Araz Əlizadənin qalmaqallı müsahibəsinə SƏRT REAKSİYA: Onun ağzının qıfılını kim açıbsa...

Araz Əlizadənin qalmaqallı müsahibəsinə SƏRT REAKSİYA: Onun ağzının qıfılını kim açıbsa...Millət vəkili Araz Əlizadə müsahibə verərkən "Rəsulzadə Azərbaycan üçün heç nə etməyib, Elçibəy də qiyamla prezident olmuşdu...", - deyə fikir səsləndirib.

BiG.AZ-ın məlumatına görə, Araz Əlizadənin səsləndirdiyi fikirlərə sfera.az vasitəsilə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, Rəsulzadənin dəyərini tarix və xalq kifayət qədər əhatəli şəkildə verib:

"Azərbaycan tarixində Məhəmməd Əmin Rəsulzadə masştabında, həqiqətən də müstəqilliyimizdə rolu olan nə qədər böyük şəxsiyyətlər olsa da, o masştabda XX əsrin əvvəllərində böyük siyasi liderlərin yetişmədiyini zənn edirik. Buna kimin nə qiymət verməsi artıq mənasızdır. Rəsulzadənin yüksəltdiyi və idea müəllifi olduğu bayrağı, himni və dəyərləri bu gün Azərbaycan xalqı yaşadırsa, artıq qiymət verilib. Araz Əlizadənin verdiyi qiymət mənasız və qərəzlidir. Elçibəyə gəldikdə isə, o qiyam yolu ilə hakimiyyətə gəlməyib. Bu, yalnış fikirdir, çünki Elçibəy seçki yolu ilə hakimiyyətə gəlib. Və hər hansı şəkildə qanun pozuntusu da olmayıb. Artıq şərhə ehtiyac yoxdur, tamamilə, yalnış yanaşmadır".

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Rəsulzadə və Elçibəy Araz Əlizadə kimilərin ideoloji düşmənləridir:

"Araz Əlizadənin ağzının qıfılını kim açıb bilmirəm, amma ümidlənməsin. Azərbaycanın istiqlalı əbədidir və indi ölkəmizdə Əliheydər Qarayevlərin meydan sulaması üçün imkan yoxdur. Əvvəla, dünyasını dəyişmiş insanlar haqqında ittiham səsləndirmək zəif adamların üslubudur. Nə Rəsulzadənin, nə də Elçibəyin Araz Əlizadəyə cavab vermək imkanı yoxdur. Allah rəhmət eləsin. Əgər belə bir imkanları olsaydı da, yəqin ki, cavab verməzdilər. Mən Araz Əlizadənin Azərbaycanın indiki iqtidarına, onun ideoloji prinsiplərinə, siyasi kursuna da dost olduğunu düşünmürəm.

Hakimiyyət nəyin bahasına olursa-olsun Azərbaycanın müstəqil dövlət kimi inkişafını, müstəqil siyasət yürütməsinin tərəfdarıdır və atdığı addımlar da bunu sübuta yetirir. Cənab Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mühüm sərəncam imzalayıb. Gələn il biz Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə qeyd edəcək, Cümhuriyyət qurucularını, o cümlədən Məhəmməd Əmin Rəsulzadəni sayğıyla anacağıq. Yəni hakimiyyətin Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularına münasibəti ortalıqdadır.

Bu baxımdan, Araz Əlizadənin Rəsulzadəni hədəf seçməklə iqtidara xoş görsənməyə çalışmadığı ortalıqdadır. O zaman kimə xoş görsənməyə çalışır? Cavab sadədir: Azərbaycanın rus imperiyasından qoparaq müsəlman şərqində ilk demokratik respublika qurmasını, rus-bolşevik işğalından sonra yenidən dövlətçiliyini bərpa etməsini həzm edə bilməyənlərə".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1311   Tarix: 23 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179