Azərbaycanda banan inhisarçılığı - ARAŞDIRMA

Azərbaycanda banan inhisarçılığı - ARAŞDIRMABu ilin birinci rübündə Azərbaycana Ekvadordan 7 min 130 ton banan gətirilib. İdxal 63 faiz artıb. Amma əsas məsələ bu deyil. Ötən ilin eyni dövründə Azərbaycan gömrüyündə kiloqramı 91,3 sentə (təxminən 1 manat) rəsmiləşdirilən banan indi daha aşağı qiymətə – 77 sent yarıma (1 manat 30 qəpik) bəyan edilir. Hərçənd, martdan bəri ölkədə bananın satış qiyməti indiyədək görünməyən həddə – 3 manat 50 qəpiyə qalxıb.

Azərbaycanda banan inhisarçılığı - ARAŞDIRMAAzərbaycana banan idxalının uzun illərdir ki, inhisarda saxlandığı bildirilir. Dövlət Gömrük Komitəsi bu tipli ittihamları rədd edir. Komitə sədri Aydın Əliyev gömrük orqanlarının inhisarçılığa himayəçilik etməsi haqda gəzən söhbətləri yalanlayaraq, hər kəsin istənilən məhsulu Azərbaycana gətirməsinə maneənin olmadığını bildirir.

Hazırda bananı, eləcə də digər sitrus meyvələrini Azərbaycana bir şirkət – «Asadov Capital Azərbaycan» MMC gətirir. Şirkətin korporativ internet səhifəsində göstərilir ki, onun Qazax və Astara rayonlarındakı terminallarında bananın saraldılması və sitrus meyvələrin saxlanması üçün kameraları var.

Bu şirkətin Türkiyədə 2007-ci ildə yaradılan «Asadov Emlak Gida ve Dış Ticaret Limited» şirkəti tərəfindən təsis olunduğu, yeganə payçının isə Rafiq Həmid oğlu Əsədov olduğu bildirilir. İstanbul Ticarət Palatasının məlumatına görə, şirkətin kapitalı 3 milyon 550 min türk lirəsidir.
Azərbaycanda banan inhisarçılığı - ARAŞDIRMAEyyub Hüseynov: «Bahalaşmanın arxasında inhisarçı durur»

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov banan idxalının bir əldə cəmləşdiyini bildirir. O, AzadlıqRadiosu-da deyib ki, bananın kəskin bahalanmasını başqa amillə deyil, elə inhisarçılıqla əlaqələndirmək lazımdır, çünki digər səbəb sadəcə yoxdur: «İnhisarçılar istədikləri qiymətləri qoyurlar, bazara nəzarət etməli olan qurum isə istehlakçıların keyfiyyətli və alıcılıq qabiliyyətinə uyğun məhsul almaq hüququnun qorunması üçün gərəkən tədbirləri görmür. Bu səbəbdəndir ki, regionda ən baha banan Azərbaycanda satılır».

Banan idxalında inhisarçılıq, eləcə də qiymətlərin süni şəkildə artırılması haqda iddialara «Asadov Capital Azərbaycan» MMC-nin rəhbərliyi münasibət bildirmir.

2016-cı ildə Azərbaycana 21,2 min ton banan gətirilib. Mal Azərbaycan gömrüyündə 17,6 milyon ABŞ dolları dəyərində rəsmiləşdirilib.

mənbə: Azadlıq Radiosu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2146   Tarix: 22 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 852
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 230
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 219
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 146
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

05.05.2024 164
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 135
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 168
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 158
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

05.05.2024 168