Azərbaycanlılar niyə Whatsapp, Messencer və Skyp-da danışa bilmir?

Azərbaycanlılar niyə Whatsapp, Messencer və Skyp-da danışa bilmir?Azərbaycanda votsap, messencer, skayp kimi beynəlxalq danışıqlara məhdudiyyət qoyulması ilə bağlı məsələyə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz aydınlıq gətirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Osman Gündüz bildirib ki, ölkədə hamı bunun səbəbini axtarır və soruşur:

"Elə bizdən də. Düşünürəm ki, bu məsələyə aydınlıq gətirəsi yeganə qurum NRYT Nazirliyidir. Hələlik sektorda tənzimləyici qurum bu nazirlikdir.

Təəssüf ki, bu qurum da rəsmi açıqlama verməyib.

Apardığımız araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN -in göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib.

Bizdə artıq çox doğru olaraq praktika formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır.

Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə atılıb. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil ki, internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur.

Atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır. Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı NRYTN-in açıqlama verməsi doğru olardı. Xüsusən də bizdə artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var.

Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır.

Fikrimcə, hökumətin bu tip qlobal resurslarla əməkdaşlıq etməsi, onların ölkəmizə dəvət edilməsi, resurslarının burada yerləşdirilməsi istiqamətində işlərin aparılması daha doğru addım olardı.

Ən yüksək standartlı, regionda ən nəhəng Regional Data Mərkəzin, həmçinin "Delta Telekom"un Data Mərkəzlərinin olduğunu nəzərə alsaq bu cür bloklanmanın da gələcəkdə bu mərkəzlərin biznesinə problem yaradacağını düşünürəm. Hansı ki, bu resurslar ölkəyə xeyli valyuta gətirə bilərdilər.

Qlobal resurslar isə bloklanmanı sevmirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5788   Tarix: 20 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nigeriyada qızılcadan 19 uşaq ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılcadan 19 uşaq ölüb. xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında bildirib. Tanqvami ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə inandırıb

29.04.2024 355
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

29.04.2024 2215
.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

12:58 128
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 279
.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

10:17 425
.

Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Binəqədi, həmçinin Masallı, Kürdəmir və Yardımlı rayonlarında qaz təchizatında fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, "Alatava" qazpaylayıcı stansiyasınd

09:58 308
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29.04.2024 330
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

29.04.2024 286
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 611