"Böyük saray"da fantastik menyu qiyməti: 1 nəfər üçün 300 manat

"Böyük saray"da fantastik menyu qiyməti: 1 nəfər üçün 300 manatBakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova toy mərasiminin 400 min dollara başa gəlməsi barədə yayılan xəbərlərə mediada aydınlıq gətirib.

Toylarının Bakıda yerləşən "Böyük Saray" şadlıq evində olduğunu deyən Aysel bildirib ki, bütün xərcləri yoldaşı və onun ailəsi çəkib.

Musavat.com isə kiçik bir araşdırma ilə həmin şadlıq sarayındakı qiymətlər və detallarla maraqlanıb. Şadlıq sarayından əməkdaşımıza bildirildi ki, burada 3 cür menyu var və onların da fərqli qiymətləri var. Adambaşına bir nəfərlik masanın minimal qiyməti 220 manatdan başlanır. Digər menyulara keçək: 250 və 300 manatlıq. Şadlıq saraylarındakı zallar böyük həcmli olduğu üçün ora 400 nəfərdən aşağı qonaq qəbul edilmir. "Böyük Saray"dan öyrəndik ki, qonaqlar daha çox 800 nəfərlik orta zalı tərcih edirlər.

Amma ikinci mərtəbədə yerləşən 1620 nəfərlik zal da toy və iri mərasimlər üçün nəzərdə tutulub. İndi gəlin elementar hesablama aparaq. Hesab edək ki, toya 400 nəfər çağırılıb və ən "ucuz" menyu olan 220 manatlıq menyu seçilib. Bu, ev sahibinə 88.000 manata başa gəlir. Yox, əgər, menyu 250 manat, qonaqların sayı isə 800 nəfərdirsə, bu, 200.000 manatlıq xərc deməkdir. Ən maksimal həddi də hesablayaq. 300 manatlıq menyu və 1620 nəfər qonaq. Bu halda da toy sahibi şadlıq sarayına 486.000 manat ödəməlidir. Yəni, təxminən yarım milyona yaxın vəsait... Orta statistik azərbaycanlının ağlına gələn ən birinci sual isə 220 manatlıq menyuda qonaqlara nə təqdim olunmasıdır. Şadlıq sarayından bildirdilər ki, onlar çoxluq yox, keyfiyyət prinsipinə önəm verirlər.

Qonaqlarına daha çox brend içkilər, bahalı qəlyanaltılar təqdim edirlər. Bundan başqa, menyuların arasındakı qiymət fərqi həm də də içkilərin sayı, keyfiyyəti ilə bağlıdır. Daha bir məqam isə ondan ibarətdir ki, sözügedən qiymətlərə nə müğənni, nə də fotosessiya xərcləri daxildir. Yəni, şadlıq sarayı qonaqlara və ev sahibinə ekstra hansısa xidmət təklif etmir. Bunun üçün toy sahibi əlavə pul ödəməlidir. Bu halda toyun 400 min dollara başa gəlməsi ilə bağlı deyilənlər də inandırıcıdır. Sıradan müğənnilərin belə fonoqramla yarım saat çıxış üçün 5000 manat tələb etdiyini nəzərə alanda... bunun müğənni, gəlinlik, maşın, fotosessiya...və ağlınıza gələcək-gəlməyəcək minlərlə əlavə xərcini də hesaba qatıb, yazılanların fantaziya olmadığı qənaətinə vara bilərik.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10347   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 314
.

Rotşildlər arasında qalmaqal: əvəzsiz incəsənət kolleksiyası bölüşdürülmür

Rotşild ailəsinin varisləri Cenevrə yaxınlığında yerləşən Preqni sarayındakı incəsənət kolleksiyası uğrunda ciddi münaqişəyə başlayıblar. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb. Münaqişə 93 yaşlı baronessa Nadin de Rotşild ilə onun yeganə oğlunun dul arvadı

11:41 185
.

ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir

ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın

11:14 162
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 167
.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 231
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 182
.

2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)

2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:. Samir Şərifov. Prezidenti

11:48 202
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 274
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

TOP MP3