Bakıda evlərə girən fırıldaq alverçilər – Müştərilər, aldanmayın! - ARAŞDIRMA

Bakıda evlərə girən fırıldaq alverçilər – Müştərilər, aldanmayın! - ARAŞDIRMASon illər istehlakçıların məişət əşyalarının pərakəndə satışı ilə məşğul olan adamlar tərəfindən fırıldağa tuş gəlməsi halları daha da çoxalıb.

Yəqin ki, çox funksiyalı "Kirby" vakuum təmizləyici - tozsoranları haqda çox eşitmisiniz. Bu tozsoranlar açıqda satıldığı qədər, gizli şəkildə də evləri gəzir və insanların ağlını başından aldıqdan sonra fantastik qiymətə ev yiyəsinə sırınır.

Məsələn, BiG.AZ-a müraciət edən şikayətçi Məsmə Məmmədova deyir ki, bir müddət öncə qapısı gözlənilmədən döyülüb.

"Soruşdum ki, kimdir? Bir şirindil qız səsi gəldi, dedi ki, sizə vakuum təmizləyici- tozsoranını nümayiş etdirəcəyik və pulsuz hər hansı bir xalçanızı yuyub, divanınızı təmizləyəcəyik. Sizdən heç nə getmir. Biz təmizlik işləri görəcəyik, siz də bizə 1 bal qazandırıb, xarici ölkəyə getmək şansını yaratmış olacaqsınız. Mən də qapını açdım, qarşımda mehriban, şirindil gənc bir qız dayanmışdı. Özünü təqdim etdi, "Kirby" şirkətindən gəldiyini bildirdi. Evə girmək üçün icazə istədi. Razılaşdım, "buyurun" dedim. Elə bunu demişdim ki, arxasınca da bir oğlan mənzilə daxil oldu. Həmin oğlan tozsoranı işə salıb, evimi yaxşıca təmizlədi, sağ olsun (gülür). Sonra da xalçadan, divardan çıxan tozları az qalsın gözümə soxurdu... Qız da tozsoranın antiallergik və çoxfunksiyalı olduğunu dəfələrlə təkrarlayırdı. Amma məni qarşıda nələrin gözlədiyini ağlıma gətirməzdim. Sonra qız başladı ki, siz bilmirsiz, evinizdə gözə görünməyən gənələrlə yaşayırsız? Soruşdum ki, bəs bu apparatın qiyməti nədir? Qızın yanındakı oğlan dedi ki, bütün informasiyaları sonda verəcəyik. Nə isə, uzun sürən reklam işinin sonunda əsas məsələyə gəldik. Qəribə olan bilirsinizz nədir? Tozsoranın qiymətini özümə demədilər, sənədləşmə kağızında qeyd edib, sonra mənə uzatdılar. Gördüyüm rəqəm məni şoka saldı. Müqavilədə 3900 manat yazılmışdı... Satış meneceri olan xanım durumu yumşaltmağa çalışdı, başladı ki, bəs siz bu qiymətin hamısını deyil, hissə-hissə ödəyəcəksiniz. İlkin ödəniş isə 1900 manatdır. Gözüm kəlləmə çıxdı. Dedim ki, ay bala, mən həyatımda heç o qədər pulu birdəfəyə əlimdə tutmamışam. Sən nədən danışırsan? Amma onlar əl çəkmədilər. Bunların 10-15 dəqiqəlik olacağını vəd etdiyi görüş 3-4 saata qədər uzandı. Məni hər vəclə bu bahalı maşını almağa məcbur etmək istəyirdilər. Çox qorxurdum ki, yoldaşım işdən qayıdıb evdə yad oğlanın olduğunu görəcək. Necə can qurtaracağımı fikirləşirdim. Uzun sözün qısası, bunları yola saldım getdilər. Bizdən çıxandan sonra sən demə, qonşum Fəridəgilə gediblər, ona tozsorandan birini sata biliblər. Fəridənin imkanı var, maşallah, əri yaxşı qazanır. İstənilən halda, düşünürəm ki, bu insanların evinə daxil olub, oğurluq etməyə bərabərdir. Bunun qarşısı mütləq alınmalıdır".

Şikayətçinin söylədiklərindən yəqin anladınız ki, tozsoranlar ancaq ev marketinqi yolu ilə satılır, səbəb isə məlumdur: FIRILDAQ...

"Kirby" şirkəti ilə bağlı apardığımız araşdırmalar zamanı rastımıza http://www.kirby.com/az saytı çıxdı. Şirkət ölkəmizdə fəaliyyət göstərsə də, heç bir ünvanı, əlaqə nömrəsi yoxdur.
Məlum olan odur ki, adıçəkilən tozsoranlar 2006-cı ildən fəaliyyət göstərən "Lux Life Group" adlı şirkət tərəfindən satılır. Başqa sözlə, şirkət mallarını ancaq ev marketinqi yolu ilə-evləri gəzərək satır.
Zənnimizcə, buna sırımaq, insanları hipnoz edib, satmaq demək daha doğru olardı. Çünki eyni funksiyalı tozsoranların qiyməti bazarda ən bahası 600-700 manatdır.

Vəə... daha maraqlı məqam isə "Kirby" tozsoranlarının öz qiymətinin 2 min manat olduğu halda, insanlara 2900 manata satılmasıdır. Yəni evləri dolaşan satış menecerləri haqqında söhbət açdığımız tozsoranları baha qiymətə insalara sırıyırlar. Tozsoran geri qaytarılmır, 40 illik zəmanəti var, iddia olunur ki hissələri kosmonavtların geyimi hazırlanan materialdan istehsal edilib.
Hazırda baş ofisi ABŞ-ın Klivlend şəhərində olan "Kirby" şirkətinin(1914-cü ildən) Azərbaycanda təbliğ edən şirkət rəhbərliyinə gəldikdə isə deyilənə görə, bu tozsoranları ölkəyə iki qardaş gətirir.

"Kirby-Azərbaycan" öz distribütorluq fəaliyyətinə görə 80 ölkə arasında həmişə qabaqda olub. Qabaqcıl şəxs kimi Fərid Najiyev adlı şəxs göstərilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında deyir ki, bu tozsoranlarla bağlı rəhbəri olduğu quruma dəfələrlə şikayət daxil olub:

"Ümumiyyətlə, tozsoranın bu qiymətə satılması absurddur. Nə qədər bahalı material və hissələri olsa belə, bütün tozsoranlardakı funksiya oxşardır. Bizə daxil olan şikayətlər çox olub. Amma bunun qarşısını almaq olmur. Tozsoranı satanlar müqavilə imzalayırlar, amma heç bir ünvan vermirlər. Hətta buarada heç bir satış qəbzindən də söz gedə bilməz. Bizə edilən dəfələrlə qalmaqallı tozsoran olayına görə, İqtisadiyyat Nazirlıiyinə də müraciət etmişik. Ümid edirəm ki, tezliklə bu kimi satış fırıldaqlarının qarşısı alınacaq".

Bununla bağlı İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı. Ümid edirik ki, bu materialdan sonra haqqında danışdığımız şirkətin aidiyyatlı dövlət orqanlarına verməyə cavabı olacaq...

Bakıda evlərə girən fırıldaq alverçilər – Müştərilər, aldanmayın! - ARAŞDIRMA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3581   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 349
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 274
.

Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."

"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz

12:24 246
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 187
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

13:02 292
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 206
.

TOP MP3