"Bütün aktyorlar qadındır" - Nicat Kazımov

"Bütün aktyorlar qadındır" - Nicat KazımovARB TV-nin "Ömrün fəsilləri" verilişinə bu dəfə rejissor-aktyor Nicat Kazımov qonaq olub.

Axşam.az-ın məlumatına görə, o ilk olaraq universitet illərindən bəhs edib:

"Sözün açığı universitetə qəbul olmaq istəmirdim. O vaxt da tələbat çox idi. Bir yerə ondan çox adam sənəd verirdi. Ədəbiyyat imtahanını verməliydim, çünki verməsəm, atam başa düşəcəkdi ki, bilərəkdən yazmamışam. Çünki bilirdi ki, ona hazırlaşmışam. Ədəbiyyat imtahanını verib, 5 aldım. Ümid edirdim ki, riyaziyyat imtahanından kəsiləcəm. Əlimdən gələni elədim ki, kəsilim. Sualın birini yalandan yazdım, o biriləri yazmadım, amma qəbul oldum".

N.Kazımov bu peşəni seçdiyi üçün peşman olduğunu söyləyib:

"Hərdən sənətə gəldiyim üçün peşmançılıq çəkirəm. Kaş gəlməyəydim. Rejissor kölgədə qalan bir işdir. Yaxşı nə varsa, aktyorların boynuna yazılır. Əgər bir balaca səhv olarsa, bu rejissorun səhvidir. Təriflər aktyora, tənqidlər rejissora ünvanlanır. Məşq prosesində ailə yaranır. Bütün rejissorlar cinsiyyətindən asılı olmayaraq kişidir, aktyorlar isə cinsiyyətindən asılı olmayaraq qadındır. Ailəni kişi idarə edər. Son söz rejissorda olur həmişə".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1266   Tarix: 04 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş