Afrikalılar Azərbaycana gəlib, geri qayıtmırsa...

Afrikalılar Azərbaycana gəlib, geri qayıtmırsa..."Azərbaycana gələn Gürcüstan azərbaycanlısı ilə hansısa Nigeriya vətəndaşı arasında heç bir fərq qoyulmur. Biz azərbaycanlı olduğumuz halda, Azərbaycanda bizə qarşı sərt tədbirlər nəzərdə tutulub". Bu sözləri Gürcüstan vətəndaşı olan jurnalist Elmar Vəliyev bildirib.

Elmar Vəliyevin sözlərinə görə, əvvəllər (2006-cı ildən əvvəl) Gürcüstandan Azərbaycana gələrkən problemlə üzləşməzdilər. O zamanlar Gürcüstanda verilən şəxsiyyət vəsiqəsi ilə belə Azərbaycana gəlmək mümkün olurmuş. Hətta Gürcüstandan Azərbaycana gələnlərin 3 aylıq (90 gün) limitlə qalmasına dair tələb də yox imiş. Yəni kim nə qədər istəyir, qalırmış.
İndi isə belə deyil. 90 gündən sonra ölkəni tərk etməyən Gürcüstan vətəndaşı dövlət sərhəd məntəqəsində cərimələnir. "Xəstə olduğum üçün 90 gündən artıq Azərbaycanda qalmalı olmuşdum. Ancaq bu fərq 2-3 gün olsa da, bunu mənə güzəşt etmədilər. Bakıda qeydiyyata düşdüyüm adama zəng edib cərimələndiyimi bildirdilər. Əvvəl 400 manat cərimə istənildi, daha sonra 300 manata razı salıb cəriməmi ödəməli oldum. Bu məndə ilk belə hal idi. Üstəlik, üzrlü səbəbim vardı. Düşünürəm ki, buna görə Gürcüstan azərbaycanlısına şifahi xəbərdarlıq da etmək olardı. İki dəfə "yuxarılar"a ərizə yazsam da, xeyri olmadı. Bir sözlə, mənimlə eyni qaydanı pozan Qabon vətəndaşı arasında heç bir fərq qoyulmadı və Miqrasiya İdarəsində cərimə ödəmək durumunda qaldım. Hətta qayıdanda gürcü gömrük işçisi mənimlə məzələnirdi ki, cərimələnmişdin deyə gəlmirdin?!

Bizdə cərimələrin ödənməsi ilə bağlı da anlaşılmazlıq var. Mənə Miqrasiyanın Məlumat Mərkəzindən demişdilər ki, pulun nə vaxt olsa, onda ödəyərsən. Yəni, istənilən vaxt, hətta 2 il burda qalsan belə, ödəmək olar. Mənim əlimə 300 manat keçdi və cəriməmi ödəmək qərarına gəldim. Ancaq ödəmək istəyəndə dedilər ki, sizə ödəmə üçün verilən bank hesabının kodu ləğv olunub və indi 400 manat ödəməliyəm", deyə Elmar Vəliyev bildirir.
Azərbaycandan fərqli, Gürcüstanın digər qonşusu Türkiyəyə getmək daha asandır. Belə ki, Gürcüstan vətəndaşları Türkiyəyə Azərbaycandakı kimi xarici pasportla yox, adi şəxsiyyəti təsdiq edən sənədlə daxil ola bilirlər.Təbii ki, bu qayda iki dövlət arasında bağlanmış müqaviləyə əsasəndir. Ancaq Azərbaycana gürcülərdən çox, öz həmsoydaşlarımızın gəldiyi halda, niyə adi şəxsiyyət vəsiqəsi ilə sərhəddən keçmək mümkün olmasın ki?!

