İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.

BiG.AZ-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuş, mövcud aerovağzal binasının fasadında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxmış, yeni gətirilmiş EVROCOPTER EC-135 tipli helikopterlərə baxış keçirmişdir.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, yeni aerovağzal kompleksi layihəsinin həyata keçirilməsi sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəldəcək, təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartları səviyyəsinə qaldıracaqdır.

Yeni aerovağzalın tikintisi ilə yanaşı, mövcud aerovağzal binasının fasadında da əsaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı burada həyata keçirilən yenidənqurma işləri ilə də tanış oldu. Bildirildi ki, mövcud binanın fasadı ən müasir standartlara cavab verən üzlüklərlə yenidən qurulacaqdır. Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin və mövcud binada görülən bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verdi.

Sonra dövlətimizin başçısı yeni gətirilmiş EVROCOPTER EC-135 tipli təcili yardım helikopterlərinə baxış keçirdi. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov helikopterlərin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, fövqəladə hallar şəraitində xilasetmə əməliyyatları zamanı istifadə olunacaq yeni helikopterlər ən müasir təcili tibbi yardım avadanlığı ilə təchiz olunub. İstənilən coğrafi şəraitdə qalxıb-enməyi asanlıqla həyata keçirən bu helikopterlər xüsusi ilə də dənizə enmə imkanlarına da malikdir. Dənizdə baş verə biləcək hər hansı fövqəladə vəziyyət zamanı bu helikopterlər asanlıqla suya enərək, lazımi təcili tibbi yardım və xilasetmə tədbirlərini həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev təcili yardım helikopterləri ilə yaxından tanış oldu.

İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olubİlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olubİlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olubİlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olubİlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olubİlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olubİlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olubİlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olubİlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda aparılan inşaat işləri ilə tanış olub


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7155   Tarix: 08 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 152
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

26.04.2024 257
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 242
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26.04.2024 344
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 350
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 431
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 936
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 345