməsinə səbəb verilən təkliflərin ürəyincə olmamasıdır.
Baxışda olduğu ölkə xaricindəki komandalar isə futbolçumuzun çıxışından bir o qədər razı qalmayıb. Buna görə də, Pərdis Fərcad-Azad “İnter”lə daha bir mövsümün sonuna qədər müqavilə yeniləyib.
Qeyd edək ki, ötən il “İnter”in və millimizin üzvü Pərdis Fərcad-Azadla bağlı şok faktlar və görüntülər ortaya çıxmışdı. Belə ki, alman model Cina-Liza Lofink 4 il öncə Berlin məhkəməsinə müraciət edib. Həm də aktrisalıq edən 30 yaşlı xanım iki nəfərin onu təcavüz etdiyini bildirib. Həmin şəxslərdən biri kimi də Pərdisin adını qeyd edib. O vaxtdan başlanan proses bu yaxınlarda başa çatıb. Məhkəmənin qərarına görə, futbolçumuz 2000 avro məbləğində cərimələnib.