İrandan Azərbaycana ZƏRBƏ: TIR-ları Qarabağda!

BiG.AZ xəbər verir ki, ekstremist-faşist Eduard Limonov Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və ermənilər onu təmas xəttinə aparıblar, Qarabağın müxtəlif yerlərini gəzdiriblər. Məqsəd özünün dediyi kimi "türklərə nifrət edən" bu ekstremistin köməyi ilə təbliğat qurmaqdır. Azərbaycan XİN artıq Limonovun adını "qara siyahı"ya salıb. İstisna deyil ki, hüquq-mühafizə orqanları onun barəsində cinayət təqibi də başladacaqlar.

Limonov özünün Qarabağdan təəsüratlarını Rusiya saytlarında yerləşdirir. Limonovun səfər qeydlərində bir detal diqqəti xüsusi cəlb edir: Qarabağda, Azərbaycanın işğal altındakı ərazilərində o tərəf-bu tərəfə hərəkət edən İran TIR-ları.

Limonov növbəti səfər qeydlərində də bu detala diqqət çəkib. Ağdərə istiqamətində gedəndə qarşısında tez-tez sarı nömrəli İran TIR-ları çıxıb. "Bu "fura"lar nə daşıyır?"-rusiyalı ekstremist onu müşaiyət edən ermənidən soruşub. "Hər şey"-erməni cavab verib.

İran yük maşınlarının Azərbaycanın işğal altındakı ərazilərində sərbəst hərəkəti haqda bundan əvvəl də ara-sıra xəbərlər çıxırdı. Belə görünür ki, bu maşınlar İran istiqamətindən Ermənistana daxil olur, daha sonra oradan Azərbaycanın işğal altındakı ərazilərinə erməninin dediyi kimi "hər şey" daşıyırlar. Bəs Azərbaycan tərəfi nədən İran TIR-larının işğal altındakı ərazilərə müntəzəm olaraq qanunsuz daxil olması barədə məsələni rəsmi Tehranın qarşısında qaldırmır? XİN nədən belə məlumatları qeydə alıb İrana nota vermir?

Bəlli olduğu kimi Azərbaycanın işğal altındakı ərazilərinə Bakının icazəsi olmadan daxil olanların adları XİN-in "qara siyahı"sına daxil edilir. Vaxtaşırı olaraq Azərbaycan hakimiyyəti işğal altındakı ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərə xəbərdarlıq edir, onların mənsub olduğu ölkələrin rəsmi məqamları qarşısında məsələ qaldırıb belə fəaliyyəti əngəlləməyə çalışır. Lakin İran TIR-ları məsələsi nədənsə diqqətdən kənarda qalıb.

Hansı ki, həmin TIR-ların dövlət nömrə nişanlarını təsbit edərək onların sonradan Azərbaycan üzərindən tranzit yükdaşımalar həyata keçirməsinə imkan verməmək olardı. İşğal altındakı ərazilərdə hər gün o tərəf-bu tərəfə hərəkət edən İran TIR-larının nömrələrini qeydə almaq üçün Müdafiə Nazirliyinin kəşfiyyat vasitələrinin imkanlarından yararlanmaq mümkündür.
İrandan Azərbaycana ZƏRBƏ: TIR-ları Qarabağda!İrandan Azərbaycana ZƏRBƏ: TIR-ları Qarabağda!virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 3551   Tarix: 11 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Afaq Gəncəlidən göz oxşayan YENİ FOTOLAR

Tanınmış aparıcı Afaq Gəncəli sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı "Instagram" hesabında yeni fotolarını paylaşıb. Aparıcının fotolarına izləyicilər tərəfindən çoxsaylı bəyəni və təriflər gəlib. Həmin fotoları təqdim edirik:

27.02.2021 4603
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

"Hər gün yuxudan ayılanda..." Səkinə İsmayılova KÖVRƏLDİ

"Şöhrət" ordenli xalq artisti Səkinə İsmayılova -a müsahibə verib. Sənətkar son günlər ordumuzun əldə etdiyi qələbə xəbərlərinə hədsiz sevindiyini dilə gətirib. Bildirib ki, hər dəfə hansısa ərazimiz erməni işğalından azad ediləndə, sevincindən uşaq kimi ağlayır. "Ordumuzun uğurların

14.10.2020 1187
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696