Azərbaycanlı məmurun qızı atasını BİABIR ETDİ - FOTO

Azərbaycanlı məmurun qızı atasını BİABIR ETDİ - FOTOQüdrət Şükürovun keçmiş kürəkənini döydürdüyü deyilir
Ölkə əhalisinin böyük əksəriyyəti çörək, işıqpulu, kredit və s. bu kimi qayğılarla yaşayarkən məmurlar cah-cəlal içində üzür. 400 min dollara başa gələn toy məclisi, Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtalar və s. Özü də bütün bunlar Azərbaycanda oliqarx kimi tanınan nazirlərə yox, ilk baxışdan sıradan bir çinovnik kimi görünən adamlara da aiddir. Əgər kimsə iddia etsə ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov və onun ailəsinin hər bir üzvü milyonlara sahibdir, buna az adam inanar. Amma…

"Basta" saytına Qüdrət Şükürovun öz keçmiş kürəkənini xüsusi qəddarlıqla döydürdüyü haqda məlumat daxil olub. Bildirilir ki, Qüdrət Şükürovun qızı Aysel Şükürova bir neçə il bundan öncə birinci həyat yoldaşı Elşən Əsgərlidən boşanaraq 2-ci dəfə ailə qurub. İddiaya görə, birinci nigahdan dünyaya gətirdiyi uşağı atasından icazəsiz – saxta sənədlə xaricə aparmaq istəyib. Amma uşağın atası Elşən Əsgərli bundan xəbər tutaraq, övladının xaricə aparılmasına əngəl yaratdığı üçün tərəflər arasında yeni konflikt yaranıb

Verilən məlumata görə, bundan sonra Qüdrət Şükürov keçmiş kürəkəni Elşən Əsgərli ilə haqq-hesab çəkmək qərarına gəlib.

"Qüdrət Şükürov yeni kürəkəni Oqtaya 6 nəfər qoçu qoşaraq, onları keçmiş kürəkəni Elşən Əsgərlinin üzərinə göndərib, ona ağır bədən xəsarətləri yetirilib. Bununla bağlı Nərimanov polisinə şikayət edilsə də, hadisəni törədənlər məlum olsalar da, polis heç bir tədbir görmür", – mənbə bildirir.

Mənbənin sözlərinə görə, dünən, aprelin 12-də Elşən Əsgərli hadisənin baş verdiyi Nəsimi Rayon Polis İdarəsinə çağırılıb: "Polis onu xəsarətlərinin rəsmiləşdirilməsi üçün tibbi ekspertizaya göndərib. Onun üzundə, belində, ayağında ağır xəsarətlər var, ekspertiza bunu təsdiqləyib. Amma onu döyənlər saxlanılmayıb"

İlk baxışda ailə-məişət məsələsi kimi görünən bu məlumatda iki məqam diqqət çəkir: məmurun adı ilə bağlı olan cinayətin hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilməsi və Bakı Lift İdarəsinin var-dövləti haqda iddialar.
Qeyd edək ki, Qüdrət Şükürovun adı mediada bir sıra korrupsiya işlərində hallanıb. Bakı Lift İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir.

Mənbə bildirir ki, Şükürovların Dubayda evləri, bahalı maşınları və özəl yaxtası var.

Azərbaycanlı məmurun qızı atasını BİABIR ETDİ - FOTOAzərbaycanlı məmurun qızı atasını BİABIR ETDİ - FOTOBu avtomobilin Azərbaycana gətirilmədiyi, Dubaydakı villada saxlandığı və orada istifadə olunduğu deyilir

İddiaya görə, Qüdrət Şükürov təkcə qızının toyundan klip çəkilməsinə və qızı ilə yeni kürəkəninə mahnı yazdırılmasına 38 min dollar pul xərcləyib.

"Toya ümumilikdə 400 min dollar pul xərcləyib. Yeni kürəkəninə isə toyun səhəri 250 min manat dəyərində "Porşe" hədiyyə alıb", – mənbə deyir.
Aysel Şükürovanın əvvəllər DİN-nin Xarici Pasport İdarəsinə çalışdığı, amma polis sıralarından xaric edildiyi də iddilar sırasındadır.
Yazılanlara əlavə olaraq "AzPolitika.info" onu da qeyd edir ki, Aysel Şükürova öz instaqram səhifəsindən paylaşdığı dəbdəbəli həyatının fotoları ilə məşhurlaşıb. Bakıda özəl gözəllik salonu işlədən bu xanımın instaqram səhifəsindən paylaşdığı bahalı avtomobillərin, evinin, xarici ölkələrə turist səfərlərinin şəkilləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Hamı onun belə zənginliyi necə əldə etməsi ilə maraqlanıb.
Onun Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı olduğu məlum olduqdan sonra bu sual cavabını tapıb. Maraqlıdır ki, sosial şəbəkələrdə bu xəbər yayıldıqdan sonra Aysel Şükürova öz instaqram səhifəsini qapadb.
Sual isə öz aktuallığını qoruyur: Bakı Lift İdarəsinin baş direktoru bu qədər varidatı necə əldə edib? Nəzərə alsaq ki, dövlət Bakıda liftlərin yenilənməsinə milyonlarla dollar ayırdığı halda, binaların əksəriyyətində hələ də köhnə və qəzalı liftlər qalır, onda bu sualın cavabı aydın olar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 21138   Tarix: 18 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 134
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 268
.

Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır

Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın

10:27 155
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 163
.

Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...

"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin

11:25 303
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 169
.

TOP MP3