Ürəyindən bıçaqlanan bank müdirinin anası: "600 minim var, hamısını xərcələyəm ki, həbsdən çıxmasın"

Ürəyindən bıçaqlanan bank müdirinin anası: "600 minim var, hamısını xərcələyəm ki, həbsdən çıxmasın""Zaminbank"ın filial müdiri Azər Məmmədovun ölümündə təqsirli bilinən Sənan Quliyev və Mövlud Səfərovun valideynləri övladlarına verilən cəzadan narazıdı.

Sənan Quliyevin anası Rəhilə Quliyeva məhkəmənin ədalətsiz qərar qəbul etdiyini və zərərçəkənlərin hər yolla prosesə təsir göstərdiklərini bildirib:

"HƏMİN HİSSƏ GÖRÜNTÜLƏRDƏ OLSA DA, QARŞI TƏRƏF ÖZÜNƏ SƏRF ETMƏDİYİ ÜÇÜN ÇIXARTDIRIB"

"Oğlum Mövludla birgə Avropa otelinə məşq etməyə gedir. Ayağında "krasovka" olduğu üçün müəllim irad tutur, o da "bağışla" deyib istədiklərini edərək ayağına salafan geyinir. Məşqdən sonra Sənan pulu ödəməyə gedir, Mövlud da dəsmalı qaldığı üçün geri qayıdası olur. Qayıdanda müəllim yenə irad tutur və deyir ki, "Nə "panyatkasızsız". Demədim ki, elə girmək olmaz?", Mövlud da qayıdır ki, "özünsən". Dəqiq bilmirəm söyüşlə, yoxsa olduğu kimi deyib. Bundan sonra Mövlud müəllimdən soruşub ki, sən polissən? O da "yox" deyib. Mövlud oradan çıxıb gəlmək istəyəndə onu təkləyib döyürlər. Sənan da onu gözləyir, o başa, bu başa gedib gəlir. Niyə gəlmədiyini öyrənmək istəyəndə görür ki, Mövludu yerə yıxıb döyürlər. Döyənlərin əllərindən onu alıb gətirmək istəyəndə yumruqla gözündən vururlar. Həmin hissə də görüntülərdə olub, lakin qarşı tərəf çıxartdırıb".
Ürəyindən bıçaqlanan bank müdirinin anası: "600 minim var, hamısını xərcələyəm ki, həbsdən çıxmasın""ONUN ÜRƏYİ NECƏ YANIRSA, MƏNİM DƏ ÜRƏYİM ELƏ YANIR"

"Sənanı vuranda kresloya yıxılıb. Onun üstünə gedəndə çantasında bıçaq olduğu üçün əlində oynadaraq özünü qorumaq istəyib" deyən Rahilə xanım evdən çıxarkən oğluna irad tutduğunu da bildirir: "Evdən çıxanda ona irad tutdum ki, sən namaz qılırsan, oruc tutursan üstündə bıçaq gəzdirmə. Mənə dedi ki, "Ana, sən bilirsən ki, oğlun bir qarışqanı da incitməz". Hərdən meyvə soyduğu üçün gəzdirdiyini dedi. Amma qəsdən, yoxsa elə dediyi kimi meyvə soymaq üçün gəzdirirdi deyə bilmərəm".

Sənan Quliyevin anası hadisəni belə nəql edir: "Azər Sənanı vuranda bıçaq ona, daha sonra isə iki dəfə müəllimin qoluna dəyib. Ondan sonra Sənan Mövludu da götürüb evə gəlir. Azər hadisədən sonra dünyasını dəyişir. Biz məsələni öyrənən kimi ikisini də özümüz aparıb polisə təslim etmişik. Mətbuatda guya 2 gün gizlənmələri ilə bağlı xəbərlər yayılmışdı, hamısı yalandır. Onların bir qohumu var idi, bizimlə də uzaq qohum düşürdü. Mən hadisədən sonra onu göndərdim ki, məsələni öyrənsin. Gələndə dedi ki, "Rəhilə xala, yaxın buraxmırlar. Döyərlər, söyərlər... Buna görə məsləhət də bilmirəm gedəsən". Bu səbəbdən qorxdum barışığa getmədim, amma kaş gedərdim. Mən də anayam. Azərin anasını başa düşürəm. Övladını itirib, amma onun ürəyi necə yanırsa, mənim də ürəyim elə yanır. O vaxtdan inanın ki, saçıma rəng də qoymamışam, toya, xeyir işə getməmişəm. Mən arsız adam deyiləm. Heç kim belə olmasını istəməzdi (kövrəlir)".
Ürəyindən bıçaqlanan bank müdirinin anası: "600 minim var, hamısını xərcələyəm ki, həbsdən çıxmasın""AÇIQ ŞƏKİLDƏ DEDİ Kİ, "600 MİN PULUM VAR, YERİ GƏLSƏ HAMISINI XƏRCLƏYƏCƏM Kİ, ONLAR AZADLIĞA ÇIXMASIN"

