Emin Ağalarovun konsertindən yığılacaq vəsait Nardaran məktəbinin təmirinə xərclənəcək

Emin Ağalarovun konsertindən yığılacaq vəsait Nardaran məktəbinin təmirinə xərclənəcək Dekabrın 22-də Heydər Əliyev Sarayında müğənni və bəstəkar Emin Ağalarovun növbəti konserti baş tutacaq.

E.Ağalarov yeni konsert proqramı ilə çıxış edəcək. O konsertin hazırlıqlarında dünya şöhrətli prodüser Piter Berd ilə əməkdaşlıq edir.

Konsertin xüsusi qonaqları "Evrovision-2011" mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal olacaqlar.

BiG.AZ Eminin rəsmi internet saytına istinadən xəbər verir ki, xeyriyyə konsertində yığılacaq bütün vəsait Nardaranda yerləşən 130 saylı məktəbin təmir işlərinin yekunlaşdırılmasına sərf olunacaq.
"Biz bu layihəni ötən il başlamışıq. Mənim Bakıda baş tutan son 2 konsertimdən əldə olunan vəsait hesabına məktəbin dam örtüyü təmir olunub, pəncərələri və istilik sistemi quraşdırılıb.

Məktəbə ön qapı qoyulub və idman zalı avadanlıqla təchiz edilib. Ümid edirəm ki, ayın 22-si baş tutacaq konsertdən yığılan vəsait hesabına Nardarandakı məktəbin təmirini başa çatdırmaq bizə nəsib olacaq. Bu layihə mənə çox doğmadır və mən bu hisslərimi pərəstişkarlarımla bölüşmək istəyirəm.

Onlar mənim konsertlərimdə daima iştirak etməklə çıxışlarımın sponsorları kimi qiymətli töhfə vermiş olurlar. Məktəbin yenidənqurmasının başa çatdırılması bizə qürur verəcək", - deyə Emin Ağalarov öz saytına verdiyi müsahibədə bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2391   Tarix: 10 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

05.05.2024 165
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 505
.

Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib

Almaniyanın və Fransanın şimal-şərqində yerləşən Strasburq şəhərindəki kitabxanalardan üzlükləri arsenlə (sıçanotu) örtülmüş minlərlə kitab yığışdırılıb. Strasburq Milli və Universitet Kitabxanasının əməkdaşı Jerom Şvaytser bildirib ki, hələ 1840-cı illərdə yaşıl üzlüklü kitablar dəb halına gəlib v

05.05.2024 162
.

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Aviasiya tarixində dayanmadan və yanacaq doldurmadan dünya ətrafında ilk uçuş edən Dik Rutan 85 yaşında Aydaho (ABŞ) xəstəxanasında vəfat edib. Məlumata görə, pilot ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib. Dik öz nailiyyətinə ikinci pilotu Cina Yiger ilə imz

05.05.2024 201
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 280
.

Avropanın ən gözəl çimərliyi AÇIQLANDI - SİYAHI

Maltanın Mellieha kəndi yaxınlığındakı "Ghajn Tuffieha Bay" çimərliyi 2024-cü ildə Avropanın ən gözəl çimərliyi kimi tanınıb. xəbər verir ki, bu nəticə dünyanın müxtəlif ölkələrindən Avropada istirahətə üstünlük verən səyahətçilərin sorğusu əsasında tərtib edilib. Çimərlik turistlərə yüksə

05.05.2024 200
.

Paltaryuyan maşın gün ərzində neçə dəfə istifadə edilə bilər?

Paltaryuyan maşında yuyulmalar arasında fasilə verilməsə, cihazın ömrü xeyli azalacaq. xəbər verir ki, bununla bağlı hər kəs ehtiyatlı olmalıdır. Paltaryuyan maşın nə qədər tez-tez işlədə bilər?. Birincisi, yuyulmalar arasında fasilə lazımdır. Paltaryuyan maşın ən azı 30 dəqiqə, əsasən isə iki-üç saa

05.05.2024 577
.

Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO

Siyəzən sakini Cavid Yəhyayev tullantılardan sənət əsərləri hazırlayır. 2012-ci ildən bu işlə məşğul olan sənətkar istifadə etdiyi metalları adətən avtomobil təmiri sexlərindən, eləcə də metal qəbulu məntəqələrindən topladığını deyir:. "Əvvəllər avtomobil təkərlərindən fiqurlar hazırlayırdım. Artı

04.05.2024 252
.

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur. Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı davam edir. "Eldəniz", "Viktoriya", "Nataşa" sortlarına üstünlük verilir. Sentyabrda əkilən çiyələk aprel ayının sonlarından yığılmağ

05.05.2024 220