Ziya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLAR

Ziya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLARSabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, adı əsasən qalmaqallarda hallanan Anar Məmmədov Londondakı malikanəsini satışa çıxarıb.

BiG.AZ xəbər verir ki, Londonda yaşayan soydaşlarımızdan birinin missiya.az-a veridiyi məlumata görə, İngiltərənin ev alqı-satıqsı üzrə ixtisaslaşmış saytlarında bir müddətdir ki, "22 The Bisops Avenue, London" ünvanında yerləşən malikanənin satıldığına dair elan yerləşdirilib. Bizneslə məşğul olan soydaşımız bildirib ki, həmin ünvan ona tanış gəldiyindən kiçik bir araşdırma aparmaq qərarına gəlib və məlum edib ki, bir müddət əvvəl yenə də axtarış sistemlərində rast gəldiyi və sahibi azərbaycanlı olan bir şirkətin hüquqi ünvanı da məhz "22 The Bisops Avenue, London"dur. Soydaşımız bizə müvafiq koordinatları verib, "Araşdırın və qarşılaşacağınız ad sizə də tanış gələcək".

İnformasiya bizə maraqlı gəldiyindən "tanış gələcək ad"ın axtarışına başladıq. İngiltərədə qeydiyyatdan keçmiş şirkətlər barədə məlumatların yer aldığı saytların bir neçəsinə göz gəzdirdik və nəticədə həmin adı tapdıq – Anar Məmmədov. Keçək dettallara.

Companycheck.co.uk saytında yer almış məlumata görə, 2002-ci ilə Londonda "BROOKWOOD INTERNATIONAL LIMITED" adlı şirkət yaradılıb(Ziya Məmədov 2002-ci ildə nəqliyyat naziri vəzifəsinə təyin olunub - Red). Şirkətin sahibi bölməsində açıq və aydın şəkildə göstərilib: "Anar Məmmədov. Vətəndaşlığı: Azərbaycan". Bu şirkət sonradan başqa bir şəxsə satılıb.

Şirkətin hüquqi ünvanına gəldikdə isə, burada da deyildiyi kimi məhz hazırda satışa çıxarılmış malikanənin ünvanı göstərilib: "22 The Bisops Avenue, London". Yəqin ki, aydındır. Bəli, şirkət də, onun hüquqi ünvanındakı mülkiyyət də məhz eyni adama məxsusdur.

Qeyd edək ki, digər müvafiq saytlarda da "BROOKWOOD INTERNATIONAL LIMITED" şirkətilə bağlı məlumatlarda satışa çıxarılmış malikanənin ünvanı göstərilib.

Onu da nəzərinizə çatdıraq ki, məlumat yayıma hazırlanarkən "BROOKWOOD"la bağlı ölkə mətbuatında da yazılara rast gəldik. Həmin materiallarda adıçəkilən şirkətin A.Məmmədova məxsus olması təsdiqlənir. İndi keçək satışa çıxarılmış malikanənin özünə.

Bu özəl mülkiyyət A.Məmmədov tərəfindən 2001-ci ildə alınıb. Alış qiyməti 2 milyon 700 min funt sterlinq olub. Amma indi onu satış qiyməti 9 milyon 500 min funtdur. Malikanınin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur.

Biz Google Maps-ın imkanlarından yararlanaraq A.Məmmədovun satdığı malikanənin fotolarını da əldə etdik. Yazdıa təqdim olunmuş fotolar məhz həmin evin və onun yerləşdiyi küçənin görüntüləridir.

Ziya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLARZiya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLARZiya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLARZiya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLARZiya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLARZiya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLARZiya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLARZiya Məmmədovun oğlu Londondakı malikanəsini ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARDI - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 14834   Tarix: 16 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 134
.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

06.05.2024 9715
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 240
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 411
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 128
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

06.05.2024 500
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 156
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 141
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

06.05.2024 368