16 yaşında hamilə qalan, "moyka"da maşın yuyan azərbaycanlı qız - FOTO

16 yaşında hamilə qalan, "moyka"da maşın yuyan azərbaycanlı qız - FOTO"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına ötən həftə 20 yaşlı qız gətirildi. Nimdaş geyimli qız günlərlə küçələrdə gecələdiyini deyirdi. Əvvəlcə elan verildi, qızın yaxınları, ailəsi axtarıldı. Amma bəlli oldu ki, parklarda, zirzəmilərdə gecələyən qıza sahib duran yoxdur. Səbəb isə onun narkoman olmasıdır.

BiG.AZ xəbər verir ki, bu barədə virtualaz.org-a təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib. M.Zeynalovanın sözlərinə görə, Nəsibə Məmmədovanın (hazırda araşdırma getdiyindən, qızın adı M.Zeynalovanın istəyi ilə dəyişdirilib) valideynləri boşanıb. Atası qızı internata yerləşdirib. "1997-ci il təvəllüdlü Nəsibə 4 yaşında atası tərəfindən internata yerləşdirilib. 10 il internatda yaşayıb", - M.Zeynalova deyib.

Nəsibə 16 yaşından sonra internatdan çıxıb. Beləliklə, yenidən atasının yanına qayıdıb. "Mən internatda, atamın yanında nələr görmədim. Analığım mənimlə yaxşı rəftar etməyə çalışırdı, amma evin bütün yükü mənim üzərimə düşmüşdü. İnternatdan sonra mənə yadlaşan atam və başqalarının yanında mənimlə yaxşı rəftar etməyə çalışan analığımla birlikdə yaşamaq çətin idi", - Nəsibə başına gələnləri danışır.

16 yaşında yenicə tanış olduğu oğlanla qoşulub qaçıb. "Onu sevmirdim, sadəcə olaraq, öz ailəm olacağını düşünürdüm. Amma onun da atamdan fərqi olmadı. Hamilə qalandan sonra məni tərk etdi. Gördüyüm fiziki şiddətlərdən sonra məni xəstəxanaya apardılar, uşaq ölmüşdü. Oğlan xəstəxanaya gəlmədi, sonradan məni axtarmadı. Yenidən ata evinə qayıtdım. Bu dəfə tənə yeri olan yeni həyat hekayəm vardı", - Nəsibə sığınacaq əməkdaşlarına danışır.

Bu dəfə analığı onunla yaşamaq istəmədiyini deyir. Evin bütün işlərini görəcəyini, gecə-gündüz çalışacağını deyir. "Qarın dolusu çörək, yatmağa yer istəyirdim. Amma onu da mənə çox gördülər. Çıxarkən atamdan tək onu soruşdum, bu neçə illər mənə və bacıma niyə sahib çıxmadın, bir gün olsun belə atalıq etmədin", - Nəsibə gözyaşları içərisində söyləyir.

Mehriban xanım isə deyir ki, Nəsibə 17 yaşında Bakıya gəlib. Maşınyuma məntəqəsində maşın yuyub, Bakı kəndlərinə gedən avtobusda konduktorluq edib. Sonra kirayə ev tutaraq bacısı ilə birgə yaşayıb. "Qızın şiddətli ağrıları vardı. Sığınacağa gələn kimi həkim müayinəsindən keçirdik. Bəlli oldu ki, pnevmoniyası var. Buna görə də, Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirdik. Qız psixotrop dərmanlara aludə olub", - M.Zeynalova deyib.

Nəsibə izahatında yazıb ki, Nəriman Nərimanov heykəlinin yanında kirayə ev tutub və yaxınlıqlıqda yaşayan bir neçə qızla tanış olub. Qızlar ona narkotik effektli dərman təklif ediblər. Nəsibə deyib ki, "dərman" axtaran bütün qızlar Nərimanov heykəlinin yanında toplaşıblar. "Təşkilatımıza küçədə qalan qız haqqında məlumat verilmişdi. Bizim əməkdaşlar onu sığınacağa gətirdilər. Qızın dərmana asılılığı nəzərə alınaraq, onu ruhi-psixi dispanserə yerləşdirdilər. Uzun müddət orada müalicə almalıdır. Araşdırmalarımız zamanı bəlli oldu ki, atası və analığı ona bir neçə dəfə pul göndərib. Özü də kafelərdə, sexlərdə fəhlə kimi çalışıb. Qazandığı pullarını narkotikə xərcləyib. Təşkilatımız onun müalicəsinə nəzarət edəcək", - M.Zeynalova əlavə edib.

Qeyd edək ki, son illər narkoman qadınların sayı artıb. Ötən il 612 qadın narkotik istifadəçisi rəsmi qeydiyyata alınıb. Bu isə 2015-ci ilin göstəricisindən çoxdur. M.Zeynalova hesab edir ki, narkoman qadınların sayı rəsmi qeydiyyata alınanlardan daha çoxdur. Rəsmi məlumatlarda o da qeyd olunur ki, qeydiyyatda olanların əksəriyyəti 25-40 yaşlılardır.

"Nəsibə tək deyil, onun kimilər çoxdur. Dağılmış ailələrdə ən çox ziyan uşaqlara dəyir. Kişilərə nisbətən qadınlar narkotikdən daha tez asılı vəziyyətə düşürlər. Narkotik isə zəif cinsin nümayəndələrinin həm də psixologiyasına mənfi təsir göstərir", - təşkilat sədri valideylərə xəbərdarlıq edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7648   Tarix: 23 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

17:46 188
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

21:33 0
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

14:48 272
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

16:56 270
.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 1089
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

21:58 0
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

17:09 324
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 188
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

10:33 105