MTN işi: Məni "Yeganə" şadlıq evində soyuducuya salmaq istədilər

MTN işi: Məni "Yeganə" şadlıq evində soyuducuya salmaq istədilərSabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Virtualaz-ın verdiyi məlumata görə, məhkəmə iclası "8-ci kilometr" bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsini iddia edən zərərçəkmiş Cəfər Səfərovun iddiası üzrə epizodun araşdırılması ilə davam etdirildi.

Məhkəmədə şahid qismində dindirilən "Yeganə" şadlıq evinin sahiblərindən biri Məmməd Rəhimov istintaqa cəlb edilməsinin səbəblərini anlamadığını qeyd edib. O, qətiyyətlə bu məsələyə aidiyyəti olmadığını bəyan edib.

Məmməd Rəhimovun bu ifadəsi digər şahid – "8-ci kilometr" bazarının keçmiş sahibi Çingiz Əsədovun böyük qardaşı Ərsəddin Əsədovun etirazına səbəb olub. O, Səfərov qardaşlarının bazara qanunsuz sahibləndiyini və Çingizə bazara daxil olmağa icazə vermədiklərini deyib: "Çingiz məhkəməyə müraciət etdikdən sonra məhkəmə Çingizin xeyrinə qərar qəbul edərək bazarda onun fəaliyyətini bərpa edib. Çingiz Əsədov məhkəmə qərarından sonra bazara gəldiyi birinci günü zərərçəkmiş Səfərovlar bazarda hər kəsin gözü qarşısında qardaşı Çingizi döyüblər. Sonradan zərərçəkmiş Səfərovlar Çingiz Əsədovu və onun ailəsini axtarmağa başlayıblar.

Çingiz və ailəsi Səfərov qardaşlarından gizləndiyi üçün "Qara Qarayev" metrosu yaxınlığında olan evində qalırmış. Həmin mənzilə gəlib qapını döyən şəxslər özlərini polis əməkdaşı kimi təqdim ediblər. Aşağı düşəndə isə Salman Səfərovla bacanağı Səyavuş Mirzəyevi gördüm. Çingizin harada olduğunu öyrənə bilməyəndə Salman məni tutaraq "Yeganə" şadlıq evinə gətirdi".

Şahid orada Səfərov qardaşları və restoranın sahibi Məmmədi gördüyünü bildirib. Şahidin sözlərinə görə, şadlıq evində Məmməd Rəhimov onun başına tapança ilə çoxlu sayda zərbə endirib, Cəfərin onun xalası oğlu olduğunu deyərək Çingizin harada gizləndiyini soruşub. Lakin o, Çingizin harada olduğunu deməyib. Daha sonra hansı cəzanın verilməsi müzakirə olunub. "Cəfər dedi ki, gəl, onu soyuducuya salaq. Soyuducu iri idi, yəni evlərdə işlədilənlərdən deyildi. Məmməd Rəhimov onunla razılaşmayaraq cavab verdi ki, bu zibili ora salma, yeməkləri də xarab eləyər". Şahid əlavə etdi ki. onu şadlıq evində əsir kimi 3 gün saxlayıblar.

Qeyd edək ki, şahid məhkəmə zalında oturanlar arasından onu döyən şəxslərdən zərərçəkmiş Cəfər Səfərovu və "Yeganə" şadlıq evinin sahibi Məmməd Rəhimovu tanıyıb.

Vəkillərin suallarını cavablandıran Əsrəddin Əsədov bu hadisəyə qədər ona keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin başçılıq etdiyi dəstənin hücum etdiyini və döydüyünü deyib. Həmçinin şahid bildirib ki, 2005-ci ildə MTN-də üzləşmə zamanı Cəfərdən soruşanda ki, niyə məni oğurlayıb, dedi ki, "mən oğurlamamışam, Məmməd oğlurlayıb".

Qeyd edək ki, zərərçəkmiş Cəfər Səfərov MTN-dən gecə 23-də buraxıldıqlarını iddia edir.

Çarpaz dindirilmədə zərərçəkmiş Cəfər Səfərov və şahid Məmməd Rəhimov şahid Əsrəddin Əsədovun yalan danışdığını və deyilənlərin uydurma olduğunu bildiriblər.

Şahid Sədrəddin Əsədov da məhkəmədə qardaşı Əsrəddin Əsədovun ifadəsinə oxşar ifadə verərək qardaşının zərərçəkmiş Səfərovlar tərəfindən oğurlanaraq "Yeganə" şadlıq evində gizlədilməsi faktını və Çingizin bazarda "Azpetrol"un sabiq rəhbəri Rafiq Əliyevin adamları tərəfindən döyülməsini təsdiq edib.

Hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının bu gün keçiriləcəyini elan edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2249   Tarix: 05 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Xyber-Paxtunkhva əyalətində güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, güclü yağışlar nəticəsində 17 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Pakistanın "Associated Press of Pakistan" (APP) rəsmi xəbər agentliyi məlumat yayıb. Yağışlar səbəbində

16:15 59
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 323
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

10:43 233
.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

10:01 412
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 252
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 688
.

"Yaş ötdükcə dodaqlar nazikləşir"

"Bu yaşıma qədər heç bir estetik əməliyyat etdirməmişəm". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəbərin var?" verilişinə müsahibəsində deyib. O, yaşı artıqca müəyyən estetik toxunuşlar etdirəcəyini bildirib:. "Son fotosesiyam üçün dodağım

18:19 1
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 351
.

Reymen evlənir

Türkiyəli məşhur fenomen müğənni Reymen evlənir. BİG.az xəbər verir ki, o, sevgilisi Emire Cansu Kurtarana evlilik təklifi edib. Müğənni bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşıb

15:35 71