Əhaliyə xəbərdarlıq! Aprelə qədər Azərbaycanda...

Əhaliyə xəbərdarlıq! Aprelə qədər Azərbaycanda...Azərbaycanda ərzaq məhsullarının bahalaşması davam edir. 2017-ci il başlayandan məhsulların qiymətləri "cib yandıran" səviyyəyə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin yanvar ayına nisbətən 11,9 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8.0 faiz bahalaşıb.

Cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşıb. Ekspertlər ərzaq məhsullarının qiymətlərində 15 faizə yaxın artımın qeydə alınmasını böyük inflyasiya göstəricisi kimi qiymətləndirirlər. Belə ki, müstəqil qiymətləndirmələr göstərir ki, ərzaq məhsullarının qiymətində Dövlət Statistika Komitəsinin elan etdiyindən daha çox artım var.Xüsusən də daha çox istehlak olunan kərə yağı və ət məhsullarının qiymətlərində artımlar qeydə alınıb. Bu günlərdə isə baş nazirin müavini Əli Əhmədov Azərbaycanda ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artımın müşahidə edilmədiyini bildirib. Əli Əhmədov Bakının bəzi ticarət mərkəzlərində aparılan reyd zamanı əldə olunan nəticələrə əsasən belə bir açıqlama verib. Maraqlıdır, bahalaşma ilə bağlı konkret harada reydlər aparılıb və nəsə əsasən bahalaşmanın olmadığı qənaətinə gəlinib?

Son bir ayda baş verən bahalaşma ilə bağlı qısaca araşdırma apardıq. Nəticə göz qabağındadır:
2016-cı ilin fevral ayı üzrə qiymətlər :

Çörək (550 qr) - 30 qəpik
Çörək (750 qr) - 40 qəpik
1 kq qoyun əti - 10 manat
1 kq mal əti (danaəti) - 8 manat
1 kq kərəyağı
(Yeni Zelandiya) - 9 manat
1 litr qarğıdalı yağı (Final) - 2 manat 80 qəpik
1 lirt qarğıdalı yağı (Möcüzə) -
3 manat 80 qəpik
1 kq şəkər tozu - 1 manat
1 kq kəllə qənd -
1 manat 30 qəpik
1 kq kartof - 80 qəpik
Çay "Tudor" (250 qr) - 2 manat
Çay "Berqa" (250 qr) - 2 manat
Çay "Çempion" (250 qr) -
4 manat
1 kq naringi - 1 manat
1 kq portağal - 1 manat 50 qəpik
1 kq alma - 1 - 2 manat
(sortundan asılı olaraq)
1 kqnar - 2 manat
1 kquzundüyü - 2 manat
50 qəpik
1 kqyumrudüyü - 1 manat
50 qəpik
1 ədədyumurta - 11-12 qəpik
2017-ci ilin fevral ayı
üzrə qiymətlər :
Çörək (550 qr) - 40 qəpik
Çörək (750 qr) - 50 qəpik
1 kqqoyunəti - 12 manat
1 kq mal əti - 11 manat
1 kqkərəyağı (YeniZelandiya) - 12 manat 50 qəpik
1 litrqarğıdalıyağı (Final ) -
4 manat
1 litr qarğıdalı yağı (Möcüzə) -
6 manat
1 kq şəkər tozu - 1 manat
40 qəpik
1 kq kəllə qənd - 2 manat
30 qəpik
1 kqkartof - 1 manat 20 qəpik
Çay "Tudor" (250 qr) -
3 manat 70 qəpik
Çay "Berqa" (250 qr ) - 3 manat 80 qəpik
Çay "Çempion" (250 qr) - 4 manat 80 qəpik
1 kq narıngi - 1 ma
nat 50 qəpik
1 kq portağal - 2 manat 20 qəpik
1 kq alma 1,2 - 3 manat (sortundan asılı olaraq)
1 kq nar - 3 manat 50 qəpik
1 kq uzun düyü - 3 manat
50 qəpik
1 kq yumru düyü - 2 manat
1 ədəd yumurta - 17 - 20 qəpik

Ekspertlər ərzaq məhsullarının bahalaşmasının aprel ayınadək davam edəcəyini istisna etmirlər. Onu da əlavə edək ki, bu ilin yanvarında Azərbaycanın ixracı 2016-cı ilin ilk ayına nəzərən 25,71 faiz artıb. Ötən ay Azərbaycan 804,6 milyon dollarlıq məhsul ixrac edib. İxracın 82,49 faizi xam neftdir. Neft məhsulları ümumi ixracın 2,68 faizini, təbii qaz 3,35 faizini təşkil edib.Hesabata əsasən, ixracın 2,99 faizi meyvə-tərəvəz, 1,51 faizi plastmassa və onlardan hazırlanan məmulatlar, 1,18 faizi alüminium və ondan hazırlanan məmulatlardır. 2016-cı ilin yanvar ayı ilə müqayisədə bəzi məhsulların ixracında artım qeydə alınıb. Meyvə-tərəvəz ixracında 51,26 faiz, spirtli və spirtsiz içkilər ixracında 264,14 faiz artım var.

2017-ci ilin yanvarında idxalda ötən ilin ilk ayı ilə müqayisədə 3,64 faiz artım olub.

Ölkəyə 450 milyon dollarlıq məhsul idxal edilib. İdxalın 23,81 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri olub.
Yeyinti məhsulları ümumi həcmin 17 faizini təşkil edib. 2016-cı ilin ilk ayı ilə müqayisədə yeyinti məhsullarının idxalı 22,44 faiz artıb. Ət idxalında 97,97, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında 224,4 faiz, çay idxalında 225,18 faiz, buğda idxalında 222,82 faiz, şəkər idxalında 37,29 faiz, tütün və tütün məmulatları idxalında 36,26 faiz artım olub.

Mənbə:cəbhə info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4349   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 136
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 10566
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

19:30 147
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

22:40 82
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

12:30 198
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 146
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

17:10 132
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 299
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

12:44 211