Azərbaycanda 70 yaşlı anasını döyən oğulun acı aqibəti

Azərbaycanda 70 yaşlı anasını döyən oğulun acı aqibətiKamran və Qılman Əlicanov qardaşları həbsdədir. Onlardan biri narkotik maddə istifadəsinə, digəri isə öz qardaşını bıçaqladığına görə həbs edilib. Onların 5 azyaşlı uşağı 70 yaşlı analarının himayəsində qalıb. 70 yaşlı ana ikinci oğlunun həbs edilməsini məhkəmə zalında öyrənib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilən Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə K.Əlicanov böyük qardaşı olan Qılmanı bıçaqlamasının səbəbini danışıb.

Hadisə Abşeron rayonu Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 39 yaşlı Kamran Əlicanov məhkəmədə deyib ki, qonşuları Vüsal adlı şəxslə münasibətləri bir müddət imiş ki, korlanıbmış. Onlar arasında dava olub və bir-birlərini təhqir ediblər. Bu hadisədən bir neçə gün sonra Kamran onu təhqir edən qonşusu Vüsalın qardaşı ilə söhbət etdiyini və onların evinin qarşısında dayandığını görüb.

K.Əlicanov deyir ki, bu gördükləri onu qəzəbləndirib: "Evə gələndə gördüm ki, Vüsal Qılmanla bizim qapının ağzında oturub söhbət edirlər. Vüsala dedim ki, yekə kişisən. Məni söydüyün bəs deyil, indi də gəlib qapımızda oturmusan? Mən də qardaşımla küsülü idim. Uzun müddət idi ki, bir-birimizlə danışmırdıq. Vüsalla mübahisə edəndə qardaşım onun tərəfini saxladı və məni təhqir etməyə başladı. Sonra anamın, uşaqların yanında məni döyməyə başladı. Mən də özümü müdafiə etmək üçün bıçaq götürdüm. Həmin vaxt özümə cavabdeh ola bilmədim. Elə oldu ki, bıçaq Qılmana girdi. Onu vurmaq niyyətim yox idi. Amma Qılman heç kimi saymırdı. Anamın, uşaqların yalvarmasına baxmayaraq məndən əl çəkmirdi".

K.Əlicanova Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmədə dövlət ittihamçısı bildirib ki, K.Əlicanova belə ağır maddə ilə ittiham irəli sürülməsinə səbəb hadisənin azyaşlı uşaqların gözü qarşısında törədilməsidir.

Cinayəti törətməkdə təqsirləndirilən Kamran Əlicanovun 3, Qılman Əlicanovun isə 2 azyaşlı uşağı var. Onlar eyni həyətdə yaşayırmışlar və hadisə də uşaqların gözü qarşısında baş verib. Məhkəmədə məlum olub ki, bıçaqlanan Qılman Əlicanov 20 il məhkumluq həyatı yaşayıb. O, bir ildən artıq imiş ki, azadlığa çıxıb.

Məhkəməyə zərərçəkmiş kimi tanınan, qardaşı tərəfindən bıçaqlanan Qılman Əlicanov da gətirilib. Bir neçə gün əvvəl həbs olunan Qılman Əlicanov məhkəməyə əlləri qandalda gətirilib. Qılman Əlicanovun anası məhkəmə zalında öyrənib ki, böyük oğlu da həbs edilib. Qılam Əlicanov bir neçə gün əvvəl həbs olunduğunu deyib. Onun həbsindən ailəsinin xəbəri olmayıb. İkinci oğlunun da həbs edildiyini görən ana məhkəmədə göz yaşlarını saxlaya bilməyib.

Qılman Əlicanov narkotik vasitədən istifadədə təqsirləndirilərək həbs edildiyini, ancaq günahsız olduğunu bildirib: "Bir neçə gün əvvəl məni bölməyə apardılar. Zəhrimarı qoydular qabağıma ki, sənindir. Sonra da tutdular".

Qılman Əlicanov qardaşını bağışladığını və heç bir şikayətinin olmadığını deyib: "Qonşu ilə dava edirdi. Mən də bir sillə vurdum ki, sakitləşsin. Sonra biz də dalaşdıq. O da məni vurdu. İndi nə şikayətim olacaq? İmkan varsa, buraxın getsin".

Qılman və Kamran Əlicanov qardaşlarının anası məhkəməyə müraciət edib. 70 yaşlı qadın heç olmasa oğlu Kamranın azadlığa buraxılmasını məhkəmədən xahiş edib: "Bir ana kimi sizdən xahiş edirəm, yalvarıram. 2 ailə başısz qalıb. Mən də həyat yoldaşımı itirmişəm. İki gəlinim, 5 nəvəmlə qalmışıq ortalıqda. 120 manat pensiya alıram. Bilmirəm onları necə dolandırım. Sizdən xahiş edirəm ki, bizim bu ağır vəziyyətimizi nəzərə alasınız".

Məhkəməyə şahidlərdən Qılman Əlicanovun həyat yoldaşı Anarə Əlicanova gəlməyib. O, məhkəmənin çağırışlarına məhəl qoymayaraq prosesə gəlməkdən imtina edib.

Qılman Əlicanov isə bildirib ki, arvadının məhkəməyə gəlməsinə ehtiyac yoxdur: "Gəlib nə deyəcək? Kamran məni vurub, mən də izahat yazdım ki, bağışlayıram. Guya gəlsə, nəsə dəyişəcək?"

Hakim isə bildirib ki, şahid məhkəməyə gəlməli və istintaqa verdiyi ifadəsini təsdiq etməlidir. Əlicanov qardaşlarının anası gəlinini növbəti prosesə gətirəcəyini bildirib.

Məhkəmədə o da məlum olub ki, hazırda həbsdə olan Qilman Əlicanov 70 yaşlı anasını da döyübmüş.

Mənbə: musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1465   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

04.05.2024 157
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 272
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 610
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

11:40 125
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 407
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

12:30 134
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 133
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 181
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 192