Professor: "Rəsulzadə ilə Heydər Əliyevi qarşı-qarşıya qoyanlar nadan adamlardır"

Professor: "Rəsulzadə ilə Heydər Əliyevi qarşı-qarşıya qoyanlar nadan adamlardır""Məhəmməd Əmin Rəsulzadə ilə Heydər Əliyevi qarşı-qarşıya qoyanlar nadan və Azərbaycan xalqını sevməyən, xalqın içərisində ləkə axtaran adamlardır".

Bu fikirləri ölkə.az-a açıqlamasında filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Nizaməddin Şəmsizadə bildirib.

N.Şəmsizadə deyib ki, əslində Heydər Əliyev və Məhəmməd Əmin Rəsulzadə bir-birini tamamlayan şəxsiyyətlərdir:

"Təsadüfi deyil ki, Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi haqqında xüsusi sərəncam imzalayıb. Həmin sərəncamın imzalandığı günü şəxsən mən öz həyatımda ən mənalı dövr hesab edirəm. Bu tarixin həqiqətidir. Cənab Prezident İlham Əliyev isə bu həqiqətləri tarixilik baxımından təsdiq edib. Bununla da Məhəmməd Əmin Rəsulzadənin tarixi haqqı özünə qaytarılıb".

Professor qeyd edib ki, Azərbaycan xalqı öz şəxsiyyətlərinin və görkəmli oğullarının Vətən üçün xidmətlərini heç zaman inkar etməyib:

"Bunu inkar edənlər milliyəti şübhə yaradan adamlardır. Arada gəzən, milliyəti şübhə doğuran və kiçik etnik qruplara mənsub olan adamlar hər zaman xalqın görkəmli şəxsiyyətləri arasında nə isə nöqsan axtarmağa çalışıb. Onlar bununla öz iyrənc varlıqlarını gündəmdə saxlamaq və cəmiyyətin diqqətini çəkmək istəyirlər. Ancaq bir daha təkrar edirəm ki, Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev bir-birini tamamlayan görkəmli şəxsiyyətlərdir. Bu gün Azərbaycanda azərbaycançılıq məfkurəsinin dövlət səviyyəsində tanınmasında bu şəxslərin hər birinin xidmətləri danılmazdır. Bilirsiniz ki, 20-ci əsrin əvvəllərində Rus İmperiyasının xəritələrində Azərbaycan sözü yazılmırdı. Bunun əvəzinə "Qafqaziya" sözü yazılırdı. Ancaq Məhəmməd Əmin Rəsulzadə İran qəzetində məqalə yazaraq, Azərbaycan anlamını gündəmə gətirib. Rəsulzadə öz əsərlərində yazır ki, Azərbaycan təkcə coğrafi anlayış deyil, həm də ictimai-siyasi və tarixi anlayışın adıdır. Bütün bunlarla yanaşı aydın məsələdir ki, tarixdə Heydər Əliyevin də rolu çox böyükdür. Hələ 1950-1960-cı illərdə Heydər Əliyev SSRİ-də yüksək vəzifələr tutan zaman çox ağıllı şəkildə Azərbaycana rəhbərlik edib. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə isə Azərbaycanın müstəqilliyini qoruyub saxlayıb. Vaxtilə Türkiyədə bəzi qəzetlər Heydər Əliyevin əleyhinə yazanda mən demişdim ki, siz böyük səhv edirsiniz, Heydər Əliyev əsl türkçüdür, o, "KQB"-nin general formasını Azərbaycanı bəlalardan qorumaq üçün geyinib. Bütün bunlardan sonra həmin türkiyəli şəxslərin mövqeyi dəyişdi. Ona görə də biz bu cür dahi adamların qədrini bilməliyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1439   Tarix: 13 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 180
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 107
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 208
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

01:49 3762
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1127
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 199
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 596
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

04.05.2024 194
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 155