Avropadan gələn ÖLÜM TƏHLÜKƏSİ - Azərbaycanda vəziyyət NECƏDİR?

Avropadan gələn ÖLÜM TƏHLÜKƏSİ - Azərbaycanda vəziyyət NECƏDİR?Bu ilin əvvəlindən 14 ölkədə qızılca xəstəliyi sürətlə yayılıb. Artıq bu barədə yerli səhiyyə təşkilatları da açıqlama yayıblar. Xəstəlik əsasən, Avstriya, Rumıniya, Bolqarıstan, Belçika, Çexiya, Macarıstan, Fransa, Almaniya, İsveç, İtaliya, Portuqaliya, İslandiya, İspaniya, İsveçrə, İtaliya kimi ölkələrdə yoluxanların sayı minlərlədir.

Xəstəliyin sürətlə yayılmasının başlıca səbəbi əhalinin peyvənd edilməməsidir. Çünki bu xəstəlikdən qorunmanın birinci şərti məhz peyvənddir. Hətta bir sıra ölkələr qızılca yayılan ölkələrə səfər etməmək barədə xəbərdarlıq edib.

Bəs xəstəliyin Azərbaycanda yayılması nə qədər realdır?
BiG.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva publika.az-a açıqlamasında 2013-cü ildən Azərbaycanda qızılca qeydə alınmadığını bildirib: "Ölkəmizdə 2008-ci ildən qızılca qeydə alınmırdı, yalnız 2013-cü ildə xəstəlik müşahidə edildi. Ondan sonra isə qızılca müəyyən edilməyib. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda həm qızılca, həm də məxmərəyin eliminasiyası elan edilib. Bu da ölkəmizdə yerli yayılma hadisələrinin olmadığını göstərir".

A.Əliyeva qızılcanın turistlər vasitəsilə ölkəmizə gətirilib yayılması ehtimalının olmadığını dedi: "Çünki Azərbaycanda qızılcaya görə immunlaşdırma yüksək səviyyədədir. Aprelin 24-dən 30-dək ölkəmizdə Avropa immunlaşdırma həftəsi keçirilir. Hər hansı səbəbə görə peyvənddən kənarda qalan uşaqlar qızılca, məxmərək əleyhinə vaksinlə peyvənd ediləcəklər. Epidemoloji nəzarət yüksək səviyyədədir. Peyvəndlərlə idarə olunan xəstəliyin Azərbaycana gətirilmə ehtimalı yoxdur. Peyvəndlərlə təminat yüksək səviyyədə olduğundan xarici ölkədən gələn şəxsdən yoluxmanı qəbul etmirik".

Peyvənd yaşını keçmiş əhali üçün təhlükənin ciddiliyinə gəldikdə, A.Əliyeva 2006-cı ildə böyük yaşlılara peyvənd edildiyini dedi: "Həmin ildə 7 yaşdan 35 yaşa qədər əhali, təxminən 1 milyondan çox insan peyvənd edildi. Böyük yaşda əhalinin də qızılcaya qarşı immuniteti var, çünki qızılca peyvəndi uzun müddətli immunitet verir. Ona görə də qızılcanın nə uşaq, nə də yaşlı əhali arasında yayılacaq. Bu virusun gətirilmə ehtimalı yoxdur".

Qeyd edək ki, hava-damcı yolu ilə keçən xəstəlik, yüksək hərarət və dəri səpkiləri ilə müşahidə olunur. Düzgün müalicə aparılmadığı halda xəstəlik ölümlə nəticələnə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3766   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

06.05.2024 1961
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 242
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 94
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 214
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

06.05.2024 244
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 235
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 222
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

06.05.2024 735
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

06.05.2024 216