Otellər bəzən məsuliyyətsizlik edir

2013-cü il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə, Azərbaycanda 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir. Belə ki, viza əsasında gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddətində, viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər isə 90 gün müddətində ölkədə qala bilərlər. Azərbaycan ərazisində 10 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu vaxtdan 10 gün ərzində, elektron qaydada (Xidmətin rəsmi internet səhifəsinin - www.migration.gov.az – "Elektron xidmət" pəncərəsində yerləşdirilmiş "olduğu yer üzrə qeydiyyata alınma" bölməsinə daxil olmaqla) və ya regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün müraciət edə bilərlər. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

Lakin bəzən miqrantın qeydiyyatda olduğu otellər məsuliyyətsizlik edir. Belə ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyatda olduğu oteli digəri ilə dəyişdikdə, Dövlət Miqrasiya Xidmətinə bu haqda heç bir məlumat təqdim edir. Nəticədə həmin şəxs müəyyən qanun pozuntularına səbəb olanda onun tapılması məsələsi müəyyən çətinlik yaradır.

Afrikalı miqrantlarda Hepatit B virusu aşkarlanır

Məlum olduğu kimi, Azərbaycana çox sayda əcnəbi idmançılar da təşrif buyurur. Biz burda əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələn əcnəbiləri nəzərdə tuturuq. Onlar hər hansısa Azərbaycan klublarında müqavilə bağlayaraq peşəkar idman karyeralarını davam etdirirlər. Təbii ki, daha çox idmanın futbol sahəsində əcnəbilərin ölkəmizə axını olur. Qanunvericiliklə nəzərdə tutulmuş şəxslər iş icazəsi olmadan əmək fəaliyyətinə cəlb oluna bilər. Həmin şəxslərdən də biri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan idmançılardır (eləcə də məşqçilər).

Vaxtı ilə Bakının "Rəvan" futbol klubunda çalışmış jurnalist həmkarımız Şamo Quliyev bildirir ki, daha çox afrikalıların gəlişi problemləri özü ilə gətirir: "Miqrasiya Məcəlləsinə görə, onlar 10 gün ərzində qeydiyyata düşməlidir. Bunu elektron formada da etmək olur. Bu müddətdə qeydiyyata düşməyənlər 300 manat cərimələnir. Viza müddəti bitməmiş əcnəbi futbolçular ya ölkəni tərk etməlidirlər, ya da müvəqqəti yaşayış üçün icazə almalıdırlar. 1 ilədək müvəqqəti yaşayış icazəsi üçün rüsum 120 manatdır. Yetkinlik yaşına çatmayan futbolçularda isə bu, 60 manatdır. 3 dəfə bu qaydalara riayət edilməsə, onlar ölkədən 2-5 il müddətinə deportasiya edilirlər. Bir də afrikalıların çoxunda Hepatit B virusu aşkarlanmaq ehtimalı olur. Məsələn, bizdə Syerra Leonedən olan futbolçu Şerif Sumanın qanından bu virus aşkar edilmişdi. Bu üzdən ona müvəqqəti yaşayış hüququ verilmədi. Miqrasiya İdarəsi hər futbolçuya müvəqqəti yaşayış icazəsi vermir. Bunun üçün Gənclər və İdman Nazirliyinin İdman Şöbəsindən həmin futbolçuların doğrudan da klubların balansında olmasına dair təsdiq məktubu verilməlidir".
Bizdə olan məlumata görə, klublar Nazirliyə bu futbolçular haqda məlumatları təqdim edərkən artıq müqavilələri də təqdim etmiş olur. Ancaq bu əslində qeyri-peşəkarlıqdan xəbər verir. Çünki hələ nazirliyə təqdimatın verilməsi, həmin əcnəbi futbolçulara Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşamaq icazəsi verilməsi demək deyil. Belə anlaşılır ki, Dövlət Miqrasiya Xidməti əcnəbi futbolçuya müvəqqəti yaşamaq icazəsi verməsə, həmin futbolçu ölkəmizi tərk etməli və klubla bağladığı müqaviləsini pozmalıdır.

