Şamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLAR

Şamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxı rayonunun Dəmirçi kəndi ərazisində, Gəgəli yaylağı adlı ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. Nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir.

BiG.AZ xəbər verir ki, həmin ərazidə ilkin arxeoloji tapıntılar yol çəkilişi zamanı təsadüfən aşkarlanıb.

Dəmirçi nekropolda əsaslı tədqiqatlara mayın əvvəlində başlanılıb. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə 7-27 may tarixlərində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası professor Qafar Cəbiyevin rəhbərliyi altında 600 kvadratmetrdən artıq sahədə qazıntı işləri aparıb. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirləri aşkar edilib.

Kvadrat formada olan qəbirlərin hamısının divarları çaydaşı və ya əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə iri sal daşlarla qapanıb. Qəbirlərin üst örtüyü kimi istifadə olunmuş sal daşların xeyli qisminin uzunluğu 2 metr, eni 1,5 metr, qalınlığı 10-40 sm, ağırlığı isə 150-300 kq-dan daha artıqdır.

Qəbirlərdə skeletlər sıx və ya zəif bükülü vəziyyətdə olmaqla, sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar içərisində keramika məmulatı sayca üstünlük təşkil edir. Bu tapıntılar əsasən tək qulplu, ağzı büzməli formada olan su qablarından ibarətdir. Zoomorf lüləkli, bir neçə qulpu olan müxtəlif ölçülü və formalı məişət qabları da çoxluq təşkil edir.

Daş qutu qəbirlərdə şüşə və metal nümunələr də qeydə alınıb. Metal əşyalar içərisində dəmir silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Tədqiq olunmuş 10 və 11 saylı qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri isə həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu, hələlik Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış ən qədim parça nümunəsidir. 10 saylı qəbirdəki skeletin yanına iri dəmir qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və ya toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.

Bir sıra əlamətlərinə görə abidənin eramızın III-IV əsrlərinə aid olduğu güman edilir. Qeyd edək ki, analoji abidələr Xalqların Böyük köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər türk xalqlarının yaşadığı ərazilərdə geniş yayılıb./APA/

Şamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLARŞamaxıda qədim "ölü şəhər" tapıldı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4663   Tarix: 27 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

06.05.2024 10843
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

06.05.2024 229
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 464
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

06.05.2024 159
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

06.05.2024 263
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

06.05.2024 216
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 296
.

Azərbaycanda məktəblilər arasında dava: Ölən var

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib. APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasın

10:28 238
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 389