Azərbaycan dəhşətli silah hazırlayır - Düşmən iflic olacaq - FOTOLAR

Azərbaycan dəhşətli silah hazırlayır - Düşmən iflic olacaq - FOTOLARAzərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sonuncu iclasında olduqca önəmli məqama toxunub. Nazir çıxışı zamanı nazirliyin yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başladığını diqqətə çatdırıb.

Y.Camalov bildirib ki, bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq:

"Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq".

Nazirin çıxışı zamanı diqqətə çatdırdığı elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ölkəmiz üçün olduqca vacibdir. Müasir dövrdə baş verən döyüşlərdə bu sistemlərdən istifadə xüsusi yer tutur.
Elektromaqnit impuls qurğusu və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombası nədir?

Hərbi ekspert Rəşad Süleymanov Azvision.az-a bildirib ki, elektromaqnit impuls qurğusu radioelektron mübarizə sistemidir. Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində belə məhsul yaradılır:

"Bunun ilk nümunəsi ötən ilin sentyabr ayında ADEX-2016 sərgisində nümayiş etdirilib. Nazirliyin elmi-tədqiqat institutu həm GSM dalğalarını, həm də GPS sistemini bloklayan sistemi nümayiş etdirdi. Radioelektron mübarizə sistemlərinin yaradılması çox ciddi məsələdir. Bu, Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Dünyada radioelektron mübarizə sistemlərini hərbi sənayesi kifayət qədər inkişaf etmiş ölkələr istehsal edir. İstehsal edən ölkələrin çoxu buradakı kodları vermir. Çünki o kodları verəcəyi ölkə bunu dəyişə bilər və ya öz kodlarını əlavə edə bilər. Ona görə də bu sahədə milli sistemlərin yaradılması vacibdir. Çünki müharibələr getdikcə kontaksız savaşa keçir. Bu sistemlər döyüş əməliyyatlarından öncə düşmənin bütün cihazlarını, texnikasını sıradan çıxarmağa imkan verir. Həmçinin bu sistem siqnalla işləyən partlayıcıları da bloklayır, pilotsuz uçuş aparatlarını sıradan çıxarır. Bu sistemin yerli müəssisələrdə yaradılması Azərbaycanın irəli gələn tələblərindən asılıdır".

Hərbi ekspert qeyd edib ki, radioelektron mübarizə sistemləri müasir müharibələrdə mühüm əhəmiyyət kəsb edir.

"1991-ci ildə "Səhrada tufan" əməliyyatı, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi, 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsində, həmçinin Liviyaya NATO qoşunlarının müdaxiləsində radioelektron mübarizə sistemlərindən geniş istifadə olunub. Ukraynadakı lokal münaqişədə, Suriyada döyüş əməliyyatlarında bənzər sistemlərdən geniş istifadə olunub. Həmçinin Türkiyə Suriyaya qoşun yeridərkən ASELSAN şirkətinin "Koral" radioelektron mübarizə sistemindən istifadə etmişdi. Bu sistemlər düşmənin radioelektron mübarizə vasitəsini, radiorabitəsini, radarlarını, naviqasiya sisteminin və eləcə də bu kimi texnologiyalarla çalışan texnikalarını sıradan çıxarmaq gücünə malikdir. Onun vasitəsilə hava hücumundan mübarizə sistemlərinin çaşdırılması və yaddaş sisteminin qarışdırılması mümkündür. GPS naviqasiya sistemini blokladığımız zaman helikopterlər və təyyarələr bundan istifdə edə bilmir. Həmçinin bu sistemdən istifadə edən müasir texnikaların hamısı fəaliyyətsiz vasitəyə çevrilir".
R.Süleymanov sərhədyanı dövlətlərin hər birinin, Rusiyanın xüsusilə bu sistemə diqqət yetirdiyini deyib:

"Rusiya həm Cənubi Qafqaz, həm də Şimali Qafqazda yerləşən birləşmələrinin arsenalında radioelektron mübarizə vasitələri yerləşdirib. Bunlar uzaq məsafədən istənilən ağıllı texnikaları, radioelektron vasitələri, telefon sistemlərini sıradan çıxarmağı bacarır. Bu da döyüş zamanı idarəetməni sıradan çıxarır və nəticə etibarı ilə döyüşən bölmələr arasında rabitə əlaqəsi itir. Texnikalar heç bir işə yaramır".
Hərbi ekspert vurğulayıb ki, yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ilə Azərbaycan bu sahədə ixtisaslaşmış azsaylı ölkələrdən biri olacaq:

"1999-ci ildə Yuqaslaviya müharibəsində ABŞ ordusu radioelektron mübarizə funksiyasını yerinə yetirən AWACS təyyarəsindən istifadə etmişdi. Bu, Yuqaslaviyanın elektron sistemlərini, radalarını sıradan çıxarmışdı. Eyni zamanda qrafit bombaları tətbiq edildi. Bu bombalar ərazidə ildırım çaxmasına bənzər effekt verir. Bu bombaların partlaması zamanı impulslar elektrik enerjisi sistemini və teleötürücü stansiyanı sıradan çıxarır.

Bu elektron cihazları sıradan çıxaran ixtisaslaşmış texnologiyadır. Biz bu sahədə nailiyyət əldə edəriksə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın azsaylı belə texnologiyalara malik olan ölkələrindən birinə çevriləcək. Bu, bizim üçün olduqca önəmlidir. Bu sistemlərdən istifadə qarşı tərəfdə iflic vəziyyəti yaradır. Qarabağda Sərsəng elektrik stansiyası üzərində impulslu elektromaqnit şüa verən aviasiya bombasını partlatmaq kifayətdir ki, bununla Dağlıq Qarabağ zülmətə qərq olsun. Bu, çox müasir bir cihazdır və olması vacibdir. Hazırda çox az ölkə bunu istehsal edir".

Azərbaycan dəhşətli silah hazırlayır - Düşmən iflic olacaq - FOTOLARAzərbaycan dəhşətli silah hazırlayır - Düşmən iflic olacaq - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2101   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3