"Krediti ödəyə bilmədi, bankda ürəyi dayandı, öldü"

"Krediti ödəyə bilmədi, bankda ürəyi dayandı, öldü"Fevralın 28-də Ucar sakini, 53 yaşlı Cəbrayıl Cəbrayılov "Dəmirbank"ın Göyçay filialında infaktdan dünyasını dəyişib. Onun banka 1020 dollar borcu olub və əlavə olaraq 500 dollar da faiz gəlib. Bank ondan borcu ödəməyi tələb edib, o isə bankdan möhlət istəyib, bu zaman Cəbrayıl Cəbrayılovun ürəyi dayanıb.

Məlumatı mərhumun bacısı oğlu Orxan Mirzəliyev verib.

Orxan Mirzəliyevin sözlərinə görə, 2014-ci ildə Cəbrayıl Cəbrayılovun övladı vəfat edəndə yas vermək üçün bankdan kredit götürüb:

"Krediti dollarla götürmüşdü, növbəti il devalvasiya olanda ağır vəziyyətlə üzləşir və borcu verə bilmədiyindən evini satıb, rayon Su İdarəsinin binasında məskunlaşdı. Düşündü ki, bəlkə hissə-hissə borcu ödəyər. Məsələ ondadır ki, kredit sığortalanmışdı, xəstələnsə, vəfat etsə, kredit tələb olunmayacaq. Mən özüm dünən dayımla bankda bir yerdəydim, oranın işçilərilə mübahisə yarananda onun vəziyyəti ağırlaşdı. Həkim çağırsaq da, artıq gec idi".

Orxan Mirzəliyev deyir ki, onlar müvafiq qurumlara şikayət etməyiblər:

"Dayım vəfat edəndə, polislər gəldi və sənədləşmə apardılar, vəssalam. Kimə şikayət edək, Dünəndən bəri bankdan bir nəfər gəlib dayımın yasıyla maraqlanmayıb. Daha kimə şikayət edək?"

Cinayət Məcəlləsinə istinad edən hüquqşünas Əkrəm Həsənov Meydan TV-yə bildirib ki, olaya görə bank məsuliyyət daşıyır:

"Məcəllənin 126-cı maddəsi bu məsələni özündə ehtiva edir. Qanunun 126.2.1., 126.2.2. və 126.2.3. maddələri bunu tələb edir. Sonuncu maddədə qeyd olunub ki, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə. Bank rəhbərliyinin həmin şəxsdən təzyiqlə borcu tələb etməsi onun səhhətində ağırlaşma yaradıb və adam ölüb. Buna görə 9 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası düşür. İndi söz müvafiq orqanlarındır".

"Dəmirbank"ın Göyçay filialının özünü Aytən xanım kimi təqdim edən əməkdaşı Meydan TV-yə deyib ki, gün ərzində yüzlərlə müştəri qəbul edirlər, onların sonrakı aqibəti haqda məlumatları olmur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1880   Tarix: 01 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643