ŞOK! ATV-də yataq səhnəsi ilə məşhurlaşan aktrisanın uşağı öldü - FOTO

ŞOK! ATV-də yataq səhnəsi ilə məşhurlaşan aktrisanın uşağı öldü - FOTO"İşlə əlaqədar Bakıda deyildim. Evdən zəng vurdular ki, uşaq xəstədir. Aparıblar həkimə, müalicə yazıb. Müalicədə sistem də olub. Sistem vuranda körpə şok keçirib ölüb".

BiG.AZ xəbər verir ki, bunu açıqlamasında azərbaycanlı aktrisa Türkan Əliyeva deyib. Aktrisanın iki ay yarımlıq oğlu aprelin 12-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda vəfat edib. O, övladının ölümündə həkimləri günahlandırır: "Uşaq anadan olanda yemək yazılmışdı, ona düşməmişdi. Sonra uşağa "malış" verdik. Qatılaşdırılmış süddən bağırsaqlarına mikrob düşüb. Ona görə həkim sistem yazmışdı. Bağırsaqları yuyulmalıydı. Uşağı "OMD" xəstəxanasına aparıblar, reanimasiya şöbəsinə yerləşdiriblər. Birinci sistemdən sonra uşaq yaxşı olub. Lakin ikinci sistemi qoşanda uşağın nənəsini otaqdan çıxarıblar ki, xaricdən qonaqlar gəlib. Sonra başları qonağa qarışıb. Uşağı sistemin altında qoyub gediblər qonaqları qarşılamağa. Gəlib görüblər ki, uşaq şok keçirib və ölüb".

Aktrisa deyir ki, hadisə aprelin 12-də baş verib. Bakıda olmadığı üçün körpənin öldüyünü ailə üzvləri ona dərhal deməyib. T. Əliyeva uşaq doğulan zaman və sonra heç bir problemi olmadığını iddia edir: "Uşaq xəstələnəndə mən yoldaşımla Bakıda deyildim. Çox təəssüf edirəm ki, nə mən, nə atası yanında olmuşuq. Mənə dedilər ki, uşağın vəziyyəti ağırdır. Gəldim gördüm ki, evdə ağ kəfənə büküblər. Öldüyü gündən bir gün sonra gəlib çatdım. 2 ay yarımlıq sağlam uşaq idi. Uşağa ölüm kağızında yazıblar ki, guya nə qədər xəstəliyi vardı. Halbuki doğulanda heç bir xəstəliyi olmayıb. Bir neçə dəfə müayinədən keçirmişdik, çox sağlam idi. Doğulduğu xəstəxananın da həkimi onun sağlam olduğunu təsdiqləyə bilər. "OMD"-də Solmaz, Aygün və Rəna adlı 2-3 həkim uşağa baxırmış. Ölüm kağızını da Rəna həkim yazıb. Mən uşağın ölümünə səbəb olan həkimlərdən şikayət etmək istədim. Lakin körpənin meyitinin yarılması məsələsinə görə dayandım. İstəmirəm uşağı yarsınlar. Amma uşağın ölümünə həkimlərin diqqətsizliyinin səbəb olduğunu düşünürəm".

Ailem.az məsələyə münasibət bildirməsi üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Nəsib Quliyevlə əlaqə saxlayıb. Baş həkim aktrisanın iddialarının əsassız olduğunu deyib: "Xanımın iddialarının heç bir əsası yoxdu. Burda həkim diqqətsizliyindən söhbət gedə bilməz. Uşaq nəinki sağlam olmayıb, xəstəxanaya triaqoniya vəziyyətində gəlib. Yəni kəskin ürək-tənəffüs çatışmazlığı, hipotermiya, anemiya diaqnozundan canvermə, ölü vəziyyətində xəstəxanaya daxil olub. Uşaq doğulandan ona un qovurub veriblər, qida verməyiblər. Uşağın vəziyyəti ölümcül həddə çatanda xəstəxanaya gətiriblər. Reanimasiyaya daxil olub, 18 saat bütün tədbirlər aparılıb. Aparılan yardımlara baxmayaraq, tələf olub".

T. Əliyeva ikinci övladını vətəndaş nikahında yaşadığı ikinci həyat yoldaşından dünyaya gətirib. Aktrisa ikinci həyat yoldaşı ilə nikaha girməməsinin səbəbini də açıqlayıb: "İki il olar ki, ikinci dəfə ailə qurdum. Böyük oğlum Amin hələ balaca idi. Bu həyat yoldaşım mənim sahəmin adamı deyil. Onun haqqında məlumat vermək istəmirəm. Çünki elə işlə məşğuldur ki, məlumat verilməsini istəmir. Azərbaycanlıdır, Bakıda yaşayır. İkimizin də qeydiyyatla bağlı problemimiz olduğu üçün nikaha girə bilmirik".

Xatırladaq ki, Türkan Əliyeva "ATV"də yayımlanan "Qız yükü" serialında rol aldığı yataq səhnəsi ilə tanınmışdı. Sonradan isə aktrisa nikahdankənar övlad dünyaya gətirməsi ilə söz-söhbətə səbəb olmuşdu. O, uşağının atasının tanınmış müğənni olduğunu və adını açıqlayacağını desə də, sonradan bu fikrindən daşınmışdı. T. Əliyeva hazırda böyük oğlu Aminin atası ilə heç bir əlaqəsi olmadığını bildirib: "Aminin atası ilə əlaqəmin olmağı məsləhət deyil. Oğlu ilə maraqlandı, lakin özüm əlaqəni kəsdim. Onun ailəsində bilirdilər, hər şey yaxşı idi, bəzi problemlərə görə onunla münasibətimiz alınmadı. Sadəcə, axırda elə məsələlər ortaya çıxdı ki, ona görə də oğlumuzla görüşməsinə icazə vermirəm. Onunla nikahımız yox idi, oğlum öz soyadımdadır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4718   Tarix: 28 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870