Röya ilə bağlı GİZLİNLƏR: "O, təkcə Hüseyni doğmayıb…"

Röya ilə bağlı GİZLİNLƏR: "O, təkcə Hüseyni doğmayıb…"

Əməkdar artist Elza Seyidcahan belə getsə deyəsən, növbəti açıqlaması ilə yenidən gündəmi bir-birinə vuracaq. Bəstəkar-müğənni bu dəfə həmkarı Röya Ayxanla bağlı bəzi fikirlər söyləyib.

BiG.AZ xəbər verir ki, yeniçağ.az-a açıqlama verən bəstəkar, Röyanın onun sosial şəbəkələrdə müzakirəyə səbəb olan yeni şeirini paylaşdığını deyib:

"Görünür o, mənim şeirimdə olan fəlsəfəni anlayıb, buna görə də paylaşıb. Xoşuna gəlməsəydi, paylaşmazdı ki… O da sənəti dərindən anlayır. Röya da hər gün musiqilərlə sevişib, konsertlər doğur. O, təkcə Hüseyni doğmayıb, o qədər mahnılar, konsertlər doğub ki… Hələ yenə doğacaq, doğmasa, tükənəcək".

"Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə "SOY" prodakşın mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün "SOY"un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam. Röya üçünsə çox şey edərəm. Çünki o, mərd qızdır".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 15619 Tarix: 18.03.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Edaletli
Edaletli 18.03.2017
yene menasiz..


 
HICRAN11
HICRAN11 18.03.2017
Hinduwkaya oxwayir bu
_LATIKA_
_LATIKA_ 18.03.2017
...
_Perooo_
_Perooo_ 18.03.2017
sozlere baxe )))
Qaranliq_gunduz
Qaranliq_gunduz 18.03.2017
hmm


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər