"Namusumu kirləyib" dedi, bacısının ərini... - Dəhşətli qətlin TƏFƏRRÜATI

"Namusumu kirləyib" dedi, bacısının ərini... - Dəhşətli qətlin TƏFƏRRÜATIBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi keçirilib.

BiG.AZ xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə şahid qismində təqsirləndirilən şəxsin atası Qəmbər Quliyev ifadə verib: "Ölən də mənimdir, öldürən də mənim. Mahir Quliyev də qaynımın oğludur. Hadisələrin bura gələcəyinə inanmazdım. Qız qaçandan sonda hamı sakit durdu, oğlum Nurlan isə bağışlaya bilmirdi. Deyirdi ki, bacı mənim qeyrətimdir, namusunun kirləndindiyini deyirdi. Oturub onunla saatlarla söhbət elədim, deyirdim, işin olmasın, qohumuq".

Şahid bildirib ki, qızını başqa oğlana vermək istəyib: "Mahirə qız verməyi məsləhət bilməmişdim. Başqasına "hə" demişdik. Sonra qız Mahirə qoşulub qaçdı. Bundan sonra heç nə demədim. Toy eləyirdilər, razılıq da verdim. Çünki qız qaçmışdı, əlimdən gələn bir şey yox idi.
Elə dövrə gəlib çıxmışıq ki, uşaq valideyninə qulaq asmır. Bu hadisədən sonra hələ də özümə gələ bilmirəm. Burda danışmağa sözün yoxdu. Nə deyə bilərəm. Özümü bağışlaya bilmirəm".

Daha sonra şahid qismində qaçırılan qız - Mərziyə Quliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsin bacısı, ölən şəxsin həyat yoldaşıdır. Şahid təqsirləndirilən şəxsə "qardaş" demək istəməyib. Mahiri əvvəlcədən sevdiyini deyib:

"Öz istəyimlə ona qaçmışdım. Məni başqasına verirdilər. Mahirin pulu olmadığı üçün ona getməyimi istəmirdilər. Mən könüllü Mahirlə qaçdım, toyumuz oldu. Bundan sonra atam söz göndərdi ki, məndən imtina edir".

Mərziyə Quliyevanın sözlərinə görə, hadisə baş verəndən sora ata evinə qayıdıb, hazırda valideynləri ilə yaşıyır. O bildirib ki, digər qardaşı bu məsələlərə görə onu incidir.

Bu zaman hakim qızın atası Qəmbər Quliyevə irad bildirib: "Sənin o biri oğlunun da, deyəsən, ağlı yarımçıqdır. Elə bil orta əsrlərdə yaşayırsınız, qızı istədiyini verməmisiz. Bütün bu hadisələr də bu səbəbdən baş verib. Mən Ağdam rayon polis şöbəsinə məktub yazacam ki, sizin yaşadığınız evi nəzarətdə saxlasınlar. Bu qıza bir şey olsa, sonra nə olacaq".

Mərziyə Quliyeva dəmir barmaqlıqlar arasında olan qardaşını təhqir edib və məhkəmə zalını tərk edib. Növbəti proses mayın 2-də davam edəcək.

İttihama görə, ötən il sentaybrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə Nurlan Quliyevin bacısını qaçırıb. Nurlan Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib, sonra onun ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb.
Murlan Quliyev oradaca dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Nurlan Quliyev tutulub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.

mənbə: teleqraf.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2478   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səkinənin sizin köməyinizə ehtiyacı var

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

14:01 30
.

Keniyada daşqınlarda ölənlərin sayı 169-a çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a çatıb. xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb. Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi v

30.04.2024 291
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 382
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

13:49 100
.

"Yaş ötdükcə dodaqlar nazikləşir"

"Bu yaşıma qədər heç bir estetik əməliyyat etdirməmişəm". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəbərin var?" verilişinə müsahibəsində deyib. O, yaşı artıqca müəyyən estetik toxunuşlar etdirəcəyini bildirib:. "Son fotosesiyam üçün dodağım

30.04.2024 880
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 1391
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

12:28 291
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

10:09 335
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

10:49 182