Bakıda yol polisi tanınmış şəxsin qızından rüşvət aldı - FOTO

Bakıda yol polisi tanınmış şəxsin qızından rüşvət aldı - FOTOYasamal rayon DYP əməkdaşı tanınmış nasir, publisist Xeyrəddin Qocanın qızından rüşvət alıb.

BiG.AZ xəbər verir ki, sabiq millət vəkili DYP əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə bağlı "Facebook"da status paylaşıb.

Onun sözlərinə görə, avtomobilin texniki pasportunu və qızının sürücülük vəsiqəsini əlindən alan DYP əməkdaşları "maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq" deyərək onu cəriməni ödəmək üçün Yasamal Polis İdarəsinə göndəriblər.

Bakıda yol polisi tanınmış şəxsin qızından rüşvət aldı - FOTOŞöbədə kapitan Emil Seyidov adlı polis əməkdaşı ona, "Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim" deyərək rüşvət alıb.

Tanınmış publisist hadisədən sonra Daxili İşlər Nazirliyinin, həmçinin Yasamal rayon Polis İdarəsinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsa da bir nəticəsi olmayıb.

Məsələni "Qaynarinfo"ya şərh edən nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bunun hüquqi tərəflərindən söz açıb:

Bakıda yol polisi tanınmış şəxsin qızından rüşvət aldı - FOTO"Əgər gecikmiş cərimə varsa, yəni iki aydan çox gecikdirilibsə cərimənin ödənilməsi üçün avtomobilin saxlanılması haqqında qərar çıxarılır. Cərimə ödənildikdən sonra isə hər şey avtomatik qaydada həll olunur. Burada heç bir saxlanılmadan, məhkəməyə göndərilmədən, vətəndaşın sürücülük hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz. "Ayının min oyunu var bir armudun üstündə" məsəli kimi bu prosedurların da hamısı cərimənin ödənilməsi üçündür".

Ekspert həmçinin vətəndaşların dövlət qulluqçularına heç bir şəkildə ödəmə etməməli olduğunu qeyd edib:

"Cərimələr də nağdsız formada banklarda, poçt şöbələrində, polis idarələrində quraşdırılmış ödəniş terminallarında, həmçinin mobil telefon vasitəsilə elektron kartının məlumatlarını daxil edərək də ödənilə bilər. Heç bir dövlət qulluqçusuna bir manat da olsun vermək olmaz. Çünki qanun buna yol vermir".

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ilə əlaqə saxladıq. Qurum rəsmisi məsələ ilə bağlı məlumatsız olduğunu və faktı dəqiqləşdirdikdən sonra açıqlama verəcəyini bildirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2798   Tarix: 16 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179