"Deyirlər ki, haram pulla "Porsche" alıb" - Oğlu qəzada ölən baş həkim

"Deyirlər ki, haram pulla "Porsche" alıb" - Oğlu qəzada ölən baş həkimMayın 6-da gecə saatlarında Tovuzda dəhşətli yol qəzasında dünyasını dəyişən polis Zakir Qəhrəmovun anası, "Nərgiz" klinikasının baş həkimi Məlahət Qəhrəmanova oğlunun "Porsche" ilə törətdiyi qəzadan danışıb.

BiG.AZ xəbər verir ki, M.Qəhrəmanova unikal.org-a açıqlamasında hadisə və oğlu haqqında yazılan qeyri dəqiq informasiyalarla bağlı danışıb. Övladı dünyasını dəyişən həkim bildirib ki, Zakir hər zaman dövlətə şərəflə xidmət edib: "Saytlar yazır ki, Zakir əslən tovuzludur. Bu, yanlış məlumatdır. Sadəcə onun təyinatı Tovuza verilmişdi və orada çalışırdı. Atası çoxdan rəhmətə gedib. O da "karennoy" bakılı idi. Oğlumun iki hüquq təhsili var idi. 6 ay ərzində rütbəsini aldı. 8 ay Tovuzda xidmət etdi. Sonradan təyinatını Hacıqabula verdilər ki, ailəsinə, uşağına yaxın olsun. Oğlum hər zaman dövlətinə şərəflə xidmət edib. Rayonda öz qabiliyyəti, tərbiyəsi ilə hörmət qazanmışdı. Tovuzda hər kəs onu yaxşı tanıyırdı. Onun haqqında sosial şəbəkələrdə ağızlarına gələni yazırlar. Ana olaraq bu mənə çox pis təsir edir. Bəzən polislər haqqında yersiz ifadələr işlədirlər. Bu vaxta qədər Zakir bir adamdan pul almayıb. Yazırlar ki, haram pullarla maşın alıb, anası, ailəsi Əliyevçidir, dövlətə xidmət edirlər. Dövlətə xidmət etmək hər birimizin borcudur. Yazılan yersiz şərhlər bizdə çox qıcıq yaradır. Heç kim bilmir sabah başına nə gələcək. Mən övladlarımı atasız, əziyyətlə böyütmüşəm. Zəhmət çəkmişəm, işləmişəm, balalarıma haram tikə yedirməmişəm".

Məlahət Qəhrəmanova qeyd edib ki, kimlərinsə artıq ittihamı yersizdir: "Millət vəkillərimiz, hər kəs gəlib başsağlığı verdi. Mən hamınıza göstərdiyiniz diqqətdən dolayı təşəkkür edirəm. Heç nə oğlumu geri qaytara bilməz. İnsanların ağzını yuma bilmərik. Tanıyanlar bilir, tanımayanlar ağzına gələni danışacaq. Yazırlar ki, polis maaşı ilə "Porsche"ni necə alıb? Oğlum polis sistemində işləməzdən əvvəl maşını var idi. Mən ona maddi dəstək olurdum. Bizim millət niyə axı bir-birini məlumatı olmadan ittiham edir?".

Müsahib hadisə nəticəsində xəsarət alanlar barədə də danışıb: "Qəza avtomobildəki nasazlıq ucbatından baş verib. Oğlumun yanında olan uşaqların ikisi sağdır. Səhv etmirəmsə, birinin vəziyyəti ağırdır, hazırda hospitaldadır. Digəri isə komadadır. Allah onlara şəfa versin. Bütün günü Allaha dua edirəm ki, o uşaqlar yaşasın, onları görüm. Həmin uşaqlardan biri polisdir. Hadisədən bir neçə saat əvvəl oğlum dostları ilə birgə qardaşımın yanında olublar. Deyiblər, gülüblər. Sonra da bu hadisə baş verib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 18530   Tarix: 10 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 199
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 136
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 180
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

10:30 131
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 196
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

11:40 155
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

15:00 320
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

16:10 110
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

17:40 81