Müflis edilən iş adamı: "MTN işçisi hədə-qorxu ilə bütün əmlakımı əlimdən aldı" - FOTO

Müflis edilən iş adamı: "MTN işçisi hədə-qorxu ilə bütün əmlakımı əlimdən aldı" - FOTOTanınmış iş adamı, keçmiş MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanına çevrilən Maqsud Mahmudov yenidən Azərbaycan Ədliyyə Naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

İcmal.az-ın məlumatına görə, iş adamı müraciətində qeyd edib ki, 06.06.2017-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın sədrliyi ilə onunla bağlı məhkəmə prosesin keçirilməli idi. Lakin naməlum səbəbdən məhkəmə 30 iyun 2017-ci il tarixinə təxirə salınıb.

Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 7 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iş adamı Mahmudzadə Maqsud Mahmud oğluilə İsmayılov Azad Fərhad oğlu arasında 11 sentyabr 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorunda bağlanmış Sumqayıt şəhəri 3/d ünvanında istifadədə olan 0.094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965,9 kv.m olan əmlak kompleksinin (Las Veqas restoranının) alqı-satqısı barədə AN İN 0472824 saylı daşınmaz əmlakın alqı-satqısı barəsindəki müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin əmlak üzərində Mahmudzadə Maqsud Mahmud oğlunun mülkiyyət hüququnun bərpası qət olunmuş, sabiq MTN-nin və "Bank Technique" ASC-nin bir sıra əməkdaşlarının əməllərində cinayət tərkibi olması barədə xüsusi qərar çıxarmaqla prokurorluğa məlumat verilmişdi. Həmin qətnamadən İsmayılov Azad Fərhad oğlu və Quluzadə Cavid Məhəbbət oğluapellyasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 dekbar 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2016-cı il tarili qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.

Hazırda barələrində xüsusi qərarlar çıxarılmış şəxslər bütün qanunsuz yollarla mənim xeyrimə olan qətnamələri ləğv elətdirmək istəyirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-nin polkovniki olub və hazırda sərəncama çıxarılıb. Məlumatda qeyd olunur ki, hakimin həyat yoldaşı iş adamının mülkini təzyiq yolu ilə ələ keçirən keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu ilə sıx münasibətləri olub. Quluzadə Cavid Məhəbbət oğlu keçmiş MTN-nin istintaq idarəsindəişləmişdir. Bu şöbənin rəisi Vüsal Ələkbərov isə məlum hadisələrlə bağlı həbs olunub.

Müflis edilən iş adamı: "MTN işçisi hədə-qorxu ilə bütün əmlakımı əlimdən aldı" - FOTOZərərçəkən Maqsud Mahmudzadə qeyd edir ki, "Bank Technique" ASC-nin bir sıra əməkdaşlarının əməlləri keçmiş MTN-nin İstintaq İdarəsində aparılırmış:

"Keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu həmin istintaq qurupunun üzvü idi. Məhz bu səbəbdən Cavid Quluzadə Azad İsmayılova kömək edərək onun "Bank Technique" ASC-də olan pulunun alınmasında iştirak etmişdir. Yuxarıda adını çəkdiyim şəxslər sonradan mənə hədə-qorxu gələrək mənə məxsus olan avtomobili öz adlarına keçirtdilər. Cavid Quluzadənin təzyiqi və hədəsi ilə Notarius depozitinə pul keçirilmədən alqı-satqı müqaviləsi təsdiqlənmişdir".

Maqsud Mahmudzadə müraciətində Cavid Quluzadənin Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın MTN-çi həyat yoldaşı ilə dostluq əlaqələrindən sui istifadə etdiyini deyib:

"Keçmiş MTN-nin müstəntiqi olan Cavid Quluzadə mənə təzyiq edərək, hədə-qorxu gələrək avtomobilimi və restoranımı öz yaxını Azad İsmayılov adlı şəxsin adına keçirib. Məndə olan məlumata görə, hakim Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-nin polkovniki olub və hazırda sərəncama çıxarılıb. Xanım hakimin həyat yoldaşı mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir. Bu insanlar bütövlükdə mütəşəkkil şəkildə mənim həyatımı məhv ediblər. Bunlar birmənalı şəkildə iş adamlarını Cənab Prezidentə qarşı bilərəkdən yönəldirlər. Vaxt var idi mən 300 vətəndaşımızı işlə təmin etmişdim, biznesimi daha da genişləndirəcəyimi düşünürdüm. Bu cinayətkarların "səyi" nəticəsində bügün onlardan 280-nə yaxını işsizdirlər. Biz heç bir zaman Prezidentimizə qarşı çıxmamışıq, çıxmarıq da. Son nəfəsimizə qədər Ali Baş Komandanın yanındayıq. Amma artıq susa bilmirəm, maddi resurslarım tamamilə tükənib, səbrim bitib. MƏN ARTIQ, FÖVQALADƏ HEÇ NƏ İSTƏMİRƏM, SADƏCƏ DAMA-DAMA QURDUĞUM, QAZANDIĞIM ŞƏXSİ ƏMLAKIMI geri qaytarsınlar. Onlar mənə tək maddi ziyan deyil, həm də psixoloji zərbə vurublar. Onlar əmlakımı əlimdən aldılar, ailəmi isə psixologi depressiyaya saldılar. Bugün mənim ailəm də bu psixoloji zərbədən əziyyət çəkir. Mənə qarşı ən ağılasığmaz, təhqiramiz təzyiq üsulları istifadə ediblər. Şükürlər olsun ki, mənim kimi yüzlərlə iş adamını məhv etdiyinə görə Cənab Prezident keçmiş MTN rəhbərliyini birmənalı cəzalandırdı. Bu bizimçün öz haqqımızı tələb etmə imkanı yaratdı. Ümid edirəm haqq-ədalət öz yerini tapacaq, 30 iyun tarixində məndən oğurlanan bütün əmlakım geri qaytarılacaqdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3142   Tarix: 13 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999