"Milyonlarla axmağın çox sevəcəyi daha bir şey hazırlayıram" - Stress çarxını yaradan

"Milyonlarla axmağın çox sevəcəyi daha bir şey hazırlayıram" - Stress çarxını yaradanBütün dünyada olduğu kimi Azərbaycanda da geniş yayılan stress çarxını yaradan cənubi koreyalı ixtiraçı Hyun-Jin Kvon inkişaf mərhələsində olan daha bir layihəsindən danışıb. Bir çox detalları paylaşmayan, lakin ixtirasına böyük ümüd bəslədiyini bildirən Kvona görə bu əşya da dünya miqyasında milyonlarla axmağın xoşuna gələcək.

BiG.AZ a24.az-a istinadən bildirir ki, Cənubi Koreyanın paytaxtı Seulda keçirilən mətbuat konfransında çıxış edən stress çarxının ixtiraçısı Hyun-Jin Kvon yeni məhsulun təqdimatına keçmədən əvvəl stress çarxına maraq göstərən bütün dünya axmaqlarına təşəkkür edib.
Kvon "Üzümü qara çıxartmadınız, hamınız çox sağ olun, var olun. Stress çarxını tapdığım zaman dedim ki, "Hyun-Jin hazırda sən elə bir icad etdin ki, sənin ehtiyacın olan yeganə şey milyonlarla axmaq və başıboş insanlardır. Eh, o da onsuz da mövcuddur. Bu nöqteyi nəzərdən hədəfdə tutduğum kütlənin bütün insanlar olduğunu söyləyə bilərəm" deyərək ikinci layihəsi haqqında danışıb.

Daha sonra bacarıqlı ixtiraçı açıqlamalarını belə davam etdirib:
"Düzdür, stress çarxı böyük uğur qazandığı üçün tez qürrələnmək lazım deyil. Vacib olan zirvəyə çıxmaq deyil, orda qala bilməkdir. Apardığımız araşdırmalara görə, hələ dünyada olan "axmaqlar bazarı" doymuş vəziyyətdə deyil. Millət yeni bir şey çıxsın biz də pul xərcələyək deyə gözümüzün içinə baxır. Bəlkə də işin sirri burdadır, heç bir işə yaramayan əşyanı insanların qarşısına qoya bilməkdir. Biz stress çarxını ilk dəfə istehsal edəndə Çindəki ixtiraçılar belə "bu, tam olaraq nədir?" deyə soruşdular. "Sən onu hələ çevir" deyə cavab verdim. Beyinsizlər bu kiçik əşyaya mübtəla oldular. İndi isə qarın toxluğu ilə stress çarxı istehsal edir".

Kvon "Lakin yeni yaradacağımız məhsul üçün 5 dollar ödəməyə hazır olduqlarını deyənlər üçün "Wi-Fi" özəllikli yeni modelini çıxartmağa və 50 dollardan sırımağı planlaşdırırıq. Daha yüksək səviyyəli və varlı axmaq və başıboşlar isə qızıldan hazırlanan stress çarxı çıxarsa, 500 dollara qədər pul ödəməyə hazırdırlar" deyərək şok etiraflarla çıxış edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5671   Tarix: 10 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 247
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 143
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 357
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 167
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

14:57 0
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 705
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 218
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 158
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 963