Klublara lazım olmayan afrikalı futbolçular qayıtmır

Bəzən klublara baxışa gəlmiş afrikalı futbolçular bəyənilmir və onlarla hər hansısa müqavilə bağlanılmır. Belə olan halda həmin futbolçular qanunla viza müddəti bitdikdən sonra Azərbaycanı tərk etməlidirlər və ya müvəqqəti yaşamaq üçün icazə almalıdırlar. Lakin müvəqqəti yaşamaq üçün icazəni almaq üçün əsaslar lazımi qaydada olmadığından, həmin futbolçular bundan məhrum olur. Onlar isə Azərbaycana gəlmişkən, aclıq və səfalətin hökm sürdüyü vətənlərinə qayıtmaqdansa elə burda qeyri-leqal şəkildə yaşamalı olurlar. Məsələn, ötən il Bakıda mənzillərdən birində saxta dollar hazırlamaqda təqsirli bilinən kamerunlu vətəndaş saxlanılmışdı. Məlum olmuşdu ki, onunla yanaşı qalan digər afrikalılar Azərbaycanda qeyri-qanuni qalırmışlar. Bu üzdən cinayətkar məhkəmə divarlarına, digərləri isə ölkələrinə deportasiya olundu.

Hüquqşünas məsləhəti

Hüquqşünas Aqşin Valehov bildirir ki, bu kimi hallar əslində bütün ölkələrdə yaşanır. Lakin bunun özünün də tənzimlənmə yolları vardır: "Əslində miqrantların qeyri-qanuni ölkəmizdə fəaliyyət göstərməsinin qarşısını almaq mümkündür. Bunun üçün vətəndaş məsuliyyətinə ehtiyac var. Siz təsəvvür edin ki, futbolçu klubuna lazım olmur. Klub hər halda ona qayıdış bileti alır. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumatlandırılsa da, futbolçu Azərbaycandan geri qayıtmırsa, artıq burda klubun üzərindən məsuliyyət qalxmış olur. Bundan sonra məsuliyyət həmin futbolçu və ya futbolçulara "qucaq açmış" yerli sakinlərə keçir. Deyəlim ki, kimsə onlara öz evində qalmağa ödənişli əsaslarla olsa belə icazə veribsə, həmin Azərbaycan vətəndaşı mütləq şəkildə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmalıdır. Əks halda bunun məsuliyyətini həmin vətəndaş çəkəcək".

Statistika nə deyir?

Dövlət Miqrasiya Xidmətinin bizə təqdim etdiyi son statistikaya görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər 46574, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı müraciətlər 4248, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər 2704 dəfə olub.
Bunlar qeydə alınmış qanuni miqrasiya hallarıdır. Bir də qeyri-qanuni miqrasiya halları da qeydə alınıb.Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları 1547 dəfə olub. Bu pozuntulardan Azərbaycan Respublikası ərazisində yaşamanın leqallaşdırılması halları 179, inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma halları 919, inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma halları 431, Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi halları 18 dəfə qeydə alınıb.

Dövlət Miqrasiya Xidməti mayın 30-31-də 9 nəfərə müvəqqəti və ya daimi yaşamaq hüququ verməkdən imtina edib. Bunlardan 5-i Türkiyə, 2-si Suriya, 1-i İran və 1-i isə Hindistan vətəndaşıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3339   Tarix: 02 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

14:30 0
.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühü

10:00 110
.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

12:00 78
.

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu

Rusiyanın Saratov vilayətində əmək miqrantlarına bu il mayın 1-dən dekabrın 31-dək ictimai nəqliyyatda, taksilərdə və ictimai iaşədə daşıma sahələrində işləmək qadağan ediləcək. yerli mediaya istinadla bildirir ki, müvafiq sərəncamı Saratov vilayətinin qubernatoru Roman Busargin imzalayıb. Miqrasiy

27.04.2024 487
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27.04.2024 196
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27.04.2024 294
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 211
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27.04.2024 187
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

13:10 0