MTN agentlərə nə qədər pul ayırıb? - CİNAYƏT İŞİ

MTN agentlərə nə qədər pul ayırıb? - CİNAYƏT İŞİLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində büdcədən mənimsənilən vəsaitlə bağlı bəzi detallar məlum olub.

Bununla bağlı o dövrdə MTN-də yüksək vəzifə tutmuş və hazırda Dövlət Təhlükəsizlik Xidmətində (DTX) xidmətə davam edən zabitlər ibtidai istintaq zamanı ifadə veriblər.
İttihama görə, Elçin Quliyevin cinayət işində agentlərə verilməsi adı ilə 7,6 milyon manat, 1,8 milyon dollar və 407 min avronun kassadan çıxarılaraq mənimsənilib.

İbtidai istintaq zamanı şahid qismində ifadə verən Elmar Mehdiyev bildirib ki, keçmiş MTN-in Maliyyə İdarəsində Xüsusi xərclər şöbəsinin rəisi işləyib:

"MTN-də əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün nazirliyin maliyyə idarəsinin kassasından böyük məbləğdə pullar əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilib, raportlarla verilib. Həmin raportlar sabiq nazir Eldar Mahmudov və ya onun vəzifələrini icra edən şəxsin göstərişi ilə həyata keçirilib".

Şahidin sözlərinə görə, həmin şəxslərin göstərişi ilə tərtib edilmiş raportlarda onların imzası da olub, həmin raportlar maliyyə idarəsinə icra edilməsi üçün yönəldilib: "Kassa məxaric orderi hazırlanaraq ödəniş üçün maliyyə idarəsinin xəzinəsinə təqdim edilirdi. Maliyyə idarəsinin xəzinədarı tərəfindən həmin sənəd üzrə ödəniş aparılırdı. Məbləğ ancaq raportda adı qeyd edilən nazirliyin əməkdaşlarına təqdim edilirdi. Pulu alan əməkdaşın adı, soyadı və atasının adı bir qayda olaraq ya pulun alınması barədə raportun özündə və yaxud vəsatəti qaldıran əməliyyat strukturunun rəhbəri tərəfindən maliyyə idarəsinə verilmiş vəkalətnamələrdə öz əksini tapırdı".

Elmar Mehdiyev bildirib ki, cəmi 7 milyon 629 min manat, 1 milyon 834 min dollar və 407 min avro məbləğində pul əsginaslarının kassadan götürülməsi barədə kassa məxaric orderlərə və raportlara baxıb: "Bu məbləğlər nağd qaydada maliyyə idarəsindən verilib. Pulların hara xərclənməsi haqda heç bir məlumatım yoxdur. Həmin vəsaitlərin hara xərclənməsinə və ya kimə verilməsinə raportlarda adı yazılan əməkdaşlar cavabdehlik daşıyırdılar".
İbtidai istintaq zamanı dindirilən digər şahid Rəşad Hüseynov bildirib ki, əvvəllər MTN-in Maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb: "Hazırda DTX-də çalışıram. MTN-də bir qayda olaraq əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün böyük məbləğdə pul vəsaitləri əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilib, raportlar sabiq nazir Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin pulun ödənilməsi ilə bağlı göstərişinə əsasən həyata keçirilib".

Rəşad Hüseynov da ifadəsində pulların hara və kimə xərclənməsi barədə məlumatı olmadığını deyib.
Növbəti şahid isə DTX-nın maliyyə idarəsinin mütəxəssisi, xəzinədarı Nailə Ağayeva olub. O, deyib ki, MTN-də işlədiyi müddətdə xəzinədar kimi vəzifəsi daxil edilmiş mədaxil qəbzləri əsasında xəzinəyə pul vəsaiti qəbul etmək və məxaric qəbzləri əsasında xəzinədən pul vəsaitini ödəmək olub.

Nailə Ağayeva ifadəsində maliyyə idarəsinin kassasından Elçin Quliyevin imzası əks olunmuş raportlar əsasında qeyd edilən məbləğdə pulların nağd şəkildə verilməsini təsdiq edib.
Məlumat üçün bildirək ki, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. (teleqraf)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 727   Tarix: 15 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870