"Kanal-13″-ü mən bağlamışam" – AÇIQLAMA
"Kanal-13″-ü şəxsən mən özüm bağlamışam. Mənim üçün həyat yoldaşım Əziz Orucovdan vacib heç nə yoxdur".
Bunu toplum.tv-yə "Kanal-13" internet televiziyasının rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Çerpanova deyib.
O bildirib ki, kanalı Əziz Orucova görə bağlayıb: "Nə azad söz, nə jurnalistika, nə də "Kanal 13" ondan önəmlidir. Əgər kanalın bağlanmasının Əziz Orucova bir xeyri olacaqsa, mən qurban eləyirəm. Yenə deyirəm, "Kanal-13″ mənim üçün Əziz Orucov qədər əziz deyil. Sırf həyat yoldaşıma görə kanalı bağlamışam".
Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli deyir ki, o, Əziz Orucovun həbs edilməyəcəyini düşünür:
"Bildiyiniz kimi, kanalın rəhbəri Əziz bəy 4 aylıq azadlıqdan məhrum edilib. Ümid edirəm ki, onu ciddi həbs gözləməyəcək. Biz də bir jurnalist kimi onu dəstəkləməyə hər zaman hazırıq".
Media eksperti, tele-jurnalist Qulu Məhərrəmli isə bildirir ki, bu hadisələr söz və ifadə azadlığına mənfi təsir edir:
"Hesab edirəm ki, alternativ fikir yayan media orqanlarının fəaliyyətlərinin məhdudlaşdırılması bu və ya başqa formada söz və mətbuat azadlığına mənfi təsir göstərir. O cümlədən də, "Kanal-13″-ün fəaliyyətinin məhdudlaşdırılmasını pis qiymətləndirirəm. Arzu edərdim ki, istər iqtidaryönümlü, istərsə də müxalifyönümlü media orqanları yazdıqları, toxunduqları məsələlərdə obyektiv, dürüst və qərəzsiz olsunlar. Öz peşə fəaliyyətlərinə bu və ya başqa mənada təhlükə yaratmasınlar. Azərbaycan dünyanın tərkib hissəsidir və bu dünyada söz və mətbuat azadlığı mühüm dəyər sayılır. Bizim ümumi məqsədimiz bu dəyəri qorumaqdır. Bunun üçün də cəmiyyət bütün resurslardan istifadə etməlidir".
Mayın 2-də "Kanal-13" internet-televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunaraq, Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.
Baş redaktor iyunun 1-də azadlığa çıxmalı idi. Amma iyunun 1-də Tv-nin rəhbəri Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192.2 (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb və qanunsuz sahibkarlıqda və vəzifə saxtakarlığında təqsirləndirilərək barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İyunun 3-də Baş Prokurorluğun əməkdaşları "Kanal-13″ün ofisində axtarış aparıblar. TV-dən verilən məlumata görə kompüter və bəzi sənədləri götürüblər.
Vəkil Elçin Sadıqov bildirib ki, Əziz Orucova qarşı qaldırılan cinayət işi "Kanal-13″ün fəaliyyəti və "Qafqaz Media Təhqiqatları Mərkəzi" İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb.
"Kanal 13" internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2374 Tarix: 06 iyun 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir
İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl
11:49 173 Panama sahillərində zəlzələ baş verib
Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı
16:01 174 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 212 Süni intellektli çatbot qətldə ittiham olunur
ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta
10:53 172 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
16:10 177 "Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı
14:04 245 Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
19:45 65 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
16:29 207 Ölkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
10:35 217