Bakı metrosunda QAN DÜŞDÜ: 3 yaralı var

Bakı metrosunda QAN DÜŞDÜ: 3 yaralı varÖtən axşam saat 20 radələrində Nizami rayonu ərazisində, "Koroğlu" metro stansiyasının yaxınlığında kütləvi dava qeydə alınıb.

BiG.AZ xəbər verir ki, salamnews-a verilən məlumata görə, dava nəticəsində 3 nəfər Gürcüstan vətəndaşı olan yaxın qohumlar - 1990-cı il təvəllüdlü İsmayılov Musa İsa oğlu, 1995-ci il təvəllüdlü Mirzəliyev Səxavət Rizvan oğlu, 1992-ci il təvəllüdlü Məmmədov İbrahim Şaban oğlu bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilərək dərhal əməliyyat otağına götürülüblər və əməliyyat olunublar. Həkimlərin verdiyi məlumata görə, Musa İsmayılovda qarnın ön divarının və sağ biləyinin kəsilmiş-deşilmiş yarası, İbrahim Məmmədovda qarnın çoxsaylı kəsilmiş-deşilmiş yaraları, Səxavət Mirzəliyevin isə sol əlində bıçaq xəsarətləri aşkar edilib. Sonuncuya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Yaralılardan iksi isə əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri ağır hesab olunur.

Baş vermiş hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verilib.

Hadisənin təfərrüatı ilə bağlı zərəçəkmişlərin yaxınlarının verdiyi məlumata görə, hər iki şəxs 8-ci km qəsəbəsində yerləşən maşın bazarında avtomobillərin üzlükərinin dəyişdirilməsi işi ilə məşğul olurlar. Hadisə onlar işdən çıxandan sonra baş verib. M.İsmayılov və İ.Məmmədov "Koroğlu" metro stansiyasının yaxınlığındakı kafelərin birində yeyib-içdikdən sonra tanımadıqları şəxslərlə mübahisə edib. Mübahisə zəminində bıçaqlanıblar.

25-ci polis bölməsindən fakt təsdiq edilib və bilidirilib ki, hazırda hadisəni törədən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 19180   Tarix: 20 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 229
.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

14:10 0
.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

27.04.2024 202
.

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırm

27.04.2024 335
.

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu

Rusiyanın Saratov vilayətində əmək miqrantlarına bu il mayın 1-dən dekabrın 31-dək ictimai nəqliyyatda, taksilərdə və ictimai iaşədə daşıma sahələrində işləmək qadağan ediləcək. yerli mediaya istinadla bildirir ki, müvafiq sərəncamı Saratov vilayətinin qubernatoru Roman Busargin imzalayıb. Miqrasiy

27.04.2024 487
.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 227
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

13:10 0
.

2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb

Son beş ildə aparılan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində də mühüm irəliləyişə imkan verib. Bu dövrdə əmək müqavilələrinin sayında 500 mindən çox və ya 40 faizlik artıma nail olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində "İqlim dəyişikliyini

27.04.2024 168
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 529