Əməkdar artistin ölüm səbəbi bilindi: " Əməliyyatdan sonra komaya düşdü və..."

Əməkdar artistin ölüm səbəbi bilindi: " Əməliyyatdan sonra komaya düşdü və..."Ötən gün əməkdar artist Kübra Dadaşova dünyasını dəyişib. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, həkimlərin əməkdar artistə iltihablı şəkər yarası xəstəliyi, kapilyarlar və qan-damar keçməzliyi diaqnozu qoyduğu məlum olub.

Aktrisa 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında 11 fevral tarixində əməliyyat olunub. Dadaşova əməliyyatdan bir gün sonra komaya düşüb, ayılmayıb və dünyasını dəyişib. Hətta əməkdar artistin daha əvvəl bir neçə əməliyyat keçirdiyi və iki ayaq barmağının amputasiya olunduğu bildirilib.

Kübra Dadaşovanın yaxın rəfiqəsi, aktrisa Təhminə Dadaşova sosial şəbəkədə onunla son dialoqu barədə paylaşım edib.

Aktrisa bildirib ki, Dadaşova əməliyyat olunmağa məcbur olub:

"Əməliyyatdan bir gün öncə səhərdən axşama kimi yanında oldum. Ürəyim partlayırdı. Dedim, bəlkə əməliyyatdan imtina edəsən? Tərs idin, çox tərs.... Heç vaxt sözümə qulaq asmırdın. Öz bildiyini edirdin.

Dedin, əməliyat etməsəm, bir gün, ya bir neçə gün sonra həyatım qırılacaq. Bu dəfə möhkəm ilişmişəm və bundan qaça bilməyəcəm. Ya öləcəyəm, ya da daha pis olacam... Odur ki, əməliyyata razılaşmalıyam.
Dedim, özün bilən məsləhətdir. Kaş deməyəydim, qoymamaydım.
Həmin gün evə gəldim. Və səndən zəng gəldi. Çox sakit və qəmli bir səslə dedin: "Mişka, qorxuram, nəsə çox qorxuram".

Gecə gəldim yanına. Dedim, bəlkə imtina edəsən, dedin yox, bu dəfə son şansımdır.

Dedim, nə qərar versəm bil ki, səninləyəm. Sonra səni qucaqladım. Beləcə gecə saat üçə kimi sən qucağımda mürgülədin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3362   Tarix: 13 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 131
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111