Azərbaycanda gəlin qayınana və qayınatasını QƏTLƏ YETİRİB, 3 gün MEYİTLƏRİNİ görün, harada saxladı

Azərbaycanda gəlin qayınana və qayınatasını QƏTLƏ YETİRİB, 3 gün MEYİTLƏRİNİ görün, harada saxladıMasallının Miyenku kəndində baş verən dəhşətli cinayəti evin gəlini Asudə Ağayeva törədib.

BiG.AZ bildirir ki, bunu AzNews.az-a sözü gedən kəndin sakinləri məlumat verib. Onların sözlərinə görə, Ağayevlər ailəsi həmişə münaqişəli olub:

"Bunlar evi, tövləni, hətta heyvanlar üçün yığdıqları otu da bölüb yaşayıblar. Hamı bilirdi ki, Azər Ağayev valideynləri Etibar Ağayev və Rəfiqə Ağayeva ilə yola getmir. Mərhum Etibar Ağayev onların evinin işığını, qazını kəsib. Sən demə, bunlar da qabaqcadan hazırlıq görüb. Cinayəti gəlin törədib. Qayınata yatıbmış, arvadı isə həyətdə olub. Gəlin qayınatasının yatdığı otağa keçərək balta ilə başına elə vurub ki, kişi oradaca olüb. Gəlinin qayınanasını öldürmək fikri olmayıb. Gəlin baxıb ki, qayınana evə gəlir, ərinin öldüyünü görüb, hay-həşir salacaq. Odur ki, onu da balta ilə öldürüb".

Sakinlər meyitlərin 3 gün otaqda qaldıqlarını deyir:

"Gəlin pəncərəni açıb ki, havası dəyişsin. Həmin müddətdə qohum-qonşu onların gözə dəymədiyini görərək hara getdikləri ilə maraqlanıb. Hər birinə müxtəlif bəhanələr gətiriblər. Sonra düşünüblər ki, bu belə getməyəcək. Meyitləri basdırmaq qərarına gəliblər. Ən münasib yer isə tövlə olub. İki metrə yaxın quyu qazıblar. Meyitləri aparıb quyuya qoyanda baxıblar ki, heç biri oraya yerləşmir. Hər ikisinin ayağını kəsib quyuya atıblar. Sonra evdə qana batan nə olubsa, onu da salafana büküb meyitlərin üstünə atıblar. Ardınca da betonlayıblar".

Sakinlərin sözlərinə görə, cinayəti törədən şəxslər tövlədə olan heyvanları gətirib meyitlərin basdırıldığı yerə bağlayıb, iz itirmək üçün də üstünə ot və peyin töküblər:

"Ərizəni razılığı ilə yazmayıb. Mərhumların yaxınlarının təkidi ilə oğul ata-anasının itməsi ilə bağlı lazımi qurumlara məlumat verib. Hətta oğlan öldürdüyü atasının telefonunu da söndürüb. Dindirmə zamanı polis oğlanın hərəkətlərindən şübhələnib. Nəhayət sonda boynuna alıb ki, arvadım öldürüb, birlikdə də tövlədə basdırmışıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 17540   Tarix: 11 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ Qəzzaya havadan yardım etdi

ABŞ Qəzzaya havadan növbəti yardımı edib. BİG.AZ xəbər verir ki, təqribən 25 min yemək yardımı edilib. Qeyd edək ki, İsrail 7 aya yaxındır hücumlarını davam etdirir və humanitar yardım yük maşınlarının girməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı X hesabında açıqlama verib

06.05.2024 204
.

Azərbaycanda məktəblilər arasında dava: Ölən var

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib. APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasın

10:28 650
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

06.05.2024 853
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 356
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

06.05.2024 1072
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

06.05.2024 514
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 292
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

06.05.2024 208
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 329