Azərbaycanda gəlin qayınana və qayınatasını QƏTLƏ YETİRİB, 3 gün MEYİTLƏRİNİ görün, harada saxladı

Azərbaycanda gəlin qayınana və qayınatasını QƏTLƏ YETİRİB, 3 gün MEYİTLƏRİNİ görün, harada saxladı

Masallının Miyenku kəndində baş verən dəhşətli cinayəti evin gəlini Asudə Ağayeva törədib.

BiG.AZ bildirir ki, bunu AzNews.az-a sözü gedən kəndin sakinləri məlumat verib. Onların sözlərinə görə, Ağayevlər ailəsi həmişə münaqişəli olub:

“Bunlar evi, tövləni, hətta heyvanlar üçün yığdıqları otu da bölüb yaşayıblar. Hamı bilirdi ki, Azər Ağayev valideynləri Etibar Ağayev və Rəfiqə Ağayeva ilə yola getmir. Mərhum Etibar Ağayev onların evinin işığını, qazını kəsib. Sən demə, bunlar da qabaqcadan hazırlıq görüb. Cinayəti gəlin törədib. Qayınata yatıbmış, arvadı isə həyətdə olub. Gəlin qayınatasının yatdığı otağa keçərək balta ilə başına elə vurub ki, kişi oradaca olüb. Gəlinin qayınanasını öldürmək fikri olmayıb. Gəlin baxıb ki, qayınana evə gəlir, ərinin öldüyünü görüb, hay-həşir salacaq. Odur ki, onu da balta ilə öldürüb”.

Sakinlər meyitlərin 3 gün otaqda qaldıqlarını deyir:

“Gəlin pəncərəni açıb ki, havası dəyişsin. Həmin müddətdə qohum-qonşu onların gözə dəymədiyini görərək hara getdikləri ilə maraqlanıb. Hər birinə müxtəlif bəhanələr gətiriblər. Sonra düşünüblər ki, bu belə getməyəcək. Meyitləri basdırmaq qərarına gəliblər. Ən münasib yer isə tövlə olub. İki metrə yaxın quyu qazıblar. Meyitləri aparıb quyuya qoyanda baxıblar ki, heç biri oraya yerləşmir. Hər ikisinin ayağını kəsib quyuya atıblar. Sonra evdə qana batan nə olubsa, onu da salafana büküb meyitlərin üstünə atıblar. Ardınca da betonlayıblar”.

Sakinlərin sözlərinə görə, cinayəti törədən şəxslər tövlədə olan heyvanları gətirib meyitlərin basdırıldığı yerə bağlayıb, iz itirmək üçün də üstünə ot və peyin töküblər:

“Ərizəni razılığı ilə yazmayıb. Mərhumların yaxınlarının təkidi ilə oğul ata-anasının itməsi ilə bağlı lazımi qurumlara məlumat verib. Hətta oğlan öldürdüyü atasının telefonunu da söndürüb. Dindirmə zamanı polis oğlanın hərəkətlərindən şübhələnib. Nəhayət sonda boynuna alıb ki, arvadım öldürüb, birlikdə də tövlədə basdırmışıq”.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 17354 Tarix: 11.06.2017
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Abdullah888
Abdullah888 12.06.2017
Həəə... Bax buna deyərəm inkişaf.
Avropa tərzində yaşayış səviyyəmiz yoxdur, amma, Avropa kriminal dünyasına çatmağa biraddımlıq məsafədəyik.


 
_Perooo_
_Perooo_ 11.06.2017
illerle bir yerde yawayirlar bir bilerinin etin yiye -yiye,ele bilki bu mubarizede kim galib gelecek kimi..nehlet olsun senin kimi ovlada..
_Adc_
_Adc_ 11.06.2017
Günah gormurem "awiq gorduyunu calar calar"indiki bezi muellimeler desrde bir kinonun ssenarisini qowub kinodan aktyordan daniwirlar ele bilirler ki, polislerde mal bolgusu ile mewguldular,evdən tutmuw ewweye qeder ))(havanın istisindendi) )))
Xebere gelende isə bu alcaqlar heyati yawamaga hakk etmir mence olum cezasi qanunu qebul olsa yaxwi olardi beleri asilardi.
PEYSƏR GET AĞILLI OL!
 
vetenperver
vetenperver 11.06.2017
yagmasaqda bosna guruldayiriqki bunada pisik xoxu deyirler neceki 25 ildir qarabagda ermenilere gelirik)!)!


 
Lissa
Lissa 11.06.2017
))


 
Anaveten
Anaveten 11.06.2017
deyirəm bizim millətin bədbəxtliyi ondadır ki bir birini qırsa da bir yerdə yaşıyırlar,yaşamalıdırlar.nə bilim çox dəhşətli hadisədir.Allah iraq eləsin


 
Fuan
Fuan 11.06.2017
Harda ne yaziram,nece yaziram bu menim oz ishimdir!hech kime dexli yoxdur!Men bele dushunurem bele de yaziram,kim hansi dushunce sahibidirse,oz sherhlerinde gosterir!elave sherhe ehtiyac yoxdur!
Bundan Sonra kimse sherhlerime miz qoshmaga curet etmesin!



 
vetenperver
vetenperver 11.06.2017
bezen ele serhlerle qarsilasirsanki ele bil mektebde direktorun qebulundasan
polis mal bolgusune baxmir,,cinayetin ustu iki silleye acilib ne subheli aparmasi here agzina geleni tullayri guya xeber yazdi,,iki sille vurlub gedeye bulbulkimi otub!belede lazim idi!


 
Fuan
Fuan 11.06.2017
Vay-vay,hiii,dehshet(((
Insandaki vehshiliye bax e.Yola getmirler chixin,ayri yashayin.Shertdirki eyni yerde yashayasiz?!Cinayete de baxki xususi amansizliqla qetle yetirilme nc nc.Ayaglarin kesib e lap (((Ozde "ogul"...(Aman Allah.
Tebietin en alisi de,en vehshisi de insandi.Allah bele insanlari islah etsin.Insan adina lekeleri.Kimin kimden xoshu gelmirse,oldurmek lazimdirki?!Qayda-qanun var,polis var,belediyye var,icra orqanlari var.Ne olub ?!mal bolgusune gore here alir bir baltani bashlayir kesib-bichmeye.Get ol icheride indi.Ushaglar bashsiz,shexsiyyet de omur boyu damgali!Agliniz o zaman bashiniza geler.



 
karagul
karagul 11.06.2017
Allahim sene wukurler olsun uwaq deyib her gun her saat her saniye sene yalvariram belenciyne ovlad olmaqinansa olmamasi daha wukurludu Allah rehmet elesin


 
qedir55
qedir55 11.06.2017
cox pis


 
sunly_
sunly_ 11.06.2017
Əziyyət çək oğul böyüt...Əzrailin olsun...Ey həyat sən nə qəribəsən.:(
Allah rəhmət eləsin yazıqlara.Gəlinədəki nə deyəcəyimi bilə bilmədim.Qəddar.


 
Qaranliq_gunduz
Qaranliq_gunduz 11.06.2017
nc nc nece oguldu bu eclaf


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər