"Heç bir müştəriyə "yox" demirəm" – cazibədar biznes ledi Aydan

"Heç bir müştəriyə "yox" demirəm" – cazibədar biznes ledi AydanKeyfiyyətli xidmət və sərfəli qiymət arzusunda olan xanımlar yolunuzu "MOON BEATY"dən salın. Gedəcəyi hər məkanda gözəlliyi ilə seçilmək istəyən xanımlar yolunu "Moon beaty" studiyasından sala bilər. Siz məhz burada peşəkar ustaların yüksək səviyyəli xidmətindən yararlana biləcək və birmənalı şəkildə razı qalacaqsınız. Öz bacarığı ilə xanımlara göz qamaşdıran gözəllik bəxş edəcəyini, son dəbə uyğun saç düzümləri və makiyaj təqdim edəcəyini bildirən ustalar yolunuzu gözləyirlər.

Salonun sahibəsi gənc və gözəl biznes ledi Aydan xanımdır. Aydan xanımla söhbətimizi təqdim edirik.

Çox qəşəng salondur, salonunun dizaynı özünüzə aiddir?

- Bəli, özümə aiddir. Əslində çox salonları gəzmişəm. Bütün salonlarda ev şəraiti, ev abu-havası axtarmışam, lakin heç birində tapmamışam. Nəhayət bu arzumu öz salonumda reallaşdırmışam. Hər bir xanım kimi salonlardan həzz alıram. Salonumda müştərilərin rahatlığı üçün əlimdən gələn hər şeyi təşkil etmişəm. Burada sırf evdəki abu-hava var. Bir sözlə dizayn özümə aiddir.

- İndi qadın bərbərxanaları çoxdur. Necə oldu ki, özünüzü biznes ledi kimi bu sahədə sınamaq qərarına gəldiniz?

- Hər bir insan özünü bir sahədə tapır. Mən özüm make-up artistəm, işim sırf makiyajla bağlıdır. Düzdür, Azərbaycanda çox az çalışmışam, təhsilim Rusiyada olub, SNQ üzrə vizajistəm. Özüm xanımları hər zaman gözəl görmək istəmişəm. Özüm çox az-az vizaj edirəm. Amma salonumda çox güclü vizajistlər var. Salonu açmaqda məqsədim istədim ki, özüm kimi başqa xanımlar da baxımlı olsun. Əlimdən gələni də edirəm ki, salonumda bütün xanımlar gözəl olsun. - Etiraf elədiniz ki, baxımlı xanımsız. - Bəli, təbii ki (gülür-red).

- Sizi başqa qadın bərbərxanalarından, gözəllik studiolarından fərqləndirən xidmətlərinizdəki hansı üstünlükləridir? Mümkünsə sadalayardınız bir neçəsini …

- Özünüz də qeyd etdiniz ki, qadın salonları çoxdur. Və bir-biri ilə paxıllıq deyil də, düzgün rəqabət aparırlar. Mən çox çalışıram ki, hər bir salonda olan rahatlıqdan daha çox şey verim müştərilərimə… Salonumu digərlərindən fərqləndirən cəhət də burada peşəkarların işləməsidir. Məsələn, salonumda işləyən adi kosmetoloq həkim-kosmetoloqdur. Hansı ki hər bir müalicəni əminliklə və sığorta ilə aparır. Bu da mənim özümə çox xoş gəlir. Belə olan təqdirdə bir dəfə gələn müştəri ikinci dəfə yenidən salona gəlir. Bu, doğurdan da qürurverici haldır. Deməli nəticəmiz müştərini qane etdi. Başqa fərqli tərəfimiz odur ki, salonumda massaj xidməti var. Bəzi xanımların rahatlığa ehiyacı var. Təmizlik cəhətdən də çox titizəm.

- Bu sahədə bayaq da qeyd etdim ki, rəqabət mühiti var. Paytaxtda yüzlərlə belə iaşə obyektləri fəaliyyət göstərir. Fərqlənmək üçün, müştəri cəlb etmək üçün hansı amil şərtdir?

- Rəqabət aparıram, amma bunu kiminsə acığına etmirəm. Mən bu biznesi ona görə qurmamışam ki, pul qazanım. Pul hərisliyim yoxdur. Məni digərlərindən fərqləndirən əsas cəhət də elə budur. Heç bir müştəriyə yox demirəm. Salonlar var ki limit qoyurlar filan qiymət, filan qiymət, başqa heç nə ola bilməz. Mənim salonumda belə şey yoxdur, hər bir xanım gözəl olmaq istəyir. Büdcə fərqi ola bilər. Elə müştərim olub ki, mən onu pulsuz yola salmışam. Ustalarımın gün ərzində bir-iki xanıma pulsuz, ya da aşağı qiymətə xidmət göstərməsi əskiklik deyil. Heç kim bununla ac qalmır. Mənə belə gəlir ki, belə çirkli rəqabətdənsə, yaxşlıq etməklə, rahatlıqla müştərini cəlb etmək olur.

- Rəqabətə görə nəyi qurban verməzsiniz?

- Rəqabətə görə kollektivimi kiminsə ayağına vermərəm, bir də şəxsi həyatımı qurban vermərəm!

- Çox ürəyi açıq salon rəhbəri ilə müsahibə edirəm. Adətən salon rəhbərləri necə deyərlər, qanudduran olur. Aydan isə çox güvənir və rahatdır ...

- Bilirsiniz, mən hər bir insanla səmimiyəm. Hamı deyir ki, müdir oldunsa deməli ciddi, qəddar olmalısan. Səninlə çalışan insanlara rejim qoyursan ki, ancaq vaxtında gəlsinlər, vaxtında getsinlər. Düzdür, rejim barədə bunları qaydasına salmışam, amma mən işçilərimə dost olmuşam. Onlar mənimlə hər sirrlərini bölüşür, istəyirəm ki, işçilərim mənimlə rahat olsun. Çünki mən də əvvəllər kiminsə işçisi olmuşam, hansısa salonda işləmişəm. Və çalışıram ki, orda gördüyüm mənfiləri öz işçilərimə göstərməyim. Yəni dediyim odur ki, mən anadan müdirə olaraq doğulmamışam. Mən də hamı kimi kiminsə işçisi olmuşam, söz götürmüşəm, bunları görə-görə gəlmişəm. Ona görə də çalışıram ki, mən çəkdiklərimi işçilərim çəkməsin. Üzümə gülüb arxamca deməsinlər ki, Aydan xanım belədir elədir. İstəyirəm hamı məni çox istəsin.

- Qadın bərbərxanalarında ustanın peşəkar olması ilə yanaşı gigiyenik amillərə də əməl etmək vacibdir. Rəsmi məlumatlara görə, müxtəlif yoluxucu xəstəliklərin ötürücü funksiyasını daşıyan iaşə obyektləri sırasına bərbərxanalar da daxildir. Sizdə gigiyenik, sanitar durum necədir?

-Gigiyenik qaydalara riayət etmək insanın özündən asılıdır. Sahibkar özü hər şeyi yoxlamalıdır. Mən çox salonlar gəzmişəm. Bu salonu açmaq mənim ani qərarım olmayıb. Yəni yatıb durub salon açmamışam. Bunların hamısını pillə-pillə qalxmışam. Mənim üçün ən əsas mətbəxdir. Salonumun mətbəxi təmiz olmalıdır. Manikür, pedikür ən böyük xəstəlikləri törədən proseslərdir. Hər müştəri mənim başımın tacıdır. Amma onların hansı xəstəliklərin daşıyıcısı olduğundan xəbərimiz yoxdur. Bunu da axı onlardan soruşa bilmərəm. Ona görə də manikur-pedikurdə birdəfəlik istifadə olunan cihazlardan istifadə edirəm. Təmizləyici aparatım da var. Xüsusilə tibbdə istifadə olunan aparatlardan istifadə edirəm. Salonumuzda da gigiyena dövlət şəraitində də hər ay yoxlanılır. Sertifikatımız var. Salonumuzda müştəri saağlamlığı tam əminliklə qorunur.

- Son illər Azərbaycanda biznes ledilərin sayı artıb. İllər öncə ilə müqayisədə sahibkar qadınlara daha çox rast gəlinir. Siz isə gənc və gözəl xanımsız. Bu yaşda biznes ledi olmağınızın uğur resseptini oxucularımıza açıqlayardınız.

- Başqalarından fərqli olaraq bir az təvazökar olmaq istəyirəm. Mən sadəcə gözünə eynək taxıb ağ köynək geyinib stol arxasında oturanlara biznes lady demirəm. Gördüyünüz kimi, salonum böyükdür, hətta fikir versəniz, xüsusi öz otağım, reslom və s. belə şeylər yoxdur. Bu, o deməkdir ki, mən bura öz evim kimi münasibət göstərirəm. Sizcə, mənim imkanım olmazdı ki özümə ayrı otaq təşkil edim, lüks mebel yığdırım, oturum orda səhərdən axşama kimi kameraların qabağında? Amma belə etmirəm. Adi müştərilər bilmir ki, mən burda müdirəyəm. Onlarla o qədər səmimiyəm ki… Gələn müştərilərin əksəriyyəti məsləhətləşib, sonar nə isə etdirirlər.

- Salona işçi toplayarkən əlinizdə nəyi rəhbər tuturdunuz?

- Yenə deyirəm, mən özümü tanıyandan salonlara gedirəm. Bu da ustaların yanında qazandığım hörmətdir. Yəni, hansı ustaya zəng vurdum ki salon açıram mənlə işləyərsənmi, heç biri yox demədi. Şükür Allaha ki, mənim istədiyim insanlar mənim yanımdadır.

- Hansı peşəkarlar var salonda?

- Mənə elə gəlir ki, heç bir insan doğulandan peşəkar ola bilməz. O, işləyib peşəkar olur. Hər bir salonun gözü olduğu kimi, mənim də salonumun bir gözü var. O da stilist İntuş ləqəbi ilə tanınan İntizardır. İllərdir bu sahədə işləyir, saç ustası, vizajistdir. Digərləri gənc işçilərdir, gənc olsalar da bacarıqlıdırla,çox kreativ və peşəkardırlar . Mən onları yoxlayıb, işə götürmüşəm. Özünüz də görürsünüz ki, təzə ustam sizə make-up etdi. Effekti də özünüz gördünüz. Ayinka, Mika kimi peşəkarlar işləyir salonumda. Mika Rusiyada təhsil alıb. Yəni mən hər ustaya saçımı etibar etmirəm. Amma birinci gündən saçlarımı ona həvalə etdim. Rəngindən də bütün Bakı danışır. Başqa make-up artistim var hansı ki onun əl işini təkcə müştərilər deyil, SNQ üzrə baş vizajistlər belə qiymətləndirjb. 6 il ərzində 60-a yaxın sertifikat əldə edib. Tək Azərbaycanda deyil, SNQ ölkələrində, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan kimi ölkələrdən sertifikat qazanıb. İnanıram ki, yaxın zamanda bu sahədə öz sözünü deyəcək. Manikür-püdikürə gəldikdə isə mənim ustama söz ola bilməz. Çox gözəl dizayn edir. Yeganə ustadır ki, şəkli göstərirsən eynisini edə bilir.

-İndi gənc və gözəl xanımların özünə iş qurması cəmiyyətdə hərdən söz-söhbətlərə də səbəb olur. Bu zaman fikirləşənlər olur ki, gənc yaşda bu qədər uğur qazanan xanımın arxasında güclü bir kişi var. Sizə bu işdə dəstək duran varmı? Varsa sirr deyilsə kimdir?

- Şəxsi həyatım barədə danışmaq istəmirəm. Təbii ki, hər uğurlu kişinin arxasında bir qadın dayandığı kimi, hər bir qadının arxasında da bir kişi dayanır. Mənim də həyatımda eləsi var. Amma bu o demək deyil ki, mən bütün işimi atmışam onun üstünə … Xeyr, o, sadəcə mənim nazımı çəkir. Yəni bununla da kifayətlənirəm. O, mənim özümə məxsusdur, işimə yox. O, həyatımda olmayanda da işləyirdim, o həyatımda var yenə işləyirəm. Şəxsi həyatımda həmişə mənimlədir, işdə yox.

- Açılışdan danışardınız bir az.

- Cəmi bir aydır fəaliyyət göstəririk. Amma artıq bütün Bakıya səs salmışıq. Mənə paxıllıq edən də çoxdur, məni çox istəyən də. Əslində paxıllıq edənlərə təşəkkürümü bildiriəm. Onların sayəsində qabağa gedirəm. - Salonunuz da cakkuzi də var.

- Müştəri salona gələndə ilk öncə otaqları gəzir. Görürlər cakkuzimiz də var təəccüblənirlər, deyirlər. Aydan xanım, bir salonda cakkuzi nəyə lazımdır?

Yenə deyirəm, bizdə kosmetoloq çox peşəkardır, həkimdir. O, bədənə maskalar, arıqlamaq üçün prosedur edir. Obyertveni adlanan apparat var hansı ki palçıqdan maskalar edir. Bu maskanın tətbiqindən sonra yarım saat uzanmaq lazımdır, buna görə də müştəri çimməlidir, sonar masaj olunmalıdır. Məhz buna görə salonumda cakkuzi təşkil etmişik. Demək istəyirəm ki, cakkuzi işçilərin çimməyi üçün deyil, müştərilərin rahatlığı üçündür (gülür). Orda kloklar var ki, müştəri çiməndən sonra o kloklar yığışır, yenidən dəyişilir. Bundan əlavə salonumda qaş permament, tatu, mikroblondinq, kirpik qaynağı, dolğu, gel, manikur, pedikur,saç boyama, qaynaq, botoks, burun düzəltmə, dodaqda süni gelin əriməsi, çistka, ayaq çəpliyinin düzəlməsi, çənə, qolatı botokslar. Make-up vizajist, stilist – bir sözlə bizdə gözəlləşmək üçün hər şey var. Xanımlar gözüyumlu tam əminliklə bizi seçə bilər.

Ünvan: İnşaatçılar 40 ( Statistikanın yanı)

Tel: (012) 436 71 17, 050 731 04 44


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8417   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 691
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1345
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını yayımlayıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Fotolara xoş sözlər yazıblar. Sözügedən fotoları təqdim edirik:

27.04.2024 2353
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1166
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 977
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2240
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23.04.2024 1399
.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1378
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 287