Azərbaycanda daha dörd bankın vəziyyəti pisləşdi

Azərbaycanda daha dörd bankın vəziyyəti pisləşdiBeynəlxalq investor xidməti Moody's Azərbaycanın dörd bankının reytinqini aşağı salıb və göstəricilərinin pisləşdiyi barədə xəbərdarlıq edib.

Bunlar bank-maliyyə sistemində aparıcı mövqelər tutan "Xalq Bank", "Bank Respublika", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Agentlik hər dörd bankın yerli və xarici valyuta üzrə uzunmüddətli depozit reytinqi perspektivlərinin neqativ olduğunu bildirir.

Agentlik qeyd edir ki, bank sektorunda uzun müddətdir hökm sürən əlverişsiz şərait və milli valyutanın devalvasiyasının neqativ təsirləri, o cümlədən aktivlərin keyfiyyətinin xeyli pisləşməsi, qaytarılmayan kreditlərə görə yaranan ziyan və digər amillər bu bankların göstəricilərini pisləşdirib. Moody's hesab edir ki, Azərbaycan banklarına təzyiqlər bundan sonra da qalmaqda davam edəcək. Bu, kreditləşmə perspektivləri və ziyan, rezervlərə düşən böyük yük və əlavə rekapitalizasiyanı tələb edən sərt nizamlama, dollarlaşma səviyyəsinin yüksək olaraq qalması ilə bağlıdır.

Moody's adları çəkilən bankların kredit reytinqlərinə yenidən baxaraq "Xalq Bank"ın reytinqini b3 səviyyəsindən caa1 səviyyəsinə endirib. Agentlik bildirir ki, 2016-cı ilin göstəricilərinə əsasən bu bankın ümumi kredit portfelinin 14.7 faizi devalvasiya nəticəsində dəyərdən düşüb. Çünki milli valyuta ilə verilmiş kreditlər idi. Habelə vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 24.6 faizini təşkil edir, bankın kredit portfelinin həcmi baza kapitalının həcmini 400 faiz üstələyir. Agentlik hesab edir ki, bank sonrakı 12-18 ay ərzində əlavə kapital cəlb etməlidir, çünki indiki ehtiyatlar kredit riskini qarşılamağa yetmir.

"Bank Respublika"nın kredit reytinqi isə b2 səviyyəsindən b3 səviyyəsinə endirilib. Bildirilir ki, 2016-cı ilin yekunlarına olan məlumatlara görə qaytarılmayan və ya vaxtı keçmiş kreditlər bankın ümumi kredit portelinin 8.8 faizini təşkil edir, daha 15 faiz kredit isə restrukturizasiya edilib. Habelə ötən il bankın kredit aktivlərinin 15 faizi silinib. Bankın rezervləri kredit risklərini ancaq 67 faiz qarşılaya bilər və deməli bankın əlavə kapitallaşmaya ehtiyacı var.

"Bank of Baku"ya gəldikdə isə agentlik bu bankın reytinqini b3 səviyyəsindən caa1 səviyyəsinə endirib. Bunu son iki ildə bankın üzləşdiyi ziyan və kapitalın maddi eroziyası ilə əsaslandırıb. Bank ötən il 16 milyon manat təmiz ziyana düşüb. Moody's gözləyir ki, ank sonrakı 12-18 ay ərzində də ziyanla işləyəcək və deməli səhmdarlar normativ tələbləri ödəmək üçün əlavə kapital yatırmalıdır. Bundan əlavə bankın təminatsız istehlak kreditləşməsinə yönəlmiş biznes-modeli ev təsərrüfatlarının borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi indiki dövrdə dayanıqlı deyil.

Habelə agentlik "VTB Bank"ın (Azərbayan) reytinqini b2 səviyyəsindən b3 səviyyəsinə endirib, bunu bankın aktivlərinin keyfiyyətinin xeyli pisləşməsi ilə izah edib. Bildirilir ki, bankın problemli kreditlərinin həcmi ümumi kredit portfelinin 75.8 faizinə qədər artıb, bunun əsas səbəbi xarici valyuta üzrə kreditlərin ödənilməsi vəziyyətinin pisləşməsidir. Lakin agentlik qeyd edir ki, bankın kapitallaşması hazırda normativlərə uyğundur, çünki Rusiyanın VTB Bank-ı kapitallaşma ilə bağlı tələbləri ödəmək üçün banka əlavə yatırım edir. Gözlənilir ki, yaxın 6 ayda bankın səhmdarları əlavə kapital yatıracaqlar.

mənbə: virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2706   Tarix: 15 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

11:01 789
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 140
.

Nigeriyada qızılcadan 19 uşaq ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılcadan 19 uşaq ölüb. xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında bildirib. Tanqvami ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə inandırıb

21:00 67
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 337
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 1371
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

21:15 6
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

12:52 303
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

16:04 153
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

22:04 0