"İl ərzində yeni müharibə başlayacaq..."

"İl ərzində yeni müharibə başlayacaq..."Bu il ərzində Qarabağda Azərbaycanla Ermənistan arasında hərbi toqquşmaların yenidən alovlanması riski olduqca yüksəkdir.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu qənaətlə 2000-ci illərin əvvəllərində Minsk Qrupunun həmsədri olmuş amerikalı diplomat, hazırda Kentukki Universitetinin professoru və ABŞ Xarici Əlaqələr Şurasının (Council of Foreign Relations) üzvü olan Keri Kavano özünün Qarabağ münaqişəsinə dair hesabatında çıxış edib.

Keri Kavano 2000-ci illərin əvvəllərində prezidentlər Heydər Əliyev və Robert Köçəryan arasında gedən danışıqlarda vasitəçilik edib. "Ərazi mübadiləsi" kimi tanınan nizamlama variantına dair danışıqlar aparıb, tərəflərin razılaşmaya çox yaxın olduqları məşhur Ki-Vest görüşündə həmsədrlərdən biri kimi iştirakçı olub.

Hesabatda deyilir ki, münaqişənin region üçün təhlükəli nəticələri var. Xüsusən də Rusiyanın Ermənistanı qorumaq öhdəliklərini, Türkiyənin Azərbaycanın müttəfiqi olmasını, İranın isə hər iki ölkə ilə ümumi sərhədlərə malik olması nəzərə alınanda. Bundan əlavə keçmiş diplomat Cənubi Qafqazın Avropanın Rusiyadan energetika asılılığını azaltmağa ümid etdiyi region olduğunu xatırladır. "Münaqişənin yenidən alovlanması halında Ermənistanda və Azərbaycanda, yaxud qonşu dövlətlərdə iğtişaşların və humanitar böhranların baş qaldırması təhlükəsi yaranacaq, bu da Rusiyanın regiona daha böyük müdaxiləsi ilə nəticələnəcək", - deyə Keri Kavano bildirib.

Keçmiş diplomat qeyd edir ki, münaqişə ya hansısa təxribat, ya da təsadüfi atışmalar nəticəsində alovlana bilər. Nisbətən kiçikmiqyaslı hərbi toqquşmalar bu və ya digər tərəfdə siyasi xal qazanmaq və ya döyüş meydanında taktiki üstünlük əldə etmək üçün istifadə oluna, bu isə öz növbəsində eskalasiyanın daha da genişlənməsinə gətirib çıxara bilər. Keri Kavano hesab edir ki, Qarabağda kiçikmiqyaslı hərbi əməliyyatların təşəbbüskarı Azərbaycan ola bilər. Çünki 2016-cı ilin aprelində Azərbaycan bu cür kiçikmiqyaslı əməliyyatda uğur qazanıb və təmas xəttində mövqelərini bir qədər möhkəmləndirib.

Hesabata əsasən, xarici oyunçular yeni irimiqyaslı hərbi toqquşmalardan əhəmiyyətli üstünlük əldə etməzdilər. Diplomata görə Rusiya bu münaqişənin həll olunmamış qalmasından müəyyən fayda götürür, hər iki tərəfə silah verir, ancaq Qarabağa görə Rusiya ilə Türkiyə, yaxud İran arasında birbaşa qarşıdurma ağlabatan deyil.

ABŞ-a gəldikdə isə Qarabağda genişmiqyaslı əməliyyatlar Vaşinqtonun son 25 ildə Cənubi Qafqaz respublikalarının müstəqilliyinin dəstəklənməsinə, iqtisadi-siyasi inkişafına yönəlmiş siyasətində əldə etdiyi nailiyyətləri təhdid altına alacaq. Bundan əlavə, ABŞ-ın Rusiyanın revanşçı əhval-ruhiyyəsini cilovlamaq və Azərbaycanın enerji resurslarının nəqli üçün yeni nəqliyyat şəbəkəsini yaratmaq planlarına da zərbə vuracaq. "Qarabağda irimiqyaslı hərbi əməliyyatlar ABŞ-la Rusiya arasında onsuz da mürəkkəb olan münasibətləri daha da mürəkkəbləşdirəcək, Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi iştirakını daha da gücləndirməsinə yol açacaq", - Keri Kavano xəbərdarlıq edir.

Hesabatda münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün preventiv addımlar atılmalı olduğu qeyd edilir. Belə addımlardan biri amerikalı diplomata görə, vasitəçilik missiyasına görə məsuliyyətin ATƏT-dən alınıb BMT-yə verilməsi olmalıdır. Bunun ardınca ABŞ bəyan edə bilər ki, Minsk Qrupunu tərk edir, bu da müəllifin fikrincə balansı pozacaq və tərəfləri yenidən düşünməyə məcbur edəcək. Bundan əlavə ABŞ Minsk Qrupunun həmsədri kimi fəaliyyətini gücləndirməli, münaqişənin idarə olunması ilə deyil, həlli ilə məşğul olmalıdır. Habelə keçmiş diplomat hesab edir ki, ABŞ tərəflərə iqtisadi təzyiqlər edərək onları sülh istiqamətində addımlar atmağa məcbur etməlidir.

Keri Kavano təklif edir ki, ABŞ Qarabağda müharibənin başlamasına imkan verməmək üçün atəşkəs rejiminin dərhal bərpa edilməsi üzərində işləməli, Rusiyanın Azərbaycan və Ermənistan hərbi rəhbərləri arasında birbaşa danışıqlara dair təşəbbüsünü dəstəkləməlidir. İkincisi, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında hər hansı ciddi hərbi əməliyyatları pisləyən qətnamənin qəbulunu dəstəkləməlidir. Diplomatın fikrincə, daha bir variant ondan ibarət ola bilər ki, ABŞ tərəfdaşlarla birgə işləyərək ciddi eskalasiyaya təşəbbüs göstərən tərəfi cəzalandırsın, bunu açıq şəkildə pisləmə, iqtisadi yardımlar və sanksiyalar yolu ilə etsin.

"Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların bərpa olunması perspektivi Donald Trampın administrasiyası üçün bir tərəfdən problemdir, digər tərəfdən yeni imkandır", - müəllif iddia edir. Müəllifə görə, Rusiya ilə Krım, Ukrayna, Suriya məsələsində qarşıdurma olduğu bir vaxtda ABŞ Qarabağda Rusiya ilə birlikdə sülhə nail ola bilər. Ümumiyyətlə, müəllif hesabatda Tramp administrasiyasını Qarabağda hadisələrin gedişini diqqətlə izləməyə, eskalasiyasının qarşısını almaq üçün sürətlə preventiv addımlar atmağa, tərəfləri hərbi toqquşmalardan çəkindirib sülh istiqamətində addımlar atmağa sövq etməyə çağırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2988   Tarix: 25 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 306
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

06.05.2024 270
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. report-a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Qayımov Elşad Şiri

06.05.2024 478
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 1011
.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

12:19 117
.

Yağış nə vaxt dayanacaq? - Hava ilə bağlı vacib açıqlama

"Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb

11:37 773
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 1442
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 760
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

06.05.2024 918