Rahilə Quliyeva məhkəmədə baş verənlərdən danışıb: "Məhkəmə oğluma ömürlük, heç nə etməyən, yerindən belə tərpənə bilməyən Mövluda isə 20 il iş kəsib. Demirəm oğlumun günahı yoxdur. Amma, bu cəza həddindən artıq ağırdır, 10 il, 15 il verə bilərdilər. Sənana və heç bir günahı olmayan Mövluda verilən cəza ədalətsizdir. Mövludu döyənlərin isə adını çəkən yoxdu. Günahın ən böyüyü trenajor zalını işlədən Ruslan müəllimdədir. (Ruslan Əfəndiyevi nəzərdə tutur) Müəllim birinci ifadəsini rus dilində vermişdi, amma onu bizim dilimizə çevirəndə özlərinə nə sərf edibsə, elə tərcümə edərək dəyişdiriblər. Apelyasiya məhkəməsində müəllim özü də etiraf etdi və əvvəlcə də eyni ifadəni verdiyi, lakin dəyişdirildiyini söylədi. Mərhumun əmisi, bibisi və yaxınlarının çoxu vəzəfəlidir. Anası Gülsabah Əhmədova da həkimdir. Hər yerə müdaxilə edirlər. Gülsabah xanım axırıncı məhkəmədə açıq şəkildə dedi ki, "600 min pulum var, yeri gəlsə hamısını xərcləyəcəm ki, Sənan və Mövlud buraxılmasın". Biz bu məsələ ilə bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət etdik. Məktubumuza cavab gəldi və bizi Bakı Şəhər Baş Prokurorluğuna yönləndirdilər. Şöbə rəisinin qəbuluna düşmək üçün gözləyəndə prokurorluğun növbətçi əməkdaşlarından biri bizə "Siz çox savadsız insanlarsız. Bizi bizə şikayət edirsiz" dedi. Mən də cavab verdim ki, "Savadsız deyiləm. Texnikum bitirmişəm, özümə görə də bacarığım var. Nə qədər öz vəzifəsinə xəyanət edən prokuror, həkim, polis var. Şikayət etməyimizin nə eybi var?".

Sənan Quliyevin və Mövlud Səfərovun hüquqlarını müdafiə edən vəkil Cavid Rzazadə də məsələyə münasibətində aktın saxtalaşdırıldığını, ümidlərinin sadəcə ölkə rəhbərliyinə qaldığını vurğulayıb:

"İttiham aktı tamamilə saxtadır. Baxmayaraq ki, birinci instansiya məhkəməsində və Apelyasiya Məhkəməsində şahidlər yenidən dindirilib, ifadələrini çoxu dəyişdirib, Ruslan Əfəndiyev verdiyi ifadənin rus dilindən tərcümə edilərkən başqa formada təqdim edildiyini və əvvəlki ifadəsindəki fikirlərin ona aid olmadığını bildirib, lakin məhkəmə məsələyə yenə də kor-koranə yanaşıb və ədalətsiz qərar qəbul edib. Bu, sifarişli işdir, məhkəmə satılıb. Ruslan Əfəndiyev ifadəsində açıq-aşkar "Mövludu mən tutub saxlamışdım, o tərpənə bilməzdi" desə də, ona verilən 20 il cəzada heç bir dəyişiklik edilmədi. O, həmçinin Sənan barəsində də "İstəsəydi məni öldürə bilərdi, amma vurmadı", deyə bildirib. Ali məhkəməyə şikayət hazırlayırıq, amma görünür ki, müsbət nəticə olmayacaq. Hadisə yerini çəkən 3 kameradan 2-sinin görüntüləri gözlədilib, lakin təqdim olunan videosübutdan da Mövludun Azərə toxunmadığı açıq-aydın görünür. Sifariş o qədər üst səviyyədədir ki, bütün dəlillər bizim lehimizə olsa da, bizə qarşı haqsızlıq edilir. Ümidimiz sadəcə ölkə rəhbərliyinə qalıb".

Ürəyindən bıçaqlanan bank müdirinin anası: "600 minim var, hamısını xərcələyəm ki, həbsdən çıxmasın"Xatırladaq ki, hadisə 2015-ci ilin aprelin 21-də baş verib. "Avropa" otelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A.Məmmədov aldığı bıçaq zərbəsindən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və Mövlud Səfərov tutulub. Sənana ömürlük, Mövluda isə 20 il həbs cəzası verilib.

mənbə: qaynarinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2993   Tarix: 23 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

21:30 0
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 505
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

21:15 0
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 109
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 798
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 358
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

22:12 0