Bakıda oliqarxların milyonluq villaları satışa çıxarıldı....

Bakıda oliqarxların milyonluq villaları satışa çıxarıldı....Martın əvvəlindən etibarən manatın dollara nisbətən məzənnəsindəki bahalaşması və sabitliyinin bazarda da özünü göstərəcəyi güman edilsə də vəziyyət planlaşdırılan kimi görünmür. Ərzaq bazarında qəpiklərlə hesablanan ucuzlaşmanı əslində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirən iqtisadçılar var. Onların sözlərinə görə, alıcılıq qabiliyyəti azalıb, böyük marketlər hətta alıcı sayının azalması ilə yanaşı vergilərin artmasının vəziyyətə pis təsir göstərdiyini bildirərək iqtisadiyyat nazirinə müraciət ünvanlayıblar.

Belə bir vəziyyətdə bazarı məhsulla təmin edən şirkətlərin bir neçə qəpiklik ucuzlaşması vəziyyətin köklü dəyişməsində heç bir rola malik olmayacaq. Şəkər tozunun kiloqramını 1,2 qəpik, yoxsa 1,18 qəpiyə almaq arasında ciddi fərq olmadığına görə cəmi bir neçə qəpiklik ucuzlaşmaların bazarda ciddi canlanma yaradacağını düşünmək olmaz. Eyni vəziyyət təkcə ərzaq yox, daşınar və daşınmaz əmlak bazarında da müşahidə edilir.Məlumata görə, mart ayından etibarən avtomobil satışı mövsümünün başlaması satışlarda nisbi artıma səbəb olub.

Az yanacaq işlədən maşınlar alınır

Maşın bazarındakı müşahidələr göstərir ki, mart ayından etibarən ikinci əl avtomobil bazarında 1-2% civarında artım müşahidə edilib. Hazırda daha çox qiyməti 10-15 min manat arasında olan kiçik mühərrikli, istehsal ili 2010-ci ildən yuxarı olan və az yanacaq işlədən avtomobillər alınır. Xüsusilə də Rusiya, Çin və Cənubi Koreya avtomobillərinə maraq daha çoxdur.Qiymətlərdə isə hazırda hər hansı bir dəyişiklik müşahidə edilmir.Ekspertlər bildirir ki, avtomobil alıcıları daha çox "Lada"lara üstünlük verirlər.Çin avtomobillərindən daha çox "Changan Eado", "Baic A115" avtomobillərinə maraq artıb.Ekspertlərin sözlərinə görə, köhnə "Mercedes" markalı avtomobillərlə bağlı tendensiya isə dəyişir. Xüsusilə də istehsal ili 2000-ci ilə qədər olan "Mercedes"lərə bazarda maraq azalıb. Belə ki, bu avtomobillərin uzun müddət istismarda olması və servis xərclərinin artması alıcıları təxminən eyni qiymətə istehsal ili yeni olan avtomobillərə yönəldir. Ümumilikdə ekspertlərin qənaətincə, avtomobil satışlarında sentyabr ayına qədər yüksək həcmdə olmasa da, müəyyən qədər canlanma müşahidə ediləcək.

Bakı boşaldıqca kirayə evlər ucuzlaşır

Daşınmaz əmlak bazarında da vəziyyət bir qədər fərqlidir. Belə ki, əgər maşın bazarında qiymətlərdə azalma müşahidə edilməyibsə, ev bazarında müəyyən qədər ucuzlaşma olduğu deyilir. "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun sözlərinə görə, mart ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə dollarla ifadədə 0.58 faiz artım, manatla ifadədə isə 1.93 faiz azalma müşahidə olunub. Bu isə son 2 ayda manatın məzənnəsindəki artımla bağlıdır. Belə ki, ilin əvvəli ilə müqayisədə qiymətlərdə dollarla ifadədə 9.4, manatla ifadədə isə 13.4 azalma var. Amma bu qiymətlər 2017-ci il üçündür. 2016-cı illə müqayisədə isə təbii ki, qiymətlərdə artım var və heç də az deyil. Belə ki, 2016-cı illə müqayisədə qiymət dollarla ifadədə 0.58, manatla ifadədə isə 12.91 faiz artıb.

Daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşmasının mayın sonlarından etibarən daha çox müşahidə ediləcəyi bildirilir. Bu isə Azərbaycanda kirayə ev bazarına təsir edən tədris ilinin başa çatması ilə bağıdır. Mayın sonlarından etibarən ev bazarında məhz tədris ilinin sonunun yaxınlaşması ilə əlaqədar müəyyən qədər ucuzluq özünü göstərir. Xüsusilə də kiçik sahəli və daha ucuz kirayə verilən mənzillərdə qiymət ucuzlaşır.Tələbələrin rayonlara qayıtması ilə ucuzlaşma 2 aydan artıq müddətdə qüvvədə olur.Çünki bir çox tələbələr, eləcə də məhz övladının təhsilinə görə müvəqqəti olaraq paytaxtda yaşayan valideynlər tətil aylarında bölgələrə qayıtmağı və kirayə ödəməməyi üstün tuturlar.Bu isə qiymətlərə təsirsiz ötüşmür.

Tədris ilinin sona çatması ilə əlaqədar may-iyul aylarında adətən, kirayə mənzil bazarında qiymətlər təqribən 6-7 faiz aşağı düşür, amma avqustun üçüncü ongünlüyündən başlayaraq qiymətlərdə artım başlayır.Bu artım tendensiyası sentyabrın ilk ongünlüyündə də davam edir.Çünki bu müddət həm "köhnə", həm də "yeni" tələbələrin paytaxta axın etdiyi dövrdür.

"Sovetsi" və mikrorayon sökülməsəydi...

Əmlak alqı-satqısı üzrə vasitəçi Əbülfət Ağayevin sözlərinə görə, son zamanlar "Sovetski"nin sökülməsi, eləcə də mikrorayonlarda aparılacaq söküntü ilə bağlı əmlak bazarında canlanma olub: "Əgər bunlar olmasaydı, son 2 ildə ölkədə daşınmaz əmlak bazarında heç bir tərpəniş olmayacaqdı. "Sovetski" söküldü və yeni mənzillərə tələb artdı.Həmçinin bəzi məhəllələrdə söküntünün aparılması və yeni binaların tikintisi bitənə qədər kirayə haqqının tikinti aparacaq şirkət və ya əgər dövlət ehtiyacı üçün görtürülübsə, dövlət tərəfindən ödənilməsi kirayə bazarında canlanma yaratdı.İndi də mikrorayonlarda söküntü başlayacaq.Yəqin ki, orada yaşayan insanlar da yeni binaya köçürülənə qədər kirayə mənzillərdə oturacaqlar.Bu da kirayə bazarını aktivləşdirəcək".

"Küçəsinə şlaqbaum qoyulan evlər də satışa çıxarılıb"

Həmsöhbətimiz deyir ki, həm alış, həm də kirayə bazarında ən çox tələbat sahəsi nisbətən daha az olan evlərədir: "Villalar da satışa qoyulur. "Xutor"da. Binqədidə, 6-cı mikrorayonda elə villalar var ki, 3-4 il əvvəl küçəsindən də keçmək olmurdu. Hətta şlaqbaum da qoymuşdular.İndi şlaqbaum qalsa da evlər satışa qoyulub.Qiymətlərdə də ucuzlaşma var. Ancaq nə qədər ucuzlaşsa da onları almaq hər kəsin işi deyil.Söhbət yenə də 500-600 min manatdan gedir.İndi əsas tələbat 30-40 min manatlıq mənzillərədir.Bu evlər isə əsasən Bakının ətrafındakı qəsəbələrdədir və sənədsiz olduqlarına görə qiymətləri də düşüb.Çünki "kupça" evə bir neçə min manat əlavə dəyər qazandırır".

Vasitəçinin sözlərinə görə, hətta 20-25 min manata da ev tapmaq mümkündür: "İndi ev almağın yaxşı zamanıdır. Çünki son illər Azərbaycanda ev bazarında belə qiymət olmamışdı. Rusiyadan, ya da xarici ölkələrdən gəlib mənzil alanlaırn sayı azalıb, demək olar ki, yoxdur.Əvəzində borcuna, kreditinə, yaxud da ölkədən çıxıb getdiyinə görə evini satanlar var. Təklif tələbdən üstündür, buna görə də qiymətin ucuzlaşması qaçılmazdır.Bununla belə hələ də Bakıda evlər öz həqiqi dəyərini almayıb.İndiki qiymətlər də şişirdilmiş qiymətlərdir.Yəqin ki, böhranlı vəziyyət belə davam etsə, ev bazarında artıq real qiymətlər görəcəyik".

Milyonluq villalar satışda

Söhbət real qiymətlərdən və ucuzlaşmadan düşmüşkən, Bakıda fantastik qiymətə də evlər var. Məsələn, elan saytlarında Badamdarda 2,5 milyon manata satılan qoşa villalarla bağlı bunlar qeyd olunub: "36 sotda insa edilmis iki villa dəyərindən ucuz satılır. Villalar təmirsizdir, tikinti olaraq tamamlanib, üzlük daşı, villaların daxili dizaynı və içəri təmiri qalıb.Həmin ərazidə 1 sotun qiyməti 90 000 AZN-dir, təcili pul lazım olduğundan satılır.Tək elə torpağın qiyməti 3 milyon edir.Villaları da nəzərə alsaq, dəyərindən qat- qat asağı qiymətə satılır". Nəsimi rayonunda isə 800 kv-m-lik 9 otaqlı, tikintisi başa çatmamış villa 1,5 milyona təklif olunur. Bu villada da tikinti yarımçıq qalıb.10 sot torpaqda 3 mərtəbədə tikilən villa işlər tamamlanmadan satışa qoyulub.Görünür.Böhran təkcə kasıbları yox, varlıları da "vurub". Həm də ev tikintisini yarımçıq saxlayacaq qədər...

///cebhe.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5498   Tarix: 23 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930