Arvadı və 2 övladını öldürən kişi: "Əxlaqından şübhələndim, uşaqlarım məndən deyil..." - VİDEO

Arvadı və 2 övladını öldürən kişi: "Əxlaqından şübhələndim, uşaqlarım məndən deyil..." - VİDEOMingəçevirdə kişi həyat yoldaşı və və 2 övladını öldürüb.

BiG.AZ xəbər verir ki, qətl ötən gün axşam saatlarında baş versə də hamı Nəsimi küçəsi 31 ünvanındakı hadisədən bu gün xəbər tutub.

Belə ki, Mingəçevir şəhər sakini "Laska" ləqəbli Lazım Hüseynov iki az yaşlı övladını eləcə də həyat yoldaşını qətlə yetirib.

Təranə Yusifova (Lazım Hüseynovun bacısı): "Səhər çörək almağa dükana gedirdim. Onda gördüm qardaşımın qapısından polislər çıxdı. Qorxdum ki, görən qardaşıma nə olub. Polislərdən soruşdum dedilər ki, qardaşın arvad-uşağını öldürüb".

57 yaşlı Lazım Hüseynov öncə 33 yaşlı həyat yoldaşı Aynurə Hüseynovanı avtomat silahla qətlə yetirib. Daha sonra iki az yaşlı övladı - oğlu 2-ci sinif şagirdi 9 yaşlı Hüseyni və 5 yaşlı qızı Mədinəxanımı çoxsaylı bıçaq zərbələri ilə amansızcasına öldürüb.

Nazim Hüseynov (Lazım Hüseynovun qardaşı): "Əvvəllər də tutulub, iki dəfə iş alıb. Axırıncı dəfə ölüm üstə 8 il iş almışdı. Bir nəfərlə çəkişib, onu öldürüb".

Tamara Yusifova (Lazım Hüseynovun qohumu): "Oğlan həbsxanada çıxmış adam idi. Sonra gəlib ailə qurmuşdu. Yaşayırdılar, iki uşağı da var idi. Nə biz onlara getmirdik, nə də onlar bizə gəlirdilər".

Aynurə Hüseynovanın bibisi: "Gəldim, gördüm qardaşım evdə təkdi. Soruşdum ki, evin camaatı hanı? Dedi, bilmirəm, mən də səhərdən onları gözləyirəm. Camaatdan öyrənmişəm ki, hadisə belə olub".

Lazım Hüseynov səhər saatlarında özü hüquq mühafizə orqanlarına könüllü təslim olub və ilkin ifadəsində cinayəti boynuna alıb. Dərhal hadisə yerinə Mingəçevir şəhəri polis idarəsi və prokurorluq əməkdaşları gəlib. İlkin araşdırma zamanı oradan avtomat gilizləri aşkar olunaraq götürülüb. Avtomat və uşaq qanına bulaşıq bıçağın yeri sonradan əməliyyatçılar tərəfindən müəyyən edilərək götürüb.

Elnur Səmədov Mingəçevir Şəhər Prokrorunun böyük köməkçisi: "Qısqanclıq zəminində həyat yoldaşından şübhələndiyini, başqa şəxs və ya şəxslərlə münasibətdə olduğundan öldürmüşdü. Ehtimal olunur ki, yəqin ki, şübhələnir uşaqlar da özündən deyil, çox güman ki, o məqsədlə ilkin ifadəsi hazırda odur. İlkin ifadəsində bildirdiyinə görə 1992-ci ildə Qarabağ müharibəsi iştirakçısı olub. Elə silahı həmin vaxtdan özündə saxlayıb. Biz hadisə yerindən 4 ədəd giliz içi dolu daraq tapmışıq. Hazırda o istiqamətdə tədbirlər davam etdirilir".

Qətlə yetirilən qadın və iki övladının meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə aparılıb və müayinədən sonra adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda 120.2.7 və 228.1 maddələri ilə cinayət işi açılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6401   Tarix: 10 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

06.05.2024 159
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

06.05.2024 142
.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. APA xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir

06.05.2024 175
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 165
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 249
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 156
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

06.05.2024 251
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

06.05.2024 577
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

06.05.2024 148