49 yaşlı kişi ondan ayrılmaq istəyən tələbə sevgilisini güllələdi

49 yaşlı kişi ondan ayrılmaq istəyən tələbə sevgilisini güllələdi

İzmirin Karşıyaka mahalında bir müddətdir birlikdə olduğu Arif K.-ya (49) zəng edən Ebru K. (24) ondan ayrılacağını deyib.

Arif K. son dəfə onunla danışmaq istədiyini söyləyib. Ötən gecə bir kafedə görüşən cütlük arasında baş verən mübahisədə Arif K. əlindəki neylon paketdən çıxardığı tapança ilə Ebru K.-ya ard-arda atəş açıb. Vəziyyəti ağır olan Ebru K. xəstəxanaya çatdırılıb.

Qaçan Arif K. qısa müddət sonra polislər tərəfindən tutulub.

Pamukkale Universiteti Moda Dizaynı fakültəsinin 1-ci kurs tələbəsi olan Ebru K.-nın bir müddətdir birlikdə yaşadığı Arif K.-nın evli olduğunu öyrəndikdən sonra ayrılmaq istədiyi məlum olub.

mənbə: milli.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1642 Tarix: 15.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər