Moskvada Dadaşova bacıları Ferrari alanda tutulublar - FOTO

Moskvada Dadaşova bacıları Ferrari alanda tutulublar - FOTOMoskvada "Sberbank"ın iki gənc əməkdaşı irimiqyaslı dələduzluq əməli törədərək bankdan 40 milyon rublu (təqribən 800 min dollar) oğurlayıblar. Lakin həmin pulların bir hissəsinə "Ferrari" almaq istəyərkən yaxalanıblar.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki,bankın kiçik biznesə xidmət edən sektorunda müştəri menecerləri işləyən əməkdaşları-26 yaşlı Məryəm Dadaşova və onun bacısı, 22 yaşlı Tamilla Dadaşova bir neçə gün ərzində bankdan 40 milyon rublu birgünlük firmaların hesablarına köçürüblər, daha sonra həmin hesablardan pulları nəğdləşdiriblər. Qızlar ələ keçirdikləri pullar hesabına elə ertəsi gün Moskvadakı "Ferrari" avtosalonuna yollanıblar və oradan özlərinə 7 milyon rubl qiymətində "Ferrari" seçərkən əməliyyatçılar tərəfindən yaxalanıblar.

Bildirilir ki, Dadaşova bacıları həmin yolla cəmi 4 milyard rubl ələ keçirməyi planlaşdırmışdılar. Faktla bağlı cinayət işi qaldırılıb, ancaq bacılar həbs olunmayıb. Onların barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. İşlə bağlı "Sberbank"ın əməkdaşları və qızların pulları hesablarına köçürdükləri firmaların direktoru da dindirilib. Fərasətli Dadaşova bacılarının azərbaycanlı olduqları bildirilir.

"Kommersant" yazır ki, Məryəm "Ferrari" almağı çoxdan xəyal edirmiş və ötən il Birləşmiş Ərəb Əmirliklərində olarkən "Ferrari" muzeyində həmin maşınla foto da çəkdiribmiş. Qız şəkli İnstagramda yerləşdirərək "Bunu mənə bağışlayın" yazıb. Məlum olub ki, Məryəm Dadaşova bankın Bolşoy Andreyevsk küçəsi, 6 ünvanında yerləşən filialında, bacısı isə Lyusinovsk küçəsindəki filialda eyni vəzifələrdə işləyib.

Məryəm Dadaşova Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur, "Sberbank"da işə hələ diplom almazdan bir il əvvəl keçib. Bacısı Tamilla başqa ali məktəbi bitirib və bankda işə düzəlib. Bankda onlar ən yaxşı işçilərdən hesab ediblər.

Dadaşova bacıları sosial şəbəkələrdə də fəal olublar və tez-tez özlərnin qlamur həyat tərzini əks etdirən fotoları yayıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8049   Tarix: 24 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

29.04.2024 361
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

29.04.2024 400
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 250
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 239
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

29.04.2024 495
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

29.04.2024 253
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 666
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 258
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 301