Bakıda məktəblinin müəmma dolu ölümü: "İynə vurub narkotik..."

Bakıda məktəblinin müəmma dolu ölümü: "İynə vurub narkotik..."Dünən səhər saatlarında Qaradağ rayonu Qızıldaş qəsəbəsində yaşadığı evin yaxınlığında meyiti tapılan 13 yaşlı Toğrul Sultanovun ölümü ilə bağlı çoxsaylı suallar qalmaqdadır.

BiG.AZ xəbər verir ki, lent.az hadisənin baş verdiyi yerdə olub və meyitin tapıldığı əraziyə gedib. Ailə üzvləri və qohumları 13 yaşlı Toğrulun kanalizasiya suyunun axdığı bataqlıqda necə ölə biləcəyini hələ də dərk edə bilmirlər. Yeniyetmənin atası Zaur Sultanov bildirib ki, uşağın sudurğa keçirməsi ehtimalı da mümkün deyil: "Əvvəlcə dedilər, guya sudurğası tutub. Uşaq martın 15-i günortadan itib, martın 16-sı səhər meyiti tapılıb. Bu necə ola bilər? Uşağın bədənində xəsarət yox idi. Amma ona iynə vurub, narkotik verib də öldürə bilərlər. Sonra da meyitini gətirib həmin əraziyə ata bilərlər. Həm də sağlam uşaq idi. Gördüyünüz bu hasarları hörməkdə mənə kömək edib. Necə ola bilər ki, daş hörə bilən uşaq xəstə olsun?".

Müəmmalı şəkildə vəfat etmiş Toğrulun atası oğlunun öləndən sonra meyitinin həmin əraziyə gətirildiyinə inanır: "Paltarlarının bir hissəsi hələ quru idi. Qəsəbədə it əlindən çölə çıxmaq mümkün deyil. Necə ola bilər ki, meyit o qədər vaxtı həmin yerdə qalsın, it-qurd ona toxunmasın?".

Qohumlarının sözlərinə görə, martın 15-də orta məktəb şagirdlərinin bir çoxu Lökbatan qəsəbəsində keçirilən tədbirə yollanıb. 180 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Toğrul isə tədbirə getməyərək evə qayıdıb. Onun evə qayıtmasını əks etdirən görüntü qonşunun müşahidə kamerasına düşüb. Lakin Toğrul evi tərk edərkən ön tərəfdən, yəni qonşunun kamerasının əhatə dairəsi olan yerdən deyil, hasar istiqamətini seçib. Atası Zaur Sultanov deyir ki, tədbirdən qayıdan böyük oğlu Toğrulu evdə tapa bilməyib: "Daha sonra hamı axtarmağa başlayıb. Mən də işdən təxminən saat 7-də gələndə xəbər tutdum. Bütün gecəni axtarmışıq. Meyitin tapıldığı yerə də dəfələrlə baxılıb. Amma görən olmayıb. Ayın 15-də saat 2 ilə 9 arası onu heç kim görməyib. Mən daş karxanasında işləyirəm, böyük əziyyətlə çörəkpulu qazanıram, 3 uşaq böyüdürəm. Heç onları istədiyim kimi yedizdirə bilmirəm. Bunlar mənim başıma niyə gəlməlidir ki?".

Mərhumun əmisi oğlu Tural Sultanov əlavə etdi ki, meyitin tapıldığı yerdə başqa ayaq izləri var: "Bir insan palçıqlığa, bataqlığa girib özünü boğa bilərmi? Əgər o, özü gəlib bu lilin içində ölübsə, onda ayaqqabıları ilə batmalı idi. Amma təmiz idi. Suyun üzərində onun bədən forması hələ də qalıb. Əgər orda can veribsə, çabalamalı, ətrafa əl-qol atmalı deyildimi. Həm də burda camaat mal-qarasını otarır. Səhər saat 6-7 arası burdan keçən olub və meyiti görən olmayıb. Məlum olur ki, burda nə isə başqa əməl var".

Toğrulun əmisi isə bildirdi ki, Qızıldaşdan su kanalı keçmir: "Deyirlər ki, guya su kanalında boğulub, intihar edib. Bu qəsəbəyə su boru ilə gəlir və qəsəbədə su kanalı deyilən şey yoxdur".

Hadisə yerinə baxış keçirərkən məlum oldu ki, meyitin tapıldığı yer Toğrulun yaşadığı evdən təxminən 200-250 metr məsafədədir və bura birbaşa getmək üçün qonşunun müşahidə kamerasının əhatə dairəsinə düşmək lazımdır.

Qeyd edək ki, əslən Yardımlı rayonundan olan və ailənin ortancıl uşağı olan 13 yaşlı Toğrul martın 15-də saat 14 radələrində evdən çıxıb. Onun meyitini martın 16-da saat 07:30 radələrində Qızıldaşda yerləşən beşmərtəbəli binanın qarşısındakı bataqlıq sahədə bibisi tapıb. Bibisi səhər qardaşıgilə gedərkən yol kənarında uşağın cəsədini görüb və bu barədə məlumat verib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3936